Türkiyədə Atatürkün qurduğu Ulus dövlətinin gələcəyi ilə bağlı gərgin durum yaşanmaqdadır. Bu durumla, bütünlükdə Türkiyə ilə bağlı baş verənlərdən dönə-dönə yazmışam.
Mən də yazıram, Demokratik qüvvələrin Milli şurasını oluşduranlar da yazırlar. Bilməyənlər belə deyə bilərlər: nə yaxşı. Di gəl ortada yaxşı olmaqdan uzaq nəsnələr var. Demokratiya ideallarına, eləcə də Ulusalçı ideyalara bağlı olaraq mən qabaqcıl Türkiyə toplumunun, Türk Ulusunun, Türkiyə Ulus dövlətinin gərəklərindən çıxış edərək yazıram. Demokratik qüvvələrin Milli şurasını oluşduranlar biranlamlı olaraq 23 illik hakimiyəti boyunca Türkiyəni demokratiyadan antidemokratiyaya, başqa sözlə, Tək Adam rejiminə gətirib çıxarmış diktator prezident Ərdoğanın yararına yazılar yazırlar. Bu üzdən, nə yazıqlar, bizim yazılarımız ideya-politik baxımdan uzlaşan deyil, çarpıcı yazılardır.
Sözügedən görsənişə uzun sürə göz yumsam da, indi göz yummaq istəyində deyiləm. Özümün istəyimə görə deyil, Türkiyədə, Türkiyə yörəsində yaranmış, daha doğrusu, yapay olaraq yaradılan durumun təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də ağır sonuclar doğura biləcəyinə görə. Ardını oxu »
Xaliq Bahadır. Amerika gələcək…
Gerçək bir müxalifətçi dostumuz Rusiya-Ukrayna savaşı başlayandan tez-tez yazırdı: “Ukraynada savaşı bitirəndən sonra Amerika Güney Qafqaza, o sıradan Azərbaycana demokratiya gətirəcək”. Bir gün dözməyib ona kiçicik bir yanıt yazısı yazdım: “Amerika 1990-ların o başından Azərbaycandadır. Amerikaya Azərbaycanda demokratiya gərəksəydi, Amerika Azərbaycanda demokratiya olmasını istəsəydi, Azərbaycanda çoxdan demokratiya olardı. İstəmədi, olmadı”. O dostumuz yapay suçlama ilə […]


Göynur Atalı. ASİF ATAnın İNSAN MAHİYYƏTİ düşüncəsinə qovuşma:
ÜRƏYİNİZDƏ GÜNƏŞ OLSUN! İNSAN göründüyündən çox, görünməyəndir, zahirdəkindən çox, batindəkidir. Zahirdəki, biçimdəki sonlu, ölümlü – insanın mahiyyətindən aşağı gerçək mövcudluqdur. Batindəki, mənadakı, əbədilikdəki, kamillikdəki – insanın mahiyyətidir. İNSANIN mövcudluğu həmişə ruhani olmasa da, mahiyyəti həmişə ruhanidir. İnsanın mövcudluğu, gerçəkliyi onun mahiyyətinə bərabər deyil. Bu səbəbdən də insan ziddiyyətli yaşayır. Ancaq MAHİYYƏTİ ruhanidir, buna görə də […]


Soylu Atalı. “Türk-İslam” söz birləşməsi yanlışdır
Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, bir xalq olaraq, mənəvi geriləmə dönəmini yaşayırıq. Bunun ayrı-ayrı nədənləri var. Bu nədənləri aydınlaşdırmaqdan öncə xalqın tarixən formalaşması şərtlərinə qısaca baxış sərgiləməyimiz gərəkir. Söz yox, baxışlarınızı sivilizasiyaların başlanğıcına çəkib qonunu uzatmaq düşüncəsində deyilik. Bu bir ilkin (ibtidai) sərgiləmədir. Sonrakı aşamalarda deyəcəyimizi anlamağımız üçün epizodik bir başlanğıc kimi […]


Babək Məmmədli. Bir qrup şair var ki… – Şair xanımları bacı kimi sevənlər
Bir şair qrupu var, xeyli vaxtdır onları izləyirəm. Allahsaxlamışlar o qədər müsbət emosiya bəxş edirlər adama, özüm də bilmədən onların fanatına çevrilmişəm. Bizim gözümüzdə böyüdüb əzaba çevirdiyimiz həyatı onlar elə asan, elə rahat, elə şirin yaşayırlar ki, adamın xainliyi tutur. Hamının dörd gözlə gəzdiyi, adına xoşbəxtlik dediyimiz faili-məchulun düsturunu, formulunu mən deyərdim, xüsusi bir səy […]


İnamlı Atalı. Özümləşmə yönündə axtarışlar
Ürəyinizdə Günəş olsun, sevimli yurddaşlarım! İnsanın Məna yönündə artıb, böyüyüb, yüksəlməsində özünüdərkin böyük rolu vardır. Özünüdərk İnamdan başlanır. İnsana inanasan gərək. Başqa sözlə, İnsanın İnsanlıq Qüdrətinə inanasan gərək. İnsanın görünəndən, bilinəndən artıq, böyük, yüksək olan daxili imkanlarına inanasan gərək. İnsan – işıqdır – qaranlıqları yaran! Bəşər tarixində bu günə kimi insanın tapındığı inamlar nisbi inamlar […]



Xaliq Bahadır. Demokratik qüvvələrin Milli şurası, yoxsa bunun tərsi



Ölügötürmənin milli yönü


Ürəyinizdə Günəş olsun sayğılı soydaşlarımız.
Uzun çağlar xəstəlikdən sonra Amaldaşımız Ulusəs xanımın bacısı Nəsibə xanım aramızdan getdi. Buna görə Mütləqə İnam Ocağı Ulusəs xanıma, Nəriman bəyə, Polad bəyə, eləcə də bütün başqa yaxınlarına dərin hüznlə başsağlığı verir.
Nəsibə xanım Ocağa bağlı idi. Onu Ocağa bacısı Ulusəs yönləndirmişdi. Bir neçə yol Ocaq toplantılarına qatıldıqdan sonra Asif Atanın Yoluna inanmış, bu yolun təbliğatçısına çevrilmişdi. Aktiv bir xanım idi. Ardını oxu »

Xaliq Bahadır. Ərdoğanın iftar çıxışı


Düzünü bilmək istəsəniz, Ərdoğanın çıxışları məndən ötrü çoxdan, lap çoxdan dəyərini itirib. Yutub onun 23 illik yalançı çıxışlarıyla doludur. Buna baxmayaraq, onun dünən İstanbulda etdiyi iftar çıxışına baxmaq istədim. Niyəsi gizli deyil, Türkiyədə son günlər baş verənlərlə bağlı deyəcəklərini bilmək gərəkirdi- dinçi prezidentin çıxışı olaraq.
Sizi sevindirə bilməyəcəm: yeni nəsə yox idi- yenə çoxlu yalanlar, yenə müxalifətə yönəlik güzgüyə baxırmış kimi suçlamalar. Bir də…
Hə, bir də, Ərdoğana “dünya müsəlmanlarının lideri” adını qazandıran “Qazze soykırımı, Filistinli kardeşlerimiz” yanqısı, ardınca İsrailə yönəlik yapay-yalan bağırtılar. Hamısı bir yerdə bir aktyorun xalqı aldatmağa yönəlik 23 illik teatrı!
Ərdoğanın çıxışından az öncə Türkiyənin informasiya proqramları belə bir görüntülü soraq yaydılar: “İsrail ordusu Türkiyənin Fələstində tikdiyi Türkiyə-Fələstin dostluq xəstəxanasını göyə sovurdu” Ardını oxu »

Başsağlığı


Asif Atanın Mütləqə İnam Ocağı ünlü folklorşünas Elxan Məmmədlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir.
Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.

Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz


I. Fərəh İnamı
Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.
Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.
Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.
Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək diləyir, – əfsanələrdən, xurafatdan, xülyadan yox; özünə əl uzadır – əfsanələrə, xurafata, xülyaya yox; özünə çatır – əfsanələrə, xurafata, xülyalara yox; həqiqətə inanır – cəfəngiyyata yox; Azadlıqdan böyük cənnət tanımır, əsarətdən böyük cəhənnəm; Xeyirdən böyük mükafat tanımır, Şərdən böyük cəza.
Azadlıq İnsanı müqəddəs Fərəhə qərq edir.
O, Yenilməzlik Tələbidir – Zora əyilməmək, özümlüyü qorumaq – Vüqarı, Ləyaqəti…
Xalq – İnsanın Müqəddəs Mənliyidir. Yenilməzlik – müqəddəs Mənliyi qorumaqdır.
Yenilməzlik uğrunda döyüş İnsanı Müqəddəs Fərəhə qərq edir.
Zora yenilməmək, Zoru yenmək – Müqəddəs Fərəhdir.
Təbiidir ki, Babəkin Fərəh İnamı – Xəlifət İnamına daxilən, üzvi surətdə, qəti şəkildə zidd idi, onu kökündən sarsıdırdı.
Xəlifət Babək Peyğəmbərliyi və qəhrəmanlığından dəhşətə gəlmişdi.
Peyğəmbərlikilə Qəhrəmanlığın misilsiz birliyi yaranmışdı və bu birlik başı Bağdadda, ayağı Hindistanda olan Xəlifət Həşəmətini yerindən oynadırdı. Ardını oxu »

Soylu Atalı. Babək Özgürlük Simqəmizdir


(Babək Günü ilə bağlı toplantıda çıxışdan)
Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli deyilik, milli gələnəklərimizdə yaşadılmasına çalışmalıyıq.
Babək haqqında tarixi faktları burda vurğulamayacağam. Bilirsiniz, Babək haqqında çoxsaylı yanlışlar var. Bu yanlışlar təkcə onun tarixi faktlarına yanaşmada deyil, bütövlükdə Babəkin sunulması, öyrədilməsi, bir dəyər olaraq, bir mənəviyyat faktı olaraq pozuntuya uğradılır (təhrif olunur). Ən yaxşı halda isə Babəki ərəb işğalçılarına qarşı döyüşən bir qəhrəman sayırlar. Bilmək gərək, Babək ərəb işğalına qarşı elə-belə döyüşmürdü. Ərəb bizim üzərimizə elə-belə gəlməmişdi, ideologiya ilə gəlmişdi. Başının üstünə İslam bayrağını qaldırmışdı. Dilində “la ilahə illallah” bağırtısı vardı. Yurdumuzun içərisinə “la ilahə illallah” bağırtısı ilə girirdi. Babək “la ilahə illallah”a qarşı döyüşürdü, onun xalqının içinə gələn, gətirilən ideologiyaya qarşı döyüşürdü. Ardını oxu »

Babəki verən xalqın özünü balaca sayması günahdır


(Bu gün – 14 mart Böyük Babəkin öldürülməsindən 1187 il ötür)
Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəminin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir kəsim isə Babəki Azadlıq qəhrəmanı hesab edir. Bəs kimdir Babək? Bu suala cavab tapmaq üçün, milli düşüncə sahibləri olan aydınlarımıza üz tuturuq: Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı, ideoloji mübarizənin öncüllərindən Xaliq Bahadır, Azərbaycanımızın Güneyindən olan aydınımız Ağşın Ağkəmərli suallarımızı cavablandıracaqlar. Burada bizimlə gənc dostlarımız da iştirak edirlər.
– İlk sual Ağşın bəyədir. Ağşın bəy, Babək Xürrəmdinliyin başçısı olana qədər kim idi? Ardını oxu »

Asif Ata. Ruhanilik


Ruh – Mütləqin İnsanda ifadəsidir.
Mütləq kamildir, əbədidir, sonsuzdur.
Bu səbəbdən də ruhanilik – qeyri-kamil dünyada kamil yaşamaqdır.
Sonlu dünyada – sonsuz yaşamaqdır.
Keçici dünyada – əbədi yaşamaqdır.
Əbədi yaşamaq – mənəvi yaşamaqdır.
Mənəvi yaşamaq – cismanilikdən çıxmaqdır.
Cismən insan keçicidir, mənən – əbədidir.
Həyatın mənası cismanidən böyükdür, həyat özünü cismanidən alidə, böyükdə, ülvidə tapır.
Maddiyyata sığan dünya, maddiyyatda qalan dünya, dayanan dünya qeyri-kamil dünyadır! Ardını oxu »

Soylu Atalı. Xalqların aldandığı gündəmlər


Bu gün dünyanın baxışı ABD başqanı Trampla Ukraynanın dövlət başçısı Zelenskinin davranışlarına, münasibətlərinə yönəlib.Ancaq bütün görüntülər, araşdırmalar, dəyərləndirmələr, məncə, ikinci dərəcəli məsələlərə bağlıdır. Elə görsənir ki, Tramp Ukraynanın sərvətlərinə, minerallarına əl qoymaq istəyir. Eyni halda, o özünü savaş durdurucusu, qurtuluşçu kimi tarixə keçirməyə çalışır. Bir başqa versiya isə onun öncələrdən Rusiyanın kadrı olması ilə bağlı vurğulanır. Bu, ya buna bənzər dəyərləndirmələr çoxdur, bundan sonra da olacaqdır. Ancaq ABD dünyanın super gücü sayılır axı. Həm də o tək super güc deyil. Yanında Böyük Britaniya, İsrail cütlüyü də var. Əgər ABD-nin durumu indiki kimi üzdə görünən məsələlərlə dəyərləndirilsəydi, o, super güc olmasını qoruyub saxlaya bilərdimi?! – Məncə yox. Super güclər üzdə başqa oyunlar qururlar ki, dərin qatlardakı niyyətləri görünməsin. Ardını oxu »

SİYASİ İSLAM və ORDU


(Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırılıb)
(Təqaüddə olan Briqada generalı Naim Baburoğlunun qələmindən gərəkən bir yazı. Oxuyun, paylaşın, hamı oxusun).
1978-ci il. İranda küçə şouları və tədbirləri başlayıb.
Yanvar 1979-cu il… İran şahı Rıza Pehlevi ölkəni tərk edib.
1 fevral 1979-cu il… Parisdə sürgün edilən Ayətullah Xomeyni İrana qayıdıb.
xxx
Xomeynini iki milyona yaxın insan qarşıladı.
Salamlayanlar arasında tələbələr, məmurlar, ziyalılar, tacirlər, fəhlələr, sənətkar və ruhanilər kimi həyatın müxtəlif sahələrindən olan iranlılar da var idi. Ardını oxu »