Mütləqə vurulmaq.
Atəşdə qovrulmaq.
Mütləqə qovuşmaq.
Coşğun zəka.
Unudulan bədən.
Titrək dodaq.
Böyüklük zəhmi.
Ucalıq zəhmi!
Kamillik zəhmi.
İdrakın məhvərindən çıxması.
Hissiyyat zəlzələsi.
Mütləq yanğısı!
Mütləq niskili!
Mütləq hökmü!
Müqəddəs seyr!
Ağılın ağıl səddini aşması!
Zəkanın zəka səddini aşması!
Ürəyin ürək səddini aşması!
Heyrətin heyrət səddini aşması!
Ruhun bədən səddini aşması!
Kədərin kədər həddini aşması!
Fərəhin fərəh həddini aşması!
Zamanın zaman həddini aşması!
Məkanın məkan həddini aşması!
İnsanın özündən kənara çıxması.
Gerçəyin gerçəklikdən kənara çıxması.
Nisbinin Mütləq həsrəti.
Ruhun ruhani həsrəti.
Qovuşma təlaşı!
Qovuşma atəşi!
Qovuşma intizarı!
Qovuşma intibahı!
Şiddətli istək.
Sonlunun sonsuz eşqi!
Qeyri-kamilin kamil eşqi!
Ölümlünün əbədi eşqi!
Adinin qeyri-adi eşqi!
Ruhani yük.
Ruhani yoxuş.
Ruhani sıçrayış.
Mahiyyətini tapmış gerçək.
Özünü tapmış ruh.
Amalını tapmış əməl.
Mənasını tapmış ömür.
Müqəddəs təzad əfsunu!
Müqəddəs vəhdət əfsunu!
Xalisləşmək əfsunu!
Mütləqləşmək əfsunu!




Oktyabr 7th, 2025
admin
Posted in
Tags: 