Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. BABƏKLİYİMİZ – XÜRRƏMDİNLİYİMİZ (Babəkin edam olunmasının 1184-cü ildönümüdür)

I. Fərəh İnamı  Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq – İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır. Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək diləyir, – […]

Soylu Atalı. Babək Özgürlük simgəmizdir (14 mart 838-ci ildə, Samirədə, Babək amansızcasına edam olunmuşdur)

(Babək Günü ilə bağlı toplantıda çıxışdan)  Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]

Xaliq Bahadır “Müttəfiqlik” absurdu

Bildirildiyinə görə, “Rusiya Xarici İşlər Nazirliyi Türkmənçay bağlaşmasını saxtalaşdırıb, ora “Doğu Ermənistan” sözünü artırıb. Bu, dünən, yeni bağlaşma bağlanandan sonra baş verib. Elə dünən “müttəfiqlik” bağlaşmasının ardından Az TV-lər aldıqları tapşırığa uyğun olarq yenə aldadıcı propaqandaya hız verdilər: sən demə, Putinin diktəsiylə qollanan o bağlaşma Azərbaycana hava-su kimi gərəkmiş, bağlaşmadan sonra Azərbaycan Rusiyanın ən yaxın […]

Soylu Atalı Xocalının Pərdələnən İlləri

  Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının […]

Soylu Atalı Milli Faciəmizin Xocalısı

  Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət […]

Xaliq Bahadır. Yadigar Türkel

Onunla ilk tanışlığımız 19 fevral 1988-də olmuşdu. Ermənilərin Qarabağdakı “Miatsum” qışqırıqları, Əskəranda, Kərkicahanda suçsuz gənclərimizin öldürülməsi bizdəki hakimiyətin bütün bunlara soyuqqanlı qalması xalqda, ən çox da tələbə gənclik arasında böyük acıq doğurmuşdu. Bütün bunlar, ən başlıcası, ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq istəkləri M.S.Qorbaçovun ekonomik danışmanı A.Aqanbekyanın Paris çıxışından başlamışdı. Aqanbekyan Parisdə, erməniliyin güclü olduğu Fransada, […]

10 Köçəri Ayı Türkmənçay bağlaşmasının 194-cü ildönümüdür

 Fəlakətlərimizdən dərs götürək! Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib… Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər.

Xaliq Bahadır. Turan tütəyi

Qazaxıstanda baş verənlər  Qazaxıstanda baş verənləri, bəlkə də, ilkin olaraq bizdəki 1990-nın yanvarı ilə tutuşduran mən olmuşdum. Dönəm 30 il öncəki olmadığından (onda ortada indiki Rusiyadan qat-qat böyük, güclü Sovet dövləti vardı) indi Putin istər-istəməz Qazaxıstanda o çağlar Sovetin yürütdüyündən seçilən politika yürütməli olur. Putinin daha N.Nazarbayevin adamı kimi deyil, öz adamı (öz əlaltısı) olaraq […]

Soylu Atalı Milləti əzən diktator Birlik yaratmaz

(Şapur Qasımiyə yüngülcə cavab)  Bu günlərdə təzadlar.az  saytında “Rusiya Qazaxıstandan nə istəyir” başlıqlı bir yazıda adımın hallandırılması ilgimi çəkdi. Yazının müəllifi Şapur Qasımi adlı şəxs idi. Doğrusu, öncələr belə bir imzaya heç yerdə rast gəlməmişəm. Bu yazısını da, əslində özü ilə görüşəndən sonra oxudum. Əl telefonuma zəng eləmişdi. Yazımı oxuduğunu, ilgisini çəkdiyini dedi. Bir az […]

Soylu Atalı. Qaydalaşan Xəyanət

  Bu gün dünyanın baxışı bütünlüklə Rusiya-Ukrayna çəkişmələrinə bağlı görünür. Başqa uluslararası sorunlar (beynəlxalq problemlər)sanki ikinci dərəcəli anlam daşıyır. Geneldə isə bütün uluslararası sorunlar bir-birinə bağlı şəkildə gəlişir. Belə də deyə bilərik, hər hansı bir bölgədə (regionda) olan uluslararası sorunlarla bağlı münasibətlər yeni aşamaya keçir. Məsələn, Orta Doğuda başlayan proseslər Güney Qafqaza, Orta Asiyaya, Doğu […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv