Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz

I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar.İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq  –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.

Xaliq Bahadır. Yolsuzluq yaradanlar   

Ortada böyük Yol var idi; sonadək gediləsi Uğur Yolu! Böyük yolun böyük də uğurları olar – başda duranlar başqalıqlara varmasalar, başqalıqlara yolçuluq etməsələr. Başqalıqlara yolçuluq yolsuzluğa gətirər… Nələrdən keçib gəldik! 1998-ci il 25 oktyabr. O gün yeni yazımı “Hürriyyət” qəzetinə aparmışdım. Yazı, öncələr olduğu kimi, kompüterdə yığılacaq, oxuyub düzəliş eləyəndən sonra geri dönəcəkdim. Ancaq… qapıda […]

Ocaq Yükümlüsü Soylu Atalı

Soylu Atalı. İnsanlığın Yaşam Sevdası

(Viktor Hüqonun “Səfillər” əsəri üstə düşündüklərim)  “İnsan ən pis mühitdə belə, yaxşı olaraq qala bilər” (Asif Ata).  1. Gəlişmə – antigəlişmə  Gəlişmə (tərəqqi) harda baş verir – elmdə, texnikada, məişətdə, dövlət quruluşunun, yönətiminin yenilənməsində, sınır­ların qorunması üçün yaraqların modernləşməsində, təbiəti mənimsəmənin çalarlarında. Bunların heç biri toplumdan qıraqda deyil, ancaq insandan qıraqda baş verir. Bu cür gəlişmələrlə […]

Xaliq Bahadır. Tahir Abbaslı

Uzun, uzun bir yolu keçib getdik, arxadaş, Bu açunu su kimi içib getdik, arxadaş. Yanğı içində qaldıq… yolumuz bitər oldu, Biz yetəməz olana özgələr yetər oldu. Ölkəmizi sevməyi çoxlarına öyrətdik, Biz gerçəyi bitirdik, biz düzgünlük ürətdik. Bacardıq-bacarmadıq, nələr oldu-olmadı, Bir yol tutduq sonadək: Özgürlük idi adı! Bir yol tutduq sonadək – bizi o yol yaxınlaşdırmış, […]

Asif Atanın (İnam Atanın) ölümünün 25 illiyi qarşısında

Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız. Bu gün böyük Azərbaycan filosofu, Mütləqə İnam Dünyabaxışının yaradıcısı Asif Atanın ölümündən 25 il ötdü. Bu il də, hər il olduğu kimi, Asif Ata Ocağının Evladları, eləcə də,  Ocaqsevərlər Ağstafa sonevliyində Asif Atanın sonevini (qəbrini) ziyarət etmişlər. Onun ideyası, düşüncə yönü ilə bağlı söz deyilmiş, ”Anım törəninin quralları” yerinə yetirilmişdir.

Asif Ata. 28 May

XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu. Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı. Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı. Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, […]

Soylu Atalı Zelenskini suçlayanlara

İstənilən olay kimi, Rusiya-Ukrayna savaşı da, dünyada da, bizim toplumumuzda da fərqli baxışlar ortaya çıxarıb. Hər bir baxış yiyəsi də öz baxışını ədalətli sayır. Bu da doğaldır, kimsə baxış sərgiləyirsə, baxışını haqlı saymalıdır. Bir kəsim deyir, Ukraynanın dövlət başçısı Batının oyununa gəldi, ara yerdə Ukrayna xalqı fəlakətlərlə üz-üzə qaldı. Bir kəsim deyir, Ukraynanın başqa yolu […]

Yadigar Türkel. Günaydın.

1 Ermeni ideoloji savaşını bütün gücü ile sürdürür. Yağı “Yandex” –“Dzen”de Azerbaycan Türklerile bağlı nece aşağılayıcı yalan-palanlar yazdırır… “Dzen”de arabir bizden de “Get, Ay batandan sonra gel, ay oğlan” biçimli yazılar yazılır. Bilmirem onları kim yazdırır? Ancag bir şey aydındır: Azerbaycandan  Ermeninin ideologiya maşınını dağıdacag biçimde ideoloji, bilimsel iş yoxdur. Azerbaycan Respublikasının on illerle çox […]

Asif Ata Milli Hökumətin Devrilməsi

Asif Ata: (Üzünü zala tutub) Ürəyinizdə Günəş Olsun! Onda ən soyuq havada belə üşüməzsiniz. Azərbaycanlılar dünyanın arxasına düşəndə uçuruma düşdülər. Azərbaycan dünyanın əks-sədası olanda səsi batdı. Azərbaycan dünya adlanan dairəyə düşəndə çıxa bilmədi. Azərbaycanlılar özümlü olmayanda özgələşdilər. XX əsrdə dünya Rusiya idi və dün­ya Avropa idi. Avropadan səs gəlirdi, Şərqdə əks-səda verirdi. Şərqin fəlakəti onda […]

“Babəki verən xalqın özünü balaca sayması günahdır” (Babəkin edam olunmasının 1184-cü ildönümü qarşısında)

(14 mart Böyük Babəkin edam olunduğu gündür)  Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaş­larımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv