Soylu Atalı. İlahi Ədalət yalanı

…İlahi ədalət axtaranlar ən çox verdiyin vədlərə baxırlar. Məsələn, göyel (səmavi) dinlər cənnət vəd edir, bəs sən nə vəd edirsən?! Ölümdən sonra fiziki həyat vəd edirlər. Cənnəti əslində fiziki həyatın davamı kimi qiymətləndirirlər. Öləndən sonra diriləcəksən. Birinci həyatında, yəni Yerdəki mövcudluğunda yaxşı işlər görübsənsə cənnətə aparılacaqsan. Orada yaşayan sənin ruhun deyil, məzmunun, mənan deyil. Orada sənin fiziki mövcudluğunun davam eləməsi vəd olunur. Yeyirsən, içirsən, əylənirsən. Ruhda əyləncə olmur, bunu bədən edir. Bədənə xas olan, bədənin istəklərinə aid olan şeylər vəd edirlər. Bizdən də (Ocaqdan) onu gözləyirlər. Gərək biz də bədənə aid bir şeylər vəd edək. Belə bir vəd gözləməkləri çox yanlışdır.
Aşağı-yuxarı üç min ilə yaxın bir müddətdə bizə Budda adlı bir şəxsiyyət bəllidir. O fiziki yaşasaydı nə olardı?! Lap fiziki yaşayır, onun fiziki yaşaması nəyi həll edir?! Özü üçün yaşayırsa yaşasın, bunun bir anlamı yoxdur. Onun varlığı bizim üçün Mənada yaşamasıdır. Dediyini deyib, elədiyini eləyib. Əbədi fiziki yaşamağın nə anlamı var?! (O başqa məsələ ki, əbədi fiziki yaşamaq yoxdur. Göyel dinlər elə vəd edirlər). Ardını oxu »

Erdal Sarızeybek. APO GÜCÜNÜ ERDOĞAN’DAN ALIR… ANCAQ SADƏCƏ ERDOĞAN’DAN DEYİL…

 

Hər şey PKK-nın Anadoluda başlayan on altı üsyana sahib çıxması ilə başladı. Türk tarixinə nədənsə kürd üsyanları kimi yazılan bu on altı üsyanı araşdırdım. Mənim məqsədim; bu üsyan siyasətini araşdırmaq və PKK-nın yalanlarını ifşa etmək idi.
1514-cü ildə baş verən (Yavuz Sultan Səlim – Şah İsmayıl döyüşü) Çaldıran döyüşündən başladım. Baş nazir Ərdoğanın həyata keçirdiyi separatçı kürd siyasətləri məni onun (Ərdoğanın) Camaatına gətirib çıxartdı. Baş nazir Ərdoğan Xalidi Camaatının İstanbul/Gümüşhanevi lojasından idi. Sonra hər şey  ard-arda açılmağa başladı. Baxın haralara və nələrə çatdım!
Xalidi Camaatının xəlifəsi Xalidi Bağdadi Süleymaniyyədəndir. Onun ilk xəlifəsi Şeyx Əbdüsselam Bərzani Bərzandandır. İkinci xəlifə Şəmdinli Seyit Taha Şəmdinlidəndir. Bu iki ailə 1880-1961-ci illər arasında Şimali İraq və Şərqi Anadoluda baş vermiş on üsyanın təşkilatçıları və idarəçiləri olmuşlar: Tahazədələr və Bərzanilər. Ardını oxu »

Xaliq Bahadır. İlyas İsmayılov – bütövlüyün özü

(Bütövlük Böyüklükdür)

Gərəkən giriş
Bu dünyadan İlyas İsmayılov keçdi-böyüklüyün, bütövlüyün özü kimi!Nə yaxşı, sağlığında onu dəyərləndirənlərdən oldum.
Şair nə deyir: Sağlığında qiymət verin insanlara!
İndi, özündən sonra, onu bəyənən, öyən, yüksək dəyərləndirən tanınmış politikanları görürük.Onu sağlığında saymazdan gələn politikanların ona sonrakı sayğısını görürük.Kimə, nəyə gərəkdir belə çağı keçmiş yalançı sayğı, yalançı dəyərləndirmə?!
Bunlar çağında olsaydı, çox ola bilsin, biz indi bütünlüklə başqa sosial-politik, eləcə də kültürəl koordinatlar sistemində olardıq.

