Soylu Atalı. Xoşbəxtlik və Bədbəxtlik

Bədbəxtlik – ən böyük xəstəlikdir., çünkü ruhun xəstəliyidir. Fiziki xəstəyə fiziki qulluq gərək olduğu kimi bədbəxtə də mənəvi qulluq gərəkdir. İkinci birincidən qat-qat çətindir. Çünkü bədbəxtə mənəvi qulluq etmək üçün gərək xoşbəxt olasan. Xoşbəxt olmadan bədbəxtliyi, xoşbəxtliyi ayırd etmək, bədbəxti xoşbəxt etmək olumsuzdur. Bədbəxt öz bədbəxtliyini dərk eləmir. Dərk etsəydi, söz yox, bədbəxt olmazdı. Xoşbəxtlik nədir?! – İnsanın normal maddi-sosial olanaqları ola bilər. Tutaq ki, heç bir yüksək görəvi-filan yoxdur, ancaq aylığı yaşamağa, gəzməyə imkan verir, ailənin qayğıları ödənilir. Ancaq bu əsil xoşbəxtlik deyil.
Adamın içində ilan olur. Bu ilan adamın mənliyini çalırsa, o da başqalarının əhvalına zəhər qatır.
Adamın içində tülkü olur. Bu tülkü adamın mənliyini aldadırsa, o da başqalarına qarşı məkrli, hiyləgər münasibətlərdə olur.
Adamın içində canavar olur. Bu canavar adamın mənliyini parçalayırsa, o da başqalarına qarşı vəhşi münasibətlərdə olur.
Adam öz içindəki ilanı, tülkünü, canavarı öldürürsə ürəyi saflaşır, başqalarına qarşısağlam, doğru münasibətdə olur. İçəridən azad olan adam saf ruhlu yaşayır. – İçdən azad olmaq xoşbəxtlikdir!
Xoşbəxt adam nə vaxtsa bir tikə çörəyə möhtac da ola bilər. Ancaq şər onun içində oturub heç vaxt əzab verə bilməz.
Aclıq, yoxsulluq fiziki yaşama, yəni öləriyə bağlı anlayışdır. Ancaq xoşbəxtlik əbədiliyə, ölməzliyə bağlı anlayışdır…

Ata Ayı, 36-cı il. Atakənd.

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv