Xaliq Bahadır. “5 il elə tez gəlib keçir”…

Korupsioner rejimin ayrı özəllikləri var. Belə rejimlərdə adam hər gün sevinə-sevinə işə gedir, işdən evə… çox da qayıtmaq istəmir. Axı, korrupsioner rejimlərdə işdə hər şey olur: gündəlik pullardan tutmuş, gündəlik çeşidli kefçəkmələrədək. Korrupsioner rejimdə hamı oğru, əyri, dələduz olduğundan hamının işi yağ kimi gedir – işinə, tutduğu yerə görə.
Əliyevçi rejimin ünlü hüquq qulluqçularından olan Səfa Mirzəyev qarşıdan gələn diktatura-monarxiya referendumu ilə, bu referendumda başlıca yer tutan, daha doğrusu, referendumun keçirilməsinə başlıca nədən olan 7 illik (deməli, 14 illik) prezidentlik sürəsi ilə bağlı deyir: “5 il elə tez keçir ki, müəyyən işləri çatdırmaq olmur”. Düz, dübbədüz. Özünüzə baxmayın, bu rejimdə dövlət qulluğunda olan adamın işi başından aşır, o üzdən “müəyyən” işləri çatdırmaq olmur. Bunu mənə bir deputat demişdi: H. Əliyevin baş prokurorlarından biri təkcə H.Aslanov qəsəbəsində 60 (altımış!) villa tikdirmişdi. Bundan savayı, onun şadlıq sarayları, restoranları, başqa kommersiya obyektləri vardı. Adam bir çox “müəyyən” işlərini başa çatdırmaq üçün ən azı 5 il də baş prokuror olmaq istəyirdi, ancaq, bu mafiya o mafiyaya üstün gəldiyindən o, qalan istəklərini çatdırıb gerçəkləşdirə bilmədi.
2006-2015-ci illərdə ölkəyə sel kimi gələn neft-qaz milyardlarından yetərincə mənimsəyib milyarderə çevrilən Rövnəq Abdullayev H.Əliyev kursuna uyğun olaraq xalqı varlı gələcəklə sevindirir: “Azərbaycana böyük gəlirlər gələcək”. Bundan sonra Aərbaycana böyük gəlir Azərbaycanı bütünlüklə, yerli-dibli satmaqla gələ bilər. Görünür, hakimiyət mafiyası qarşıdakı 14 il üçün bunu planlaşdırılb. Onlar yalnız ANTİMİLLİ siyasətlər üzündən deyil, eləcə də kadr yararsızlığı üzündən darmadağın etdikləri, altını üstünə çevirdikləri Azərbaycanı hansı dövlətəsə, deyək, bir çox baxımdan bağlı olduqları Rusiyaya ARENDAYA verə bilərlər. İndiyədək soyub-yağmalamaqla yığdıqları milyardlar böyük kapital yığımı olaraq onların yüksək yaşayışına yüksək də qarantiya yaradır. Bundan belə onlara Azərbaycandan gələn ARENDA  pulu da bəsdir.
Mən indilikdə bir işə mat qalmışam: bugünlərdə rayon ZƏHMƏTKEŞLƏRİ qarşısında çıxış edən İ.Əliyev “iqtisadi sahədə qüdrətli Azərbaycan” yaratdıqlarından danışdı. Sonra da rayon başçılarına belə çağırışda bulundu: “Xaricə getmək, orada investorları inandırmaq lazımdır ki, Azərbaycana sərmayə qoysunlar”. Başqa bir çıxışında o, Azərbaycanda dəhşətli dərəcədə MÜNBİT investisiya MÜHİTİ yaratdıqlarından danışır. Adam nə dediyini özü də bilmir: gerçək yatırım-investisiya ortamı olan ölkəyə yalvar-yaxarla yatırımçı gətirməyə çalışmırlar; belə ölkələrə yatırımçılar özləri axışırlar. Prezident köməkçisi Ə.Həsənov 2013-cü ildə demişdi: “Biz Avropa iqtisadiyyatına sərmayə yatırırıq”. Bəs hanı o “sərmayədən” gələn gəlir? Gerçəkdən elə bir yatırım qoyuluşu olsaydı, indi ölkədə bir belə dollar qıtlığı olmazdı. İki variant var: 1) rejim yetkililərinin bir çox çıxışları kimi bu da yalandır; 2) milyardlarla nef-qaz, balıq-kürü, qızıl-gümüş gəlirlərini oğurlayıb mənimsədikləri kimi,  o gəlirləri də mənimsəyirlər. Üçüncü variant yoxdur.
5 illik sürə azlığına gəlincə, birnicisi, 5 il deyil, 23 ildir. 23 ildir Azərbaycanı yağıcasına, bundan qat-qat artıq vəhşicəsinə soyub-yağmalayırlar; ikincisi, bizimlə bir birlikdə – Sovet birliyində olmuş Baltik ölkələri elə birinci 5 ildəcə demokratiya yolu tutmaqla böyük uğurlar əldə etdilər. Korrupsiya baxımından bizdən ötə gedən qonşu Gürcüstanı gənc lider Saakaşvili birinci 5 ildəcə demokratiya yoluna çıxardı.  Bunlardan qat-qat üstün bir fakt: böyük yurddaş savaşından çıxmış, bu başdan o başa dağıntılar içində olan Sovetlər birliyini Stalin 3 beşillik  planla (15 ildə! Bunlar az qala 25 ildi hakimiyətdədirlər)  dünyanın ən güclü dövlətlərindən birinə çevirdi. Düzdür, Stalin də diktator idi, ancaq onun özündən, özəl istəklərindən qat-qat üstün tutduğu idealı vardı – güclü dövlət yaratmaq! Bunlarda elə bir ideal yerli-dibli yoxdur!!!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv