İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbər film çəkib. Bildirildiyinə görə, “Erməni krallığı” adlanan filmdə Qafqazın, ayrıca olaraq Qarabağın “qədim erməni ölkəsi” olduğundan danışılır. Bu, ermənilərin yalançı tarixlərindən ortaya çıxan “Böyük Ermənistan” ideyasına qulluq faktıdır. Kanada erməni diasporunun güclü-etkili olduğu ölkələrdəndir.
Archive for the ‘Türk Dünyası’ Category
Xaliq Bahadır. Bir daha Türklük, Türkçülük, Türk birliyi-Turanla bağlı
İyun 2nd, 2023
admin Açunda adı-kimliyi bir belə dartışma doğuran ikinci bir ulus yoxdur. Kimlərsə ondan onu daha da yüksəltmək, olduğuna uyğun dəyərini vermək üçün yazırlar, kimlərsə onun parlaq varlığını danmaq üçün.Adını üstündən götürmək, gerçək kimliyini unutdurmaq üçün Yer üzündə indiyədək nələrə əl atmadılar, nələrə əl atmırlar! Dışdan bizi Türklüyümüzdən daşındırmağa çalışan, bundan ötrü çeşidli qurğular quran yaxın-uzaq imperialist […]
Soylu Atalı. Sevgili Türkiyə, ölümünə oy vermə
May 25th, 2023
admin Bəşəriyyətin yaşamı siyasət üstə köklənib. Siyasətlə yaşayır, siyasətlə davranır, baxışını siyasətlə qurur. Siyasət ruhaniyyatın, mənəviyyatın yoxluğundan, ya da azlığından yaranıb. Bəs siyasətin olmadığı dönəm, çağ olacaqmı? – Söz yox, bunu demək çox çətindir. Çünkü toplumsal yaşamın nizamı siyasətlə oluşur. Başqa sözlə, birgəyaşayışın nizamını siyasətlə oluşdururlar. Biz bunu qaçılmaz saymırıq. Çünkü dövləti siyasi deyil, ruhani […]
Asif Ata. İnsanda Mütləq
May 25th, 2023
admin İnsanın Mütləq mahiyyəti Ruhda aşkar oldu. Ruh insanı özündən yüksəyə qaldırdı, həm də dünyanın, həyatın dünyadan, həyatdan daha böyük mənasını ona anlatdı. Ruh vasitəsiylə İnsan həyatı, dünyanı, özünü yenidən yaratdı və yaratdıqlarının heç birinə sığmadı, ülviyyətə, sonsuzluğa qovuşdu. Ruh vasitəsiylə İnsan dünyanı insaniləşdirdi, insanı dünyalaşdırdı, duyğularına, ehtiraslarına yeni məna verdi, insanı heyvanilikdən ayırdı, onun insani […]
Soylu Atalı. Türkçülük Bəşəri Tələbdir
May 3rd, 2023
admin Bu gün insanlar arasında hər bir fikrə subyektiv baxış kimi yanaşma halları çoxalıb. Hətta varlığa yeni yanaşmaların danılmaz qatlarını ortaya qoysan da, bu, düşüncələrdə subyektiv xarakter daşıyır. Varlığa köhnə yanaşmaları isə bilim adamlarının, eyitim görmüş adamların içərisində elələri var ki, obyektiv yanaşma saymasalar da, subyektiv yanaşma da saymırlar. Çünkü gerilik səviyyəsində düşünən toplumun basqısından çəkinmələr […]
Soylu Atalı. Türkiyə yağını yaxasından düşürməlidir
May 1st, 2023
admin Türkiyənin cümhuriyyətçilik tarixində söyüş, təhqir siyasəti olmamışdır. Az-çox bu tarixi izləyənlər, araşdıranlar bunu bilirlər. Ərdoğan Türkiyə dövlətinin başına gələndən sonra hər cür söyüş, təhqir, hədə, ayrı-seçkilik birbaşa dövlət siyasətinə çevrilmişdir. (Bunları görməmək üçün qəflətin ən qatı yerində durmalısan). Hər kəsə, hər bir olaya öz çıxarlarından yanaşmaq, tənqidə qarşı kin bəsləmək, nifrət sərgiləmək adi hal olmuşdur. […]
ASİF ATA. Cəmiyyətdə Mütləq
Aprel 30th, 2023
admin İnsan cəmiyyəti ona görə yaratdı ki, tək qalmasın, başqalarıyla birləşsin, qüdrətini, gücünü artırsın, hamılaşsın, xudpəsəndliyinin üzərində qələbə çalsın. Bu arzu onun qarşısıalınmaz cismani və mənəvi tələbindən dogmuşdu. İnsan özündə qala bilməzdi, özünü başqalarında tapmalıydı. Bu, mənəviyyatın Mütləq hökmü idi. Ancaq cəmiyyətdə insan özünü təsdiq edə bilmədi. Çünki cəmiyyət bütöv şəkildə Mütləq səviyyəsinə qalxmadı; cəmiyyətdə Mütləqin […]
Soylu Atalı. Türklüyə bulaşmış fəlakət
Aprel 23rd, 2023
admin Türkiyədə seçki sürəci davam edir. İzlədikcə adam düşüncələr burulğanına düşür. Hər kəs topluma vədlər verir. Bu vədləri tam olaraq yerinə yetirə biləcəklərmi?! Az kəsiminimi yerinə yetirəcəklər, çox kəsiminimi?! – Bunu Gələcək göstərəcəkdir. İstənilən halda, toplum bu vədlərə qulaq kəsilib. Söz yox, toplum bu çağa kimi olan durumu da dəyərləndirir. Ancaq bu dəyərləndirmə bütün toplum üçün […]




Posted in
Tags:
