Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. 20 Yanvar Dərsi
Yanvar 20th, 2025
admin Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]
Asif Ata. İnsan Natamlığı
Yanvar 14th, 2025
admin Natam İnam. Natam İlham. Natam vəcd. Natam ehtizaz. Natam məhəbbət. Natam ismət. Natam fərəh. Natam xəyal. Natam amal. Natam cürət. Natam vüsət. Natam nəvaziş. Natam pərəstiş. Natam iradə. Natam zəka. Natam duyğu. Natam arzu. Natam sirr. Natam dil. Natam yol. Natam səs. Natam nəfəs. Natam həvəs. Natam böyük. Natam ali. Natam diri. Natam açıq. Natam […]
Soylu Atalı. İçdənlik – Oyunu Ötməkdir
Yanvar 7th, 2025
admin Bəzən üzdəki şairlər, genel olaraq qələm adamları (yazıçılar) yazdıqlarını Allahdan gələn ilham, Allahdan gələn söz kimi dilə gətirirlər. Onlar bunu təvazökarlıq edirmişlər kimi deyirlər. Yəni “mən kiməm, yazdıqlarım Allahın hünəridir”. Əslində bu deyilişdə gizli bir eqoizm var. Yəni “mən Allaha yaxın adamam, seçilmişlərdənəm”. Bu hal Məhəmməddən gəlir. Üzdə özünü təvazökar göstərir: “mən Allahın quluyam, nəyim […]
Əkbər Qoşalı. Tovuz səfəri
Yanvar 3rd, 2025
admin Axşam düşür, şər qarışır. Belə vaxtlar hər yerdə qərib bir kövrəklik duyar insanoğlu; gur şəhərlərdən, nə bilim, işıqlı iş yerlərindən fərqli olaraq, köydə bir başqa cür – daha təsirli, daha içdən olur axşam düşümü – sanki səni qaçhaqaçdan sıyırıb, hoydu-hoydudan çəkib saxlayır, özünəgəlməyə çağırır, toxtamağa vadar edir… Bir anlıq, adama elə gəlir bir sənsən, bir […]
Asif Atayla görüş. Mövzu: Mütləqə İnam (I hissə)
Yanvar 1st, 2025
admin Asif Atanın ayrı-ayrı vaxtlarda keçirdiyi görüşləri, tədbirləri Onun Ocağı sonradan səsdən sözə çevirib kitab halına salmışdır. Kitab “Ata Səsi” adlanır. İndi həmin kitabı hissə-hissə oxuculara təqdim edirik. Fikir Evi. Mövzu: Mütləqə İnam (Ata gəlir və hamı ayağa durur – Soylu Atalı.) Ata zala daxil olur: “Həlak olanlarımızın xatirəsini yad edək (Hamı ayaq üstə – S.A.). Bir […]
Soylu Atalı. Bilmək – Yaşamaq
Dekabr 27th, 2024
admin Ürəyinizdə Ata Günəşi olsun, dəyərli Amaldaşlarım. Sizin hind ruhaniyyatı ilə, eləcə də sufiliklə bağlı verdiyiniz suala qısaca cavab vermək istəyirəm. Mənəvi təmizlənmənin özülü sayılan əsas ideya Nirvana ideyasıdır. Nirvana insan üçün həyatın hər cür əzablarından qurtulma yoludur. Hər cür nəşədən, ehtirasdan, hər cür həzzdən imtina etməyin yoludur. Bu olmadan insanın ruhu yaranmır, kamilləşmir. İnsanın ruhu […]
Asif Ata. Özüylə döyüşən İnsan
Dekabr 23rd, 2024
admin Çirkabla döyüş. Günahla döyüş. Yalanla döyüş. Yamanla döyüş. Köləliklə döyüş. Kölgəliklə döyüş. Həqarətlə döyüş. Əsarətlə döyüş. Bədbinliklə döyüş. Azğınlıqla döyüş. Açıq çirkabla döyüş. Gizli çirkabla döyüş. Sirli çirkabla döyüş. Çirkab cəzbiylə döyüş. Qorxu zəhmiylə döyüş. Zalımlıqla döyüş. Miskinliklə döyüş. Avamlıqla döyüş. Duyğunu yamandan qorumaq. Zəkanı yalandan qorumaq. Əlləri haramdan qorumaq.
Soylu Atalı. Özümüzü aldatmayaq
Dekabr 17th, 2024
admin İnsanın özünü üç növ aldatması var: anlamadan (şüursuz olaraq) özünü aldatmaq, şüurlu olaraq özünü aldatmaq, biri də fərqinə varmadan özünü aldatmaq. Bunlar nədə özünü göstərir?! – Şüursuz olaraq özünü aldatmaq əqli kallıqdan, sağlam mühakimələri bacarmamaqdan irəli gəlir. Şüurlu şəkildə özünü aldatmaq hər şeyi uydurmaq səviyyəsində baş verir. Burada özünü yalandan inandırmağa çalışmaq var. Boş, anlamsız […]




Posted in
Tags:
