1950-ci illərdən dövri-mətbuatda dərc edilən Asif Ata hər an özünün daha da kamilləşməsi üzərində ciddi-cəhdlə çalışmışdır. Moskvada M. Qorki adına DƏİ-da təhsil alan Asif Ata o dövr üçün məlum olan bütün elm sahələrinə maraq göstərmış, onlardan imkanları daxilində yararlanmışdır. Elmin nadir sahələri ola bilərdi, onu cəlb etməsin. 60-70-ci illər ərzində işlədiyi bütün ali təhsil müəssisələrində tələbələrlə six təmasda olan Asif Ata Azərbaycanın mahiyyətini onlara aydınlığı ilə çatdırmağa çalışırdı, bu onda yaxşı alınırdı. 1978-ci ilin sonlarında Azərbaycanda ilk Ocaqçı olan Asif Ata bir müddət gizli fəaliyyət göstərməyə məcbur olur. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Soylu Atalı. Dəyərlərimizi havalandıranların “aydınlığı”
Mart 5th, 2019
admin (Rasim Qaracaya cavab)
Bu gün toplumsal ortamda olanlar çoxluq olaraq həqiqətlərə ayıq baxmaqdan çəkinirlər, ya da baxa bilmirlər. Asif Ataya münasibəti bu məsələylə bağlı bir örnək olaraq göstərmək istəyirəm. Ona sayğı, sevgi bəsləməyənləri anlamaq olar. Onlar biranlamlı olaraq yeniliyə, milliliyə qapalı olan geri düşüncəli adamlardır. Ancaq sayğı bəsləyənlərin yanaşmasında da qəribə bir çəkingənlik, hürkmək var. Belə adamlar Asif Ataya sayğılarını qırağa qoya bilmirlər. Ancaq ona bütöv də yanaşa bilmirlər. Asif Atanı alim-filosof