Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli Yurddaşlarımız! Azərbaycanımızın həyatında çox ağrılı, fəlakətli bir tarix yaranıb. Bu tarix bizim bugünkü həyatımıza da ciddi təsir göstərir. Ona görə də biz bir millət olaraq bu aqibətimizi düzgün dəyərləndirməliyik və düzgün yön almalıyıq. Nəsillər bir-birini səhvlər üzərində təkrar eləməməlidir. Nəhayət ki, milli varlığımız özünün bütün çalarlarıyla müəyyənliyini tapmalıdır.
Archive for the ‘Türk Dünyası’ Category
YASİN TÜRKSOY. AVROPA SİONİZMİNƏ QURBAN VERİLƏN AZƏRBAYCAN
Noyabr 16th, 2013
admin ( Asif Ata Ocağının “İnam Evi Günü” mərasim-törənində deyilmiş fikirlər) Bir sıra köklü bəşər xalqları kimi bizi də çətin duruma salıblar. Kapitalizm gələndən sonra durumumuz daha da çətinləşdi. Bizi milli-mənəvi süquta, iqtisadi asılılığa uğradıblar. Milli-ideoloji, öyrədici (maarifləndirici) aydın işi yox kimidir.Yeniyetməni, gəncliyi Avropa təbliğatının əsirinə çevrirlər. Bunun üçün “Avrovision” kimi, qış və yay olimpiada oyunları […]
XALİQ BAHADIR. XALQIN – MÜXALİFƏTİN QARŞIDAKI GÜNLƏRİ
Noyabr 4th, 2013
admin Axtarışlar… axtarışlar… axtarışlar. Bunlar çağdaş Azərbaycanın başlıca, mən deyərdim, başda duran analitklərindən biri, birincisi olan Hüseynbala Səlimovun yazılarında olan ardıcıl görsənişlərdir – ardıcıl axtarış görsənişləri. Bizdə “analitik-politoloq” adıyla tanınan çoxdur.
BORÇALINI TÜRK RUHUNDAN TƏCRİD ELƏMƏK GEDİŞLƏRİNƏ DİRƏNİŞ GƏRƏKDİR
Noyabr 4th, 2013
admin Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Artıq Azərbaycan cəmiyyətinə bəllidir ki, Yurdumuzda hər cür yadlığa, özgəçiliyə qarşı Asif Atanın Mütləqə İnam Ocağı milli-insani dirəniş faktıdır. Asif Ata prinsiplərinin qəti və nüfuzedici təsirləri yurdumuzun sınırlarından kənara çıxmaqdadır. Ancaq bu təsirlər daha çox milli-insani, bəşəri yöndədir.
XALİQ BAHADIR. RAMİZ MEHDİYEV… ABŞ-la SAVAŞDA
Oktyabr 30th, 2013
admin Uzun illərdən bəri Azərbaycanda oturub… Azərbaycanla ölüm-dirim savaşı aparan Ramiz Mehdiyev indi ABŞ-la açıq savaşa çıxıb. Müxalifətçi dostların acığına getsə belə, mən bu yerdə keçmiş kompartiya, indiki YAP ideoloqu R.Mehdiyevi ürəkdən alqışlayıram. Adam yetişib! Gələ-gələ yetişib.
XALİQ BAHADIR. İLHAM ƏLİYEVİN İNAUQURASİYA YALANLARI
Oktyabr 28th, 2013
admin Onun inauqurasiya çıxışını başdan ayağa oxumaq, o çıxışla başdan ayağa tanışlıq yersiz-gərəksiz çağ itkisi demək olardı. Arxada yalanlar, xalqı aldatmalarla dolu 10 illik bir dönəm var. Arxada qoyub gəldiyi 10 illik dönəm ölkənin ən yüksək tribunasından ən yüksək yalanlar, ən yüksək aldatmalarla yadda qalıb. Hakimiyətə yalanla, xalqı aldatmaqla gəldikləri kimi, yalanla, xalqı aldatmaqla da hakimiyətdə […]
ASİF ATA. HƏQİQƏTLƏR (III YAN BİTİQ) davamı
Oktyabr 28th, 2013
admin TƏZƏ DÖVLƏTÇİLİK Kooperativ – Dövlət artığı. İcarə – Dövlət təhkimçiliyi. Təsərrüfat hesabı – Dövlət kölgəsi. Fərdi Təsərrüfat – Dövlət Zəkatı.
XALİQ BAHADIR. Rusİyadakı azərbaycanlılar…
Oktyabr 25th, 2013
admin Rusyada azərbaycanlıların sayı 3 milyona çatıb. Azərbaycanda azərbaycanlılar azalır, Rusiyada artır. Rusiyadakı siyasi rejim də Azərbaycandakı kimi avtoritar xarakterlidir. Ancaq azərbaycanlıların Rusiyaya axınından belə bilmək olur: azərbaycanlılara Azərbaycanda yaşamaq Rusiyada yaşamaqdan daha ağır, daha çətin, daha dözülməzdir – bütün bunlara görə Azərbaycandan axın Rusiyaya yönəlik demoqrafiya xarakteri alıb. Azərbaycan azərbaycanlılar üçün getdikcə qısırlaşan, Rusiya azərbaycanlılar […]
XALİQ BAHADIR. KRİMİNAL SEÇKİ FAKTORU
Oktyabr 14th, 2013
admin 44 ildir bir ailənin bir millətlə savaşı gedir. Bir ailənin bir millətlə savaşı ağlasığmaz olsa da, bu var, bu bir gerçəklikdir. Əliyevlər ailəsi 44 ildir bu millətlə (burada siyasi millət anlayışı önə çəkilir) savaş aparır. Ortada çoxlu sayda cinayət faktı olduğundan geriyə yol yoxdur: ailə sonadak bu milləti yenməyə yüklənib. Bu tezisi doğrulayan çoxlu fakt […]
Soylu Atalı (Ocaq Yükümlüsü). MÜTLƏQ HAKİMİYYƏTÇİLİK EYBƏCƏRLİYİ
Oktyabr 14th, 2013
admin Demokratiya – hakimiyyət uğrunda mübarizə ideologiyasına çevrilib. Hamı demokratiyanı hakimiyyətə gəlmək üçün sevir. Buna görədir ki, hamı partiyalarda qruplaşır. Millətləşmə uğrunda, vətən uğrunda mübarizə aparan şəxsiyyət partiyaçılığa küsənməz, ümummilli Hərəkata başlayar. Partiyaçılıq qrup mənafeyidir, bu səbəbdən də milli istəklər üçün məhduddur. Partiyaçılıqda hədəf hakimiyyət dəyişikliyidir, milli şüur dəyişikliyi deyil. Ümummilli Hərəkatda hədəf milli şüurun inkişafı […]




Posted in
Tags: 