İlk tanışlıq

Onu uzaqdan-uzağa çoxdan tanıyırdım. Qardaşım Ənnağı S.M.kirov adına ADU-nun hüquq fakültəsini yenicə bitirmişdi. Pulla deyil, pulsuzluqla. Mülkü hüququ çox yaxşı bildiyinə görə ona Sovet mülkü hüququnun aslarından sayılan Qribanovun adı verilmişdi. Tanıdığım müəllimləri ona “Qribanov” deyirdilər. Ardını oxu »

Asif Ata. Fərd

Fərd – özüylə kifayətlənmir, barışmır – ona görə ruhanidir.
Fərd – mühitlə kifayətlənmir, barışmır – ona görə ruhanidir.
Fərd – bədənlə kifayətlənmir, barışmır – ona görə ruhanidir.
Fərd – nisbiylə kifayətlənmir, barışmır. Mütləqə can atır – ona görə ruhanidir.
Fərd – dünyada müqəddəsliyi kəşf edir, yaradır, müqəddəs­liyə tapınır – ona görə ruhanidir.
Fərd – dünyada öz dünyasını yarada bilir – ona görə ruhanidir.
Fərd – mütləq mahiyyətli olduğundan özünün mənəvi səviy­yə­siylə barışmır, özü üzərində yüksəlir. Mütləqə yaxınlaşmağa can atır. Daxilindəki Mütləq ona deyir ki, nə qədər kamil görünsən də – özünə çatmamısan. Nə qədər qüdrətli görünsən də – özünə çatmamısan.
Bu səbəbdən də daim özündən kənara çıxmalısan, özündən ucaya can atmalısan – sənin imkanların mövcudluğundan hədsiz dərəcə artıqdır. Ardını oxu »

Xaliq Bahadır. Diktatura nədir

Bir sıra görüşlərdə, qonuşmalarda diktaturadan söz düşərkən tez-tez “bizdə diktatura olmadığı” tezisiylə qarşılaşırıq. Bu tezisi ortaya atanlar onu doğrulamaq üçün qaçılmaz olaraq klassik diktaturalardan örnəklər gətirirməklə bizdə “tam diktatura deyil, diktaturaya bənzər bir rejim olduğunu” söyləyirlər. Ayrıca vurğulamaq gərəkir: bunlar elə-belə kimsələr deyil, çağımızın oxumuş, bilikli, bir çoxu da akademik çevrələrə bağlı adamlar olur.

Onları çaşdıran nədir? Klassik diktatura görküləri ilə çağdaş diktatura görküləri arasındakı ayrıntılar. Çoxlarını çaşdıran, “bizdə diktatura yoxdur” tezisinə gətirib çıxaran o ayrıntılarla bağlı ayrıca anlatmalara gərək var. Ardını oxu »

Günev Atalı. Sözüm aldadanlara deyil, Aldananlaradır

Amal – Ömrün ali Mənası İnsanlığa aparan yoldur. Özündəki Mütləqə qovuşmaq yoludur. Ömrün hər anında bu istəklə yaşayırsan. Özünə nəzarət edir, qüsurlarla döyüşür, arılır, durulur, alnıaçıq yaşayırsan. Dil yalandan, əl haramdan, düşüncə yadlıqdan çəkilir. Baxışlara sevgi, əhvala səmimiyyət gəlir. Gözəlliyə, dürüstlüyə heyrətli münasibət – ucalıq gətirir ömrə. Yaşamın anlam yüksəkliyində görürsən özünü. Yetdiklərini yörəndəkilərə yetirmək üçün yürüyürsən, çalışırsan. Gözəllik hər anda öz cazibədarlığı ilə səni uca əməllərə səsləyir. Yetər ki, qulaqların onu dinləməyə alışsın.

Ardını oxu »

Xaliq Bahadır. Kim kimdir?

(Türkiyə Bermud üçbucağında)

Natanyahu guya Ərdoğanın təpkisiylə “yaraqları buraxmış” YPG-yə dəstək verəcəklərini bildirdi. YPG lideri Abdi Şahin tezcə İsrailə yanıt verdi: “Dəstəyinizə açığıq”.

“Suriya fatehi”, “dünya lideri” Ərdoğan nə edəcək? 23 il boyunca olduğu kimi,ulusa yeni-yeni yalanlar söyləyəcək.

“Suriya fatehi” adlandırdığınız Ərdoğan Suriyadan qaçan 10 milyondan artıq ərəbi Türkiyəyə dolduraraq onlara Türk ölkəsində Türklərdən qat-qat artıq üstünlüklər yaratdı. Sonuc nədir?Əhməd əş-Şəraa (keçşmiş “Colani”) ərəb ölkələrinə pulsuz etdiyi gömrüyü Türkiyə üçün 500 qata (beş yüz qata!) qaldırdı. Ərəblərə pulsuz etdiyi viza rejimini Türklərə 150 dollar etdi. Demokratik qüvvə- Milli şura olaraq sizin bütün bunları görməzdən gələrək, Ərdoğanı “regionun lideri” adlandırmağınız  adamda istər-istəməz quşqu doğurmaya bilmir: axı, orada nə varsa hamısı kor-kor, gör-gördür. Ardını oxu »

Asif Ata. Xalq

Xalq ruhani xilqət olduğundan kamildir, əbədidir, sonsuz­dur.
Bu səbəbdən də o, fərdlərin adi cəmi deyil, yalnız məkan birliyinə əsaslanan birlik deyil, keçici hadisə deyil.
Bu səbəbdən də xalq həyatı hadisəsi var.
Xalq mənəviyyatı hadisəsi var.
Xalq idealı hadisəsi var.
Xalq idrakı hadisəsi var.
Xalq ölməzliyi hadisəsi var.
Xalq həyatı – ruhaniliyi,  Mütləqi ifadə edən həyatdır.
İnsanların daxili dünyasında Mütləq ideyası yarananda xalq yaranır.
Həmin ideya xəlqi birliyi təsdiq edir.
Birlik cismani, bəsit, maddi keyfiyyət kimi yox, müqəddəs, əbədi, əvəzsiz keyfiyyət kimi təzahür edir. Maddi birlik əsasında xalq yox, insan cəmi peyda olur. Çünki burada həmin cəmi müqəddəsləşdirən ruhanilik yoxdur.
Birlik maddi faydalığa əsaslananda xalq yaranmır. Ardını oxu »

Soylu Atalı. Yüzilin (əsrin) “saziş” oyunu

 

 İkinci Qarabağ savaşı 2020-ci ilin noyabrında başa çatmış sayıldı. Ancaq biz onda yazdıq ki, Qarabağ sorunu hələ çözülməyib. Baxın, üstündən 5 il keçir, hələ də “barış bağlaşması” (sülh sazişi) ortada yoxdur. Düşünürük ki, olmayacaq da. Bizi yüzil öncə çözülməsi zor olan bir oyunun içinə soxublar. Torpaqlarımızda Ermənistan dövləti yaratmaqla bizi onun varlığı ilə barışmağa zorlayıblar. Biz hara qədər bununla barışacağıqsa, ora qədər savaş, gərginlik davam edəcək. Erməni daim torpaqlarımıza göz dikəcək, torpaqlarımızdan daim erməniyə pay verəcəklər. Bunu Batı da edəcək, Rusiya da. Bu gün erməni əldən-ələ keçsə də, onu ən çox Rusiya qoruyacaq. Rusiya Azərbaycanı işğalda tutmaq, onun iqtisadi olanaqlarını mənimsəmək üçün gözümüzdə həmişə erməni qorxusu yaradacaq. Rusiya içimizə elə dərin kök atıb ki, onun caynağından qurtulmaq asan başa gəlməyəcək. Bu məsələ Batıya boyun əyməklə də çözümünü tapmayacaq. Bizə yaxın olan Türkiyə dövlətinə belə, güvənməklə məsələnin çözüm yolu bəlli deyil. Ardını oxu »

Xaliq Bahadır. Demokratik qüvvələrin Milli şurası, yoxsa bunun tərsi

Türkiyədə Atatürkün qurduğu Ulus dövlətinin gələcəyi ilə bağlı gərgin durum yaşanmaqdadır. Bu durumla, bütünlükdə Türkiyə ilə bağlı baş verənlərdən dönə-dönə yazmışam.
Mən də yazıram, Demokratik qüvvələrin Milli şurasını oluşduranlar da yazırlar. Bilməyənlər belə deyə bilərlər: nə yaxşı. Di gəl ortada yaxşı olmaqdan uzaq nəsnələr var. Demokratiya ideallarına, eləcə də Ulusalçı ideyalara bağlı olaraq mən qabaqcıl Türkiyə toplumunun, Türk Ulusunun, Türkiyə Ulus dövlətinin  gərəklərindən çıxış edərək yazıram. Demokratik qüvvələrin Milli şurasını oluşduranlar biranlamlı olaraq 23 illik hakimiyəti boyunca Türkiyəni demokratiyadan antidemokratiyaya, başqa sözlə, Tək Adam rejiminə gətirib çıxarmış diktator prezident Ərdoğanın yararına yazılar yazırlar. Bu üzdən, nə yazıqlar, bizim yazılarımız ideya-politik baxımdan uzlaşan deyil, çarpıcı yazılardır.
Sözügedən görsənişə uzun sürə göz yumsam da, indi göz yummaq istəyində deyiləm. Özümün istəyimə görə deyil, Türkiyədə, Türkiyə yörəsində yaranmış, daha doğrusu, yapay olaraq yaradılan durumun təkcə Türkiyə üçün deyil, Azərbaycan üçün də ağır sonuclar doğura biləcəyinə görə. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv