YADİGAR TÜRKEL. ORTA ÇAĞ DƏRƏBƏYLİYİNƏ YOX!!!

Avqustun 26-da, günorta, 26 sentyabr ELLİKLƏ SƏSVERMƏ-sinin Azərbaycan Respublikasının strateci yönlərinə tərs, anlamsız, qarşısı alınmalı bir istək olduğunu göstərmək üçün neçə gündən bəri yazdığım, öyrədici yazını demək olar, bitirib evdən çıxdım. Qapıda  Azərbaycan Respublikasının Mərkəzi Seçki Komisiyasının REFERENDUM, 26 sentyabr 2016-cı il (mavi boya ilə), «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılan hissələrinin müqayiəsəli təqdimatı» adlı, buxqalter dəftərinəbənzər, sayı, harada basıldığı göstərilməmiş 15 vərəqlik bir toplunun qapının dəstəsinə keçirildiyini görüb, götürdüm. Basamakları düşdükcə, bildirişlərin qapıların ağzında, həyətdə yerə səpələndiyi görünürdü. ULUSUN İSTƏMƏDİYİ ŞEY ÇÖPLÜYƏ ATILMALIDIR!!!
Yadıma rusca oxuyub, rusca düşündüyündən yanılaraq, 1992-ci il dekabrın 22-də Azərbaycan Parlamentində Türk dilinin uca adının qaytarılmasına səs vermiş ulus elçilərinin sayını «Bakı komisarları»nın sayı ilə tutuşduran Ziya Bünyadov düşdü. Görəsən, Ziya Bünyadov yaşasaydı, bu «referendumçular»a hansı bəzəyi vurardı?
«Referendumçular» «Bildiriş»də istəklərini «Təklif edilən variant», bir də «Mövcud variant» adları altında yanaşı yerləşdirərək, birinciyə mavi boya ilə artırmalar etmişlər. Artırmalar çağdaşAzərbaycanınpolitik, ekonomik, kültürəl yaşamında heç bir hüquq gərəyi, dəyəri olmayan, baş aldatmaqdan, göz qamaşdırmaqdan başqa bir şey deyildir. Azərbaycanın dəyərli hüquqçularının ulusun ağrı-acı içində qovrulduğu, universitetləri bitirmiş, ya bitirməmiş yaşılların işsiz-gücsüz küçələrdə dolaşdığı, keçimsizlikdən oğurluq etdiyi, özünü asdığı, öldürdüyü çağda bu ELLİKLƏ SƏSVERMƏ istəyinin hüquq baxımından keçərsizliyini göstərəcəklərini düşünurəm. Mən də bu kiçik yazıda 26 sentyabr 2016-cı il ELLİKLƏ SƏSVERMƏ-sinin politik, ideoloci, əxlaq baxımından yararsızlığını, mətninin arı-duru Türk dilinə sayğısızlıqolduğunu göstərməyə çağışacağam.
Azərbaycanda Türk dilinin ən pis günə qoyulduğu yerlərin sırasında polis, hüquq, ordu  qurumları öndədir. Bu baxımdan Azərbaycan Respublikasının 1995-ci il Anayasası da pis gündədir, onun daha aydın, daha kəsin Türk dilində yazılması gərəkdir.
Bir neçə il qabaq, Yaponiya  Anayasasını ya türkcə, ya da rusca oxumuşdum. Onun dilinin aydınlığı, kəsinliyi məni tutmuşdu. Oturub yersiz Ərəb sözlərilə dolu 1995-ci il Anayasasının dilini türkləşdirməyə başladım. Ancaq sonralar bu istəyin anlamsız olduğunu görüb, boşladım…
Azərbaycan Respublikasının 1995-ci il Anayasasında ORDU sözünün olmaması çox böyük ulusal düşüncəsizlikdir. Bilmirəm, «referendumçular» bunu anladıqlarından, ya da bilmədən Anayasanın ərəbcə «Silahlı qüvvələr» adlı 9-cu düzüyünə (ərəbcə maddə) «Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir» sözlərini artırıblar. Özlüyündə anlamsız olan bu artırmadakı Azərbaycan Ordusu sözləri Türk dilini, Türk düşüncəsini Türk ulusunu yaşatmaq baxımından çox gərəkli olsa da, dörd sözünün üçü ərəbcə olan cümlədəki hüquq baxımından çox yayğın, «başqa ? silahlı qüvvələrdən ibarətdir» deyimi dövlətin ən üstün hüquq bəlgəsinin – ANAYASASININ dilinin kəsinliyini azaltdığından, artırmanı da gərəksizləşdirir. Olmazdımı, 9-cu düzükdəki anlam «Azərbaycan Respublikası özünü qorumaq üçün Azərbaycan Ordusunu yaradır» yazılsın? Bu anlamda 36-cı düzükdə yarıərəb-yarıtürkcə «Silahlı Qüvvələr» söz birləşməsini «Azərbaycan Respublikasının Ordusunda» yazmaq düzgün olardı.
Gözqamaşdıran «referendumçular»dan soruram:  Anayasada 21-cü düzüyə «I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir» adlı yarımdüzüyün artırılmasına, eləcə də  III yarımdüzüyün sonuna «Hüquqlardan sui-istifadəyə yol verilmir» dolaşıqlığının artırılması nəyə gərəkdir?
Ərəb sözü təhlükə türkcə qorxu, müdafiə isə qorunmaq deməkdir. Ərəb sözlərinin düzgün anlamını  bilməyən «referendumçu yeni şeyx nəsrullahlar»  25-ci düzüyün III yarımdüzüyündə milliyət Ərəb sözünü yarıərəb, yarıfransızca – müləmməyə çevirərək, «etnik mənsubiyət» etmişlər. Buradakı gücləndirici öz Türk sözü də yerində deyildir.
1993-cü ildə hay basıb Azərbaycan Televiziyasının adına Ərəb sözü Milli artıranda bir yazı yazıb, bu deyimin, qavramın yanlışlığını, Türk dilində milli deyərkən dövlət anlaşıldığını göstərmişdim. O çağda, televiziyanın özünü yeni ağalığa soxmağa çalışan şair başçısı məni aşağılayaraq, «Yadigar Türkel adlı birisi milli sözünün işlədilməsinin düzgün olmadığını» deyir, yazmışdı. Ötən illər Yadigar Türkelin başına min bir oyun açılsa da, yurdunu atıb qaçmayan ulusalçı, azərbaycançı, dövlətçi, onu aşağılayanınlarınsa, «qaçağanlar» olduğunu göstərdi. O çağda Azərbaycan Elmlər Akademiyasına Milli artıran dilbilməzlər «qıcqırıb» «Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı» yaratdılar. «Referendumçular» da Anayasa hüququnun  dilini «şairlik»lə qarışıq salıblar. Onlar yanlış yolla getdiklərindən Anayasanın çağdaş hüquqa uyğun sayıla biləcək 29-cu düzüyünün sonuna demək olar Ərəb sözlərilə «V. Xüsusi mülkiyət sosial öhdəliklərə səbəb olur» adlı yarımdüzük artırıblar. Məncə, bu tapmacaya heç gərək yoxdur! Alın tərilə, dövlətin yasalarına uyğun qazanılmış var-yatır insanlar, ulus, el, insanlıq önündə mənəvi borcdan başqa heç bir «sosial öhdəliklərə səbəb» olmur! Dolaşıq VI yarımdüzüyün başından da «Sosial ədalət» gözqamaşdırmasını pozmaq gərəkdir!
30 ildir bütün dəyərli aydınlar xüsusi mülkiyət anlayışından heç olmazsa, bir Ərəb sözünü atıb özəl mülkiyət deyirlər, «referendumçular»sa yenə də xüsusi mülkiyət yazırlar. Bunu savunmaq üçün 1995-ci il Anayasasında xüsusi mülkiyətdir, deməyin də bir anlamı yoxdur.
32-ci düzüyün VI,VII,VIII yarımdüzüklərinin gərəkliyini yaxşı anlayammadım. Bilən hüquqçular açıqlayarlar. «Referendumçular» bu söz yığınının «kağız üzərində aparılan informasiya ehtiyatlarına»nın nə olduğunu anlatmaq üçün Molla Nəsrəddintək Bağdada özləri getməlidirlər. Anayasada «digər hallar» kimi qavramlar yazılmaz!
VI düzükdə məqsədi ilə, VII düzükdə şərtilə yazılması da artırmaları Türk dilini pis bilən adamların quradığını göstərir. «Fərdi məlumatların dairəsi, habelə onların emalı…»nı türkcə anlaşılan biçimdə yazmaq olmazdımı? «Fərdi məlumatların…emalı» nə deməkdir?
Fiziologiya bilimindən Türk dilinə analiz-sintez anlayışları girib, kökləşib. «Referendumçular» Türk dilində öyrənilməsi, araşdırılması, işlənməsi, incələnməsi… nəsi, nəsi ola-ola,  yerinə, anlamına, qavramına uyğun olmayan EMAL yazıblar?
Lokaut, ya da lokavt işi dayandırmaq, işçiləri topluca işdən çıxarmaqdır. Bu anlamda 36-cı düzüyə artırılan, soru doğuracaq «IV. Qanunla müəyən edilmiş hallar istisna olmaqla lokaut qadağandır» yarımdüzüyünü də anlaşıqlı yazmaq gərəkdi.
Refernendum adı ilə «III. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir»,  bir neçə VƏ-li cümlədəki «sosial ədavət və hər hansı digər meyara əsalanan» hüquq dolaşığını referenduma çıxarmağa nə gərək vardır?
1995-ci il Anayasasının «Sərbəst toplaşmaq azadlığı» adlı 49-cu düzüyünün II yarımdüyüzünə mavi boya ilə artırılmış «ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə» qavramını bu «refernedum»u yazanların özlərinin də anladıqlarına inanmıram.
Anayasayanın 53-cü «Vətəndaşlıq hüququnun təminatı» düzüyünə  yrıcda, mavi boya ilə artırılan (onun qanunla müəyən edilmiş itirilmə halları istisna olmaqla) artırılması yolverilməzdir! 1995-ci il   Anayasasındakı «Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz» qavramı daha düzgündür, onu dəyişməyə heç bir gərək yoxdur! Özlüyündə çox düzgün olub, ancaq dil baxımdan uğursuz verilmiş 13 sözlü bir cümlədə Azərbaycan Respublikası sözünün iki yol işlədilməsi isə üslüb yanlışıdır.
Son 20 ildə dövlətin onlarca bilimsəl qavramlarını öyrənmişik. Onların heç birində dövlətin 59-cu düzükdəki artırmada olduğutək «I. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir» kimi dolaşıq, uyuşmaz cümlə görməmişəm.
«Məhkəmə prosesinə ağlabatan müddətdə baxılsın» hüquqbilməzlik deyilmi?
1995-ci il Anayasasının «Zərərin ödənilməsini tələb etmək hüququ» adlı, istənilən yurddaş üçün çox önəmli hüquq gərəyi olan 68-ci düzüyünü pozub, yerinə «Özbaşınalığın müdafiə və vicdanlı davranış hüququ»nu qoymaq, hüququ yorum-yozuma açmaqdır. Bura artırılan: «II. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışa hüququ vardır»  dolaşıqlığını hansı dildən çeviribsiniz?
Bu anlamda 68-ci düzüyün, bir cümlədə üç VƏ bağlayıcısı yazılmış IV yarımdüzüyü də söz yığınıdır. «Dövlət, dövlət qulluqçuları ilə birlikdə…mülki məsuliyət daşıyır» cümləsinin də hüquq dəyəri yoxdur. Dövlət – qulluqçularının da hüquqca sorumlu olduğu politik, ekonomik, sosial, kültürəl… yönətim sistemidir. «Referendumçular» Anayasa yazdıqlarını bilməli, bacardıqca hər şeyi ölçüb-biçməliydilər. Ancaq, Azərbaycan Respublikasının Prezidentinin adından ulusun qarşısına çıxarılacaq bəlgəyə sayğısızca yanaşmaqla çox pis, kötü, ayıb iş görüblər.
71-ci düzüyün II yarımdüzüyünə «Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır» artırılmışdır. Məncə biz Azərbaycan Respublikasını çağdaş demokratik dövlət quruluşu etmək, ən azı «aldadılmış, qumara qoyulmuş, yazıq Erməni ulusunu barış yolu ilə özümüzə bağlamaq istəyiriksə», delə dolaşıq yasalar çıxarmamalıyıq!
1995-ci il Anayasasındakı 85-ci düzükdə seçilmək hüququnun  yuxarı 25 yaş sınırının götürülməsinə qarşıyam. Ulus elçisi sözün bütün anlamında ulus elçisi olmalıdır. 20 yaşlı, politik, ekonomik, kültürəl… biliyi, kişiliyi elə də üst düzəyə çatmamış, kiminsə oğlu, qızı, ya da qohumu olan bir yaşılı «Gülər Əhmədova yolu ilə» Azərbaycan Parlamentinə qatmaq istəyi yanlışlıqdır, yolverilməzdir!
«Referendumçular» «Azərbaycan Respublikası Milli Məclisinin buraxılması» adlı 98-ci düzüklə prezidentə Azərbaycan Respublikasının Parlamentini buraxmaq hüququnun verilməsini önərirlər. Bu, 1995-ci il Anayasasının «Azərbaycan Respublikasında dövlət hakimiyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır» ilkəsinin üstündən cız çəkməkdir.  Azərbaycan Respublikasında heç bir quruma, onun başçısına 9,5 milyonluq Azərbaycan xalqının seçdiyi Parlamenti buraxmaq hüququ verilməməlidir!
«Referendumçular»dan soruşulur: Heydər Əliyev politikanı sizdən azmı bilirdi? Parlamenti buraxmağın gərəkliyini düzgün saysaydı, 1995-ci ildə Anayasaya salardı, daha sizin baş sındırmanıza qoymazdı. Adının dalında gizləndiyiniz «ümummilli lider»inizə az da olsa sayğınız olsun!
«Referendumçular» 1995-ci il Anayasasının 100-cü, «Azərbaycan Respublikasının Prezidentliyinə namizədələrə aid tələblər» düzüyündən «yaşı otuz beşdən aşağı olmayan» sözlərini çıxarmağı irəli sürürlər. Bu, dərindən ölçülüb-biçilməmiş, dolaşıq geopolitik, ağır ekonomik, mənəvi durumda  olan Türk ulusunun, Azərbaycan toplumunun başına 20-25 yaşlı bir yaşılı oturtmağa yol aça biləcək geridüşüncəlikdir!
«Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları» adlı 101-ci düzükdə dəyişiklik edilib, seçki sürəsini 5 ildən 7 ilə artırmaq istəyi də çağdaş demokratik dövlətçilik ilkələrinə tərs olub, seçilmiş prezidentin ağalıq sürəsini uzatmaq amacı güdür. Dünyanın çağdaş demokratiya ilkələrinə dayanan bütün  respublikalarında beş ildən bir prezident seçkisi keçirilir, bir adamın da ancaq iki yol seçilmək hüququ olur. Azərbaycan Respublikası da bu, çağdaş yolla getməlidir!
Azərbaycanda dövlət yönətiminin bütün basamaklarının başdan-başa şişirdildiyi, yetki alanlarının dolaşdırıldığı çağda  yarımprezident hüququnda «Birinci vitse-prezident», sayı aydın göstərilməmiş «vitse-prezidentlər» görəvinin yaradılması, eləcə də başqaları… heç bir çağdaş demokratik dövlətçilik ilkəsinə sığmır, gərəksizdir, anlamsızdır!
Birinci vitse-prezident, vitse-prezidentlər görəvləri yaratmaqdansa,  neçə illərdir Prezidentin ərəb sözlərilə «təsərrüfat idarəsi»nə çevrilmiş Nazirlər Kabinetini ortadan qaldırıb ağalıq işlərini də Prezidentə vermək gərəkdir. Ancaq bu toplumda  dərindən çəkişilərək düşünülüb, daşınılmalıdır. Yaxşı olardı, prezident qurumu simvolikləşdirilsin, ya da ortadan qaldırılsın.
Anlamsız «referendum»dan çox danışmağı Azərbaycana, Türk ulusuna, Azərbaycan toplumuna yaraşdırmadığımdan, Azərbaycan Respublikasının bütün yurddaşlarını sentyabrın 26-da  ELLİKLƏ SƏSVERMƏYƏ gedib, ORTA ÇAĞ dərəbəyliyi istəyinə SON!!! – deməyə çağırıram.

                                                                                  

                                                                             9 sentyabr 2016-cı il

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv