БАКУ, 27-го ноября (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)

Нельзя закрывать глаза на действительность: факт существования Уфимского Правительства образовавшегося под лозунгом возрождения России и посылающего к нам своих представителей для информации и переговоров может иметь влияние на настроение умов в определении политической линии. По имеющимся у нас данным можно определить политическую физиономию, социальную сущность Уфимского Правительства и степень его прочности и авторитета. Ardını oxu »

YADİGAR TÜRKEL. HARAY (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)

1

Oktyabrın 21-de “Medeniyet” TV-de Xelil Rzadan çekilmiş “Türkün Ulusu” adlı belgesel verdiler. Belgeselin adını oxuyanda, yazı biçimini görende sevindim, Xalig Bahadırı yada salıb, ele bil ona dedim: görürsen, bizim Türk dilini goruma savaşımız heç-heç kimise etkileyir. Çetin olsa da, kimse neyise götürür. Bax, belgeselin adını arabca millet yox, ulus goyublar. Bu da bir irelileyişdir. Gec-tez Azerbaycan Türklerinin Türk adını gaytaracağıg!.. Ardını oxu »

Soylu Atalı. Xatirələrin İşığında

Amaldaşım Nurtəkinin tikinti sorunu ilə bağlı, bu işə sorumlu olan, rayon yönətisinə getmişdim. Bir orta oxul yoldaşım zəng elədi, 1983-cü il “Buraxılışı”nın 35 illiyi ilə bağlı toplantıya çağırırdı. Həyəcanlı bir sevinc bürüdü içimi – 35 il ayrılıqdan sonra oxul yoldaşları ilə bir araya gəlmək hansı duyğuları yaşadacaq mənə?! Doğrusu, onların bəziləri ilə nə vaxtsa, haralardasa qarşılaşmışam, ancaq heç biri ilə üz-üzə oturub duyğularımızı bölüşməmiş, bir-birinin ürək dünyasına qonaq olmamışıq. Ardını oxu »

БАКУ, 26-го ноября (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)

Во всё время Российской революции центральное правительство, поглощённое важнейшими государственными вопросами в связи с войной и Большевистским движением, постепенно теряло реальную связь с окраинами, предоставленными самим себе. На развалинах разрушенных монархических учреждений, новая революционная власть не могла создать надлежащие местные органы, удовлетворяющие насущным нуждам народа, начал быстро разваливаться государственный организм на местах, беспорядки, произвол и анархия пустили глубокие корни в народные массы. Ardını oxu »

Soylu Atalı. Türklüyün qorxulu durumu ilə bağlı

Dünya düzəni deyilən bir anlayış əslində siyasi fatalizmə verilən addır. Bu anlayışda dünyanı yönətən bir çox qlobal layihələri tərtib edənlərin xarakterləri gizlənir. Bu xarakterləri açmaq üçün strateji proseslərə millətçilik açısından yanaşmaq gərəkdir. Kosmopolit düşüncələrlə yaşayan, yanaşan insanlar – hazırlanan, həyata keçirilən fəlakətləri nə doğru görə, nə də doğru dəyərləndirə bilərlər. Amerika, İngiltərə, İsrail birliyinin birgə planları türklüyün bütün dayaqlarını məhv eləməkdədir. Türkiyədə ərəblərin çoxalması, ərəbçiliyin genişlənməsi də birbaşa adı çəkilən qüvvələrin planları ilə oturuşmaqdadır. Ardını oxu »

Xaliq Bahadır. Ərdoğanın ərdəmsizləşdirdiyi Türkiyə

 Uzun illərdən bəri Ərdoğanın anqlosaks (amerikan-ingilis) əlaltısı olduğunu yazırdım. Bu yöndə bir çox yazılarımın çapına illərlə qadağa qoyulub (ÇQQ). Bir sıra özünü hamıdan üstün sayan “liderlər” illərlə Ərdoğana qutlamalar yollayırkən, öyürkən mən onu Türkiyə-Türklük yağısı adlandırırdım.  Ardını oxu »

ƏXLAQSIZLIQ, ƏXLAQSIZLIQ YOLU (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)

2018-ci il sentyabrın 24-de, saat 18 otuzlarda “Medeniyet” TV-den gözel bir mahnı dinleyib düşüncemi açmag, arıtmag istedim. Orada başda Az.TV olmagla bütün az.tvlerde efiri tutmag üçün günboyu verilen, heç bir ulusal, menevi, axlag deyeri olmayan eskimiş çevirme film gösterilirdi. İsteyimi topluma gullug  adı ile yaradılsa da, öten 25 ilde yaradılış amacının, felsefesinin tersine Az.TV-den öte “ağalıg”çı olan “İTV”-de aradım.  İTV-de yanılmıramsa, Tevekkül… adlı bir pedagoji elmler doktoru axlagdan, milli-menevi deyerlerden çeynenmiş sözleri gumbuldadırdı… Ardını oxu »

Pərvizlə Göylü Atalının “Beşikbaşı” Törənində çıxışlar

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Pərvizlə Göylü Atalının “Beşikbaşı” Törənində çıxışlar

Ocaq Günsırası ilə 1 Od Ayı, 40-cı ildə (iyul, 2018) Asif Ata Ocağı, Ocaqsevərlərin qatqısı ilə, Pərvizlə Göylü Atalıya “Beşikbaşı” Törəni keçirdi. Ocaq Yükümlüsü Soylu Atalı sözə başladı: Ürəyinizdə Ata Günəşi olsun! Hər birinizin gəlişinizi sayğı ilə qutluyuram.

Öncə sizlərə bir arayış vermək istəyirəm, törənlə bağlı. Bizim, Ocaq Evladına Beşikbaşı törəni keçirmək istəyimiz başlanğıcdan sona qədər bir qaydada, milli ruhda gözə alınıb. Ancaq bizdən asılı olan, olmayan məsələlər də var. Toplumda indiyə qədər xeyli sayda (sayı yadımda qalmayıb), Asif Atanın qurallarına uyğun, milli ruhda Beşikbaşı törəni keçirmişik. Mənim ortalamama görə sayı 30-dan yuxarıdır. Biz törəni, başlıca olaraq, toplumun hazırda keçirdiyi toy gələnəyi ilə yanaşı (paralel) keçirmişik. Ardını oxu »

AZƏRBAYCAN RESPUBLİKASI, YOXSA ARAB-SİON DİN OYLAĞI (AZƏRBAYCAN RESPUBLİKASININ YÜZ İLLİYİNƏ)

Son illerde Bakınin gün-günden “ingilistan”a çevrildiyini, Arab-sion din işbirlikçilerinin bu ad altında evrensel-dünyevi  ulusal Türk düşüncesini  pozub ölkemizi geriliye, din yolu, arabca mezheb-sünni-şie garşıdurmasına, orta çağ söylenceçiliyine sürüklediyini, Azerbaycan Ağalığının işine yaradığından onları desteklediyini, ulusun arxasız, yardımsız bilimçilerinin, aydınların da uzagdan durub yana-yana boylandıglarını görürük. Ardını oxu »

İNSANI KÖLƏLƏŞDİRƏN CƏMİYYƏT YOX,  ÜLVİLƏŞDİRƏN CƏMİYYƏT! (Atadan müsahibə)

E.A. – Ruhani cəmiyyət və tarixdə olan cəmiyyətlər Ata görümündə.

Asif Ata: – Bütün tarixdə Ruhani Cəmiyyətə qədər olan cəmiyyətlər, quldarlıqdan başlamış kapitalizmə və sosializmə qədər, insanı özündən ayırıb. Yəni, bütün cəmiyyətlərin əsas əməli təbəqələşmə olub, bütöv insan əvəzinə ayrı-ayrı təbəqələr, yüksək təbəqə, aşağı təbəqə, orta təbəqə, siniflər, bu mahiyyətcə antiinsanilikdir!
İkinci, ağalıq və nökərlik əlaqələri yaratmaq, bütün cəmiyyətlər ağa verib, ağa yaradıb, nökər yaradıb. Bütün cəmiyyətlərin hamısının canı hakimiyyətçilik olub, bu hakimiyyətçilik də ağalıq və nökərlik adlanan başqa bir hakimiyyətçiliyi qoruyub. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv