Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata Təbiətdə Mütləq

Dağların vüqarı – Mütləqin ifadəsidir. Çünki burada dağın adi xassəsi yox, gözəl mənası aşkara çıxır. Qürub çağının qüssəsi – Mütləqin ifadəsidir. Çünki burada təbiət məqamının sadə cəhəti yox, ali xüsusiyyəti aşkara çıxır.

Xaliq Bahadır Qalxın, himn çalınır!

Açuna çoxdan bəlli olan “ayir-buyur” imperiya prinsipi yalnız imperiya dövlətləri üçün deyil, eləcə də antixalq rejimləri üçün keçərlidir.Xalqa bağlı hakimiyətlər yer üzünün harasında olur olsun xalqın birliyinə çalışır- özünün bugününü, gələcəyini xalqın birliyində gördüyü üçün.Xalqı sevməyən, nəyə görəsə xalqa yad hakimiyətlər yalnız hansısa ölkə ilə savaş durumunda xalqın birliyini istəyir, o da yalnız özünü qorumaq […]

Soylu Atalı Azərbaycan sınaqlar burulğanında

Bu gün Azərbaycanın siyasi çevrəsində aparılan oyunlar qorxunc bir gələcəkdən soraq verir. Bu həyəcanları biz illər öncədən izləyirik. Yəni 30 ildir Azərbaycana, onun özündən qıraqda, siyasi tale hazırlayırlar. Bu prosesi birbaşa quranlar var, bir də onlara yardım edənlər.

Xaliq Bahadır. Gücümüz ortaq çıxarlarımıza bağlıdır

(Tofiq Yaqublu faktoru) Bütün Azərbaycana yaxşı tanış olan, çoxdan Azərbaycandan çox-çox uzaqlarda da tanınan Tofiq Yaqublu ölüm aksiyası keçirir. T.Yaqublu antidemokratik rejimə sürəkli dirənişi ilə tanınan, rejimlə barışmaz çarpışma aparan birisidir. T.Yaqublu Qarabağda döyüş yolu keçib. Qarabağda döyüş yolu keçənlərin bir çoxu rejimin yalnız antidemokratik deyil, eləcə də antimilli xarakterli yönətimi qarşısında sınıb geri çəkilirkən, […]

Xaliq Bahadır. Bizim bir Azərbaycanımız var

Tehrandakı Azərbaycan elçiliyinə bəlli basqından sonra Azərbaycanda İrana yönəlik savaşçı söyləmələr durmadan artmaqdadır. Qısası belədir: “İrana həddini bildirməyin çağı çatıb”. Bu gün Azərbaycanda İrana yönəlik kəskin ritorika sərgilənməkdədir. Özgürlükdən, özgür yanaşmalardan bütünlüklə uzaq televiziyalar yurddaşlarımızın İrana olan acığını daha da körükləyir. Bəllidir “İran islam respublikası” adlanan dövlət uzun illərdən bəri, demək olar, ara vermədən, antiAzərbaycan […]

10 Köçəri Ayı Türkmənçay bağlaşmasının 195-ci ildönümüdür

Fəlakətlərimizdən dərs götürək! Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər təhrif olunmuş biçimdə qiymətləndirilib… Əslən Təbrizdən olan tədqiqatçı ziyalı Ağşın Ağkəmərli, Uluyurd prinsipləri ilə yükümlü Abil Ulusoy və Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan mövzuları təqdim edirlər.

Asif Ata Ürəkdən gələn səs

Dünyada, Həyatda, İnsanda – dünyaya, həyata, insana sığma­yan, onlardan yüksək olan, ali, böyük olan, onlarda təza­hür edən, nişanələriylə aşkara çıxan, onları böyüdən, yüksəldən Mütləq yaşayır. Dünyada, Həyatda, İnsanda gözəl, kamil, ülvi nə varsa – hamısında Mütləq var. Gözəlliklər, ülviliklər, kamilliklər Mütləqin əlamətləridir. Ancaq dünyada, həyatda, insanda gözəlliklərlə, kamilliklərlə, ülviliklərlə yanaşı, eybəcərliklər, naqisliklər, bəsitliklər də yaşayır. […]

Asif Ata. Türk Ruhu bərqərar olsun!

Söhbətimizi türk ruhundan başlayırıq. Türk ruhunun mahiy­yəti, mənası, canı inanclıq deməkdir. Türk ruhu qədər inanc ruh yoxdur, bəlkə almanlarda da bizdən aşağıdır. Lakin bu inanclıqda itaət yoxdur, qismətçilik yoxdur, cənnətçilik, cəhənnəmçilik, xurafat və cəfəngiyyat yoxdur. Türklər Göyə inanıblar, Göyün özünü ilahi varlıq sayıblar. Göy burda islam Göyü deyil, qətiyyən. Burda Allahın taxtı yoxdur, tacı yoxdur. […]

Soylu Atalı. 20 YANVAR DƏRSİ

Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]

Asif Ata. 20 Yanvar

Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv