Xeyir – hadisə deyil, mahiyyətdir, sonlu deyil, sonsuzdur, ölümlü deyil, ölümsüzdür. Xeyir – ruhun özüdür. Buna görə də o, gerçəklikdən artıqdır, böyükdür, alidir. Xeyirin məqsədi – nisbini mütləqləşdirmək, sonlunu sonsuzlaşdırmaq, qeyri-kamili kamilləşdirmək, ölümlünü ölümsüzləşdirməkdir. Xeyir əslində yeni gerçəklik yaradır. Xeyir – Mütləq mənanın Mütləq şəkildə təsdiqidir. Gözəllik – xeyir səviyyəsinə qalxmır, xeyir gerçəklik səviyyəsinə enmir, […]
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. Yenilik çətin alışılan yaşam olsa da…
May 28th, 2025
admin İnsanlar hər hansı bir yeniliyə alışana kimi çətinliklər yaşamalı olurlar. Dedi-qodu, söz-söhbət yaranır. Ancaq getdikcə hər şey axarına düşür. Sonralar, hansısa tələbdən, zərurət üzündən başqa bir yenilik vermək istəyəndə ona qarşı dirənməyə çalışır, özünün bundan öncə alışdığı (vərdiş elədiyi) həyat tərzini qorumaq istəyir. Oturuşmuş, vərdiş elədikləri qaydaların dəyişməsi həm ağır gəlir, həm də pis görünür […]
Asif Ata. Gözəllik
May 22nd, 2025
admin Gözəllik nisbi biçimdə aşkara çıxır. Ancaq Mütləqə xidmət edir. Gözəllik cismani biçimdə aşkara çıxır. Ancaq ruhaniyə xidmət edir. Gözəllik sonlu biçimdə aşkara çıxır. Ancaq sonsuzluğa xidmət edir. Gözəllik ölümlü biçimdə aşkara çıxır. Ancaq ölümsüzlüyə xidmət edir. Gözəllik qeyri-kamil biçimdə aşkara çıxır. Ancaq kamilliyə xidmət edir. Gözəllik – rəmzdir, nişandır. Onun təmsil elədiyi üzə çıxandan artıqdır, […]
Soylu Atalı. İnam – Məna Yoludur
May 17th, 2025
admin (Amaldaşlarla ürəkləşmə silsiləsindən parçalar) Soylu Atalı: İnam məsələsi tanrısal məsələdir. Çünkü hər şeyin yönünü, anlamını bəlirləyib inanandan sonra işə başlayırsan, addım atırsan. İnanmadığın şeyə önəm vermirsən. Deyək ki, sənə deyirlər filan yerdə uçan boşqab gördüm, içindən çox sayda adamlar düşdü, boyları beləydi, üzləri eləydi. Sənə deyirlər, ağılın məntiqinə uyğun gəlmədiyi üçün sən buna inanmırsan. İnanmadığın […]
Xaliq Bahadır. Ərdoğanın yeni, terrorsuz Türkiyə söyləmələri
May 17th, 2025
admin Çoxillik faktlardan çıxış etməklə “söyləncələri” yazmaq daha düzgün olardı. (Söyləncə ərəbin dilində “əfsanə” deməkdir). 23 illik hakimiyəti boyunca Ərdoğanın Türkiyə-Türklük yararına söylədikləri doğrulmadığından…söyləncəyə dönüşdü! Yazıya “Ərdoğan Türkiyəni hara aparır” başlığı da qoymaq olardı, ancaq buna gərək yoxdur: Ərdoğan özünün dediyi kimi, BOP görəvlisi- eş başqanı olaraq Türkiyəni Proje Platformasında hara gətirməliydisə, ora da gətirib. Düzdür, […]
Göynur Atalı. Asif Atadan sistemləşən alıntılar…
May 6th, 2025
admin ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN! TARİX həmişə əbədiliyə, kamilliyə, sonsuzluğa can atıb. Bu baxımdan o, ruhanidir. TARİX həmişə nisbini, qeyri-kamili, sonlunu təsdiq edib. Bu baxımdan o, qeyri-ruhanidir. TARİXDƏ nisbilik – Mütləqilik, sonlu – sonsuz, maddi – mənəvi biçimdə təzahür edib, qeyri-ruhanilik ruhanilik şəklində təqdim olunub. TARİXDƏ ruhani niyyətlə qeyri-ruhani gerçəklik, ruhani məqsədlə qeyri-ruhani nəticə arasında daim uçurum […]
Xaliq Bahadır. Amerika gələcək…
May 2nd, 2025
admin Gerçək bir müxalifətçi dostumuz Rusiya-Ukrayna savaşı başlayandan tez-tez yazırdı: “Ukraynada savaşı bitirəndən sonra Amerika Güney Qafqaza, o sıradan Azərbaycana demokratiya gətirəcək”. Bir gün dözməyib ona kiçicik bir yanıt yazısı yazdım: “Amerika 1990-ların o başından Azərbaycandadır. Amerikaya Azərbaycanda demokratiya gərəksəydi, Amerika Azərbaycanda demokratiya olmasını istəsəydi, Azərbaycanda çoxdan demokratiya olardı. İstəmədi, olmadı”. O dostumuz yapay suçlama ilə […]
Göynur Atalı. ASİF ATAnın İNSAN MAHİYYƏTİ düşüncəsinə qovuşma:
Aprel 29th, 2025
admin ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN! İNSAN göründüyündən çox, görünməyəndir, zahirdəkindən çox, batindəkidir. Zahirdəki, biçimdəki sonlu, ölümlü – insanın mahiyyətindən aşağı gerçək mövcudluqdur. Batindəki, mənadakı, əbədilikdəki, kamillikdəki – insanın mahiyyətidir. İNSANIN mövcudluğu həmişə ruhani olmasa da, mahiyyəti həmişə ruhanidir. İnsanın mövcudluğu, gerçəkliyi onun mahiyyətinə bərabər deyil. Bu səbəbdən də insan ziddiyyətli yaşayır. Ancaq MAHİYYƏTİ ruhanidir, buna görə də […]
Soylu Atalı. “Türk-İslam” söz birləşməsi yanlışdır
Aprel 29th, 2025
admin Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, bir xalq olaraq, mənəvi geriləmə dönəmini yaşayırıq. Bunun ayrı-ayrı nədənləri var. Bu nədənləri aydınlaşdırmaqdan öncə xalqın tarixən formalaşması şərtlərinə qısaca baxış sərgiləməyimiz gərəkir. Söz yox, baxışlarınızı sivilizasiyaların başlanğıcına çəkib qonunu uzatmaq düşüncəsində deyilik. Bu bir ilkin (ibtidai) sərgiləmədir. Sonrakı aşamalarda deyəcəyimizi anlamağımız üçün epizodik bir başlanğıc kimi […]
Babək Məmmədli. Bir qrup şair var ki… – Şair xanımları bacı kimi sevənlər
Aprel 29th, 2025
admin Bir şair qrupu var, xeyli vaxtdır onları izləyirəm. Allahsaxlamışlar o qədər müsbət emosiya bəxş edirlər adama, özüm də bilmədən onların fanatına çevrilmişəm. Bizim gözümüzdə böyüdüb əzaba çevirdiyimiz həyatı onlar elə asan, elə rahat, elə şirin yaşayırlar ki, adamın xainliyi tutur. Hamının dörd gözlə gəzdiyi, adına xoşbəxtlik dediyimiz faili-məchulun düsturunu, formulunu mən deyərdim, xüsusi bir səy […]




Posted in
Tags:
