I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır. Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək […]
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. Babək Özgürlük Simqəmizdir
Mart 14th, 2025
admin (Babək Günü ilə bağlı toplantıda çıxışdan) Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]
Babəki verən xalqın özünü balaca sayması günahdır
Mart 14th, 2025
admin (Bu gün – 14 mart Böyük Babəkin öldürülməsindən 1187 il ötür) Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəminin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya […]
Asif Ata. Ruhanilik
Mart 9th, 2025
admin Ruh – Mütləqin İnsanda ifadəsidir. Mütləq kamildir, əbədidir, sonsuzdur. Bu səbəbdən də ruhanilik – qeyri-kamil dünyada kamil yaşamaqdır. Sonlu dünyada – sonsuz yaşamaqdır. Keçici dünyada – əbədi yaşamaqdır. Əbədi yaşamaq – mənəvi yaşamaqdır. Mənəvi yaşamaq – cismanilikdən çıxmaqdır. Cismən insan keçicidir, mənən – əbədidir. Həyatın mənası cismanidən böyükdür, həyat özünü cismanidən alidə, böyükdə, ülvidə tapır. […]
Soylu Atalı. Xalqların aldandığı gündəmlər
Mart 5th, 2025
admin Bu gün dünyanın baxışı ABD başqanı Trampla Ukraynanın dövlət başçısı Zelenskinin davranışlarına, münasibətlərinə yönəlib.Ancaq bütün görüntülər, araşdırmalar, dəyərləndirmələr, məncə, ikinci dərəcəli məsələlərə bağlıdır. Elə görsənir ki, Tramp Ukraynanın sərvətlərinə, minerallarına əl qoymaq istəyir. Eyni halda, o özünü savaş durdurucusu, qurtuluşçu kimi tarixə keçirməyə çalışır. Bir başqa versiya isə onun öncələrdən Rusiyanın kadrı olması ilə bağlı […]
SİYASİ İSLAM və ORDU
Fevral 27th, 2025
admin (Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırılıb) (Təqaüddə olan Briqada generalı Naim Baburoğlunun qələmindən gərəkən bir yazı. Oxuyun, paylaşın, hamı oxusun). 1978-ci il. İranda küçə şouları və tədbirləri başlayıb. Yanvar 1979-cu il… İran şahı Rıza Pehlevi ölkəni tərk edib. 1 fevral 1979-cu il… Parisdə sürgün edilən Ayətullah Xomeyni İrana qayıdıb. xxx Xomeynini iki milyona yaxın insan […]
Soylu Atalı. Milli Faciəmizin Xocalısı
Fevral 26th, 2025
admin Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü […]
Asif Ata. Hürufiliyimiz – Ənəlhəqliyimiz
Fevral 26th, 2025
admin I. İnsan – Allah Hürufilər İnsanı Allah sayırdılar, Ocaq diliylə desək – Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq sayırdılar. Hər bir İnsanı Allah oğlu sayırdılar – təkcə Peyğəmbərləri, hökmdarları yox. İsaçılar İsanı Allah oğlu sayırdılar, Makedoniyalı İsgəndər Allah sayılırdı, Roma İmperatoru Kaliqula özünü Allah elan etmişdi. İslamda İnsan Allahın Bəndəsiydi, quluydu, Peyğəmbər özü Allahın quluydu, Allah […]
Soylu Atalı. Xocalının Pərdələnən İlləri
Fevral 26th, 2025
admin Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı […]
Günev Atalı. Ümidləşən İnamım
Fevral 26th, 2025
admin Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə! İnamla yaşamaq – hüdudsuz fərəhimdir! Yaşamın dəyişə biləcək imkanına ümidimdir. Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür. Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam […]




Posted in
Tags: 