Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. Babək özgürlük simqəmizdir

(Babək Günü ilə bağlı toplantıda çıxışdan)  Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]

Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz

I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq  –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır. Azadlıq – İnsanı İnsandan kənardakı […]

“Babəki verən xalqın özünü balaca sayması günahdır” (Bu gün Böyük Babəkin edam olunmasından 1186 il ötür)

(14 mart Böyük Babəkin edam olunduğu gündür)  Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaş­larımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir […]

Paşa Talıblı. Şeirlər

                                                                                                              […]

Asif Ata. Aldadan dünya

Nəşə aldanışı. Arzu aldanışı. Nicat aldanışı. Xəyal aldanışı. Cəzb aldanışı. Zəka aldanışı. Ürək aldanışı. Söz aldanışı. Əhd aldanışı. Yalançı İnam. Yalançı Loğman. Yalançı qəhrəman. Yalançı gözəllik. Yalançı idrak. Yalançı Qüdrət. Çağırış aldanışı. Bağırış aldanışı. Bəzək aldanışı. Dəbdəbə aldanışı. Rütbə aldanışı. Şöhrət aldanışı. Səlahiyyət aldanışı. Saxta cəfakeşlik. Saxta müqəddəslik. Saxta möhtəşəmlik. Bəşərsevərlik biçimində xudpəsəndlik. Azadsevərlik biçimində […]

Soylu Atalı. Ayrı-ayrı sorulara yanıt

…Toplumun heyvana enməsini izləyirik. Ona görə toplumun saflaşmasına doğru enerji sərf edirik. Bunun üçün öz üzərimizdə iş aparırıq. Söz yox, bu bizim mahiyyətimizin tələbidir. Bununla belə, topluma gərək olmağımızı da düşünürük. Necə olaq, Ocaq olaraq, gərək olaq, öndər olaq, mənəvi öyrətmən olaq?! Böyük məsələdir, asan deyil. Uğurla Pərvanəyə (Bilənlə Göytəkinin uşaqlarına) ata-analıq eləməyə nə var, […]

Asif Ata. Çağıran Dünya

Mütləq çağırışı! Müqəddəslik çağırışı! Ruh çağırışı! Təbiət çağırışı! Məhəbbət çağırışı! Səma çağırışı! Dağ çağırışı! Ana çağırışı! Övlad çağırışı. Torpaq çağırışı. Gözəllik çağırışı. Səda çağırışı. Möcüzə çağırışı. Ürək çağırışı. Sifət çağırışı. Qədimlik çağırışı. Doğmalıq çağırışı. Meşə çağırışı. Gecə çağırışı. Günəş çağırışı. Bahar çağırışı. Dəniz çağırışı. Çay çağırışı. Amal çağırışı. Arzu çağırışı. İnam çağırışı. Od çağırışı. Körpəlik […]

Paşa Talıblı. Şeirlər

                                                                                                              […]

Xaliq Bahadır. Dostoyevskinin gündəlikləri

Fyodor Mixayloviç Dostoyevski (1821-1881). Bu ad Yer üzünün bütün az-çox gəlişmiş düşüncə yiyələrinə, gerçək oxumuşlarına, özünü kültürlü oxucu kimi yetişdirmişlərinə yaxşı tanışdır. Dostoyevski günü bu gün də açunda (açun-ərəbcə, dünya) ən çox oxunan yazıçılardandır. Mənim Dostoyevski yaradıcılığı ilə tanışlığım tələbəlik illərindən başlamışdı. L.Qrossmanın Dostoyevski ilə bağlı iri ölçülü bioqrafik kitabını da oxumuşdum, bütün bunlara görə […]

Soylu Atalı. Xocalının Pərdələnən İlləri

Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv