Archive for the ‘Türk Dünyası’ Category

YADİGAR TÜRKEL. ROMAN SIPİN ÖLMƏDİ, BİZ BATDIQ

2-ci Garabağ Savaşında Azerbaycan Respublikasını, Azerbaycan Türklerini  – Azerbaycanlıları yağıdan aslantek ideoloji goruyan İsrailli Yahudi Roman Sıpin martın 28-de 56 degigelik verilişinin sonunda Azerbaycan Ağalığının gerekenleri etmediyini gösterenden sonra dedi: “Ya uxoju! – men gedirem, men getdim!”. Bizim günde olan uluslar yaşadıgları çetinliklerden gurtulmag üçün başda ideoloji işler olmagla, bütün gerekenleri bilimsel strateji özülde gurmağa […]

Soylu Atalı. Həyatdan üstün yaşamaq axtarışı

(İ.S.Turqenevin “Atalar və Oğullar” kitabı üstə düşüncələr)  Turgenevin bu əsəri həyata obyektiv yanaşmanın insani bir durumunu göstərən sənət örnəklərindəndir. Aydın mühakimələr, bədii, assosiativ çalarlar oxucunun qarşısında düşüncə səhifələri açır. Turgenevin obrazları da yaradıcı obrazlardır. O, bu obrazları vasitəsiylə dövrün ənənəvi xüsusiyyətlərini, ictimai psixologiyasını görmək, dərk eləmək imkanı yaradır. İnsanların həyatla, mühitlə əlaqələrini dolğun biçimdə izah […]

Amaldaşları Nurtəkin Atalıya başsağlığı verdi

Asif Atanın Mütləqə İnam Ocağı Nurtəkin Atalıya bacısının ərinin  ölümü ilə bağlı başsağlığı verir. Evindən işıq əskilməsin.  Yurdu, Ulusu var olsun. 

Soylu Atalı. Zəkanın demədikləri

(Fridrix Nitsşenin “Antixrist” kitabına yönəlik düşüncələr) Bu günlərdə Fridrix Nitsşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir Sözlə, […]

Yadigar Türkel. ÜÇ ULDUZ, BİR GÜNEŞ

1 Sayğılı oxucu, yaxşılıg yaxşılıg yaradır, yaxşılıg gözellik töredir! 2 1988, 1989, 1990-cı illerde “Genclik” jurnalında 3 yazı çap etdirdim. Yazılar futboldan olsa da, sosial-politik inceliklerinden dolayı çox yaxşı garşılandı. Son illerde o yazıları bir bitikde çap etmek istesem de, elimde olmadığından isteyim içimde galmışdı. Hansı sağolmuşsa, “Genclik” jurnalındakı o yazıları köçürüb, önlerine İnternetden götürdüyü […]

Göytəkin Atalı. Həyatın Dəyəri İnsanlaşmaqdadır

İnsanın özünü təsdiqi onun öz mənasına yetməsidir. Bunun üçün Asif Ata, insanın kamilləşməsi yolu kimi, “özüylədöyüş” ideyasını irəli sürüb. İnsan özü ilə bacarmayanda özündən yüksəyə qalxa bilmir. Belə olan halda həyatdakı eybəcərliklərlə barışır. Həyatda eybəcərliklərin yaşaması, insanın bu eybəcərlikləri içindən qırağa qoya bilməməsinə görədir. Öz içində yüksəlməyən insanın həyata nələrsə verməsi mümkün olmur. Bu günlərdə […]

Soylu Atalı. İnam əsasında yaşamaq özünü yaratmaq deməkdir

(L.N.Tolstoyun “Etiraflarım” əsəri üstə)  90-cı illərin başında “Respublika Bilik Cəmiyyəti”ndə Asif Atanın silsilə görüşləri keçirilirdi. Bu görüşlərə Asif Ata “Fikir evi” adı qoymuşdu. Burada O, Azərbaycanın 7 Ruhani Fərəhi, 6 Böyük Kədəri kimi sistem halında yaratdığı baxışlarını izhar edirdi. Eyni zamanda özünün Dünyabaxışını qapsayan ideyaların hər birinə bir görüş ayırırdı. Hər bir görüş üç hissədən […]

YADİGAR TÜRKEL. OĞRULUG GENETİKDİRMİ, YA DA NÜSREDDİN BEYİ ANARAG

AZERBAYCAN RESPUBLİKASININ SEVİMLİ XATUNLARI, BAYRAMINIZ GUTLU OLSUN! SİZİ ÇOX SEVİREM! SİZE DAHA DEMOKRATİK POLİTİK GURULUŞDA, YENİDENDOĞMUŞ AZERBAYCANDA YAŞAMAG DİLEYİREM! 1 İnsan biososial varlıgdır. Onun bilincinin özülünde yüzde 80 genetik özellik dursa da, genellikle sosialllıg üstündür. Sosial daha yöneldici olsa da, kiminse biolojiliyi sosialın sözüne yüzde-yüz baxmır. Ya da tersine. İnstitutda o çağın genetika biliklerinden az-çox […]

Soylu Atalı. İstedad, İnsanilik

(A.S. Puşkinin əsərləri üstə düşüncələr)   I Yaradıcılıq, Qutsallıq A.S. Puşkin ədəbiyyatın ən çox araşdırdığı, öyrəndiyi simalardan biridir. Bu da təbiidir. Puşkinin bütün əsərləri füsunkar bir istedadla başa gəlmişdir. Elə araşdırmalar da istedadın sınırlarını bəlli etmək xarakteri daşımışdır. Ancaq araşdırmalar yaradıcını, yaratdığı ilə bir yerdə, bütöv şəkildə üzə çıxarmağı hədəfləmir, sonucda siyasi şəraitin tələb elədiyi birtərəfli […]

YADİGAR TÜRKEL. LEZGİNKA

Sevimli YURDDAŞLAR! Novruz Bayramınız gutlu olsun!  Türkce Yeni Gün deyilen Novruz yazın gelişi, oyanışdır. Yatmayın! Gözel günler, şen günler, yoluna düşen günler, bilin garşınızdadır! Gözel Azerbaycanda ağ günleriniz ilde 365 gün olsun! 1 Velokorosizmde 200 il, Bolşefaşizmde 70 il Azerbaycan Türklerini yox etmek, yox göstermek üçün çox böyük ulusüstü – superetnik politika yürüdülmüşdür. Azerbaycan Türklerine […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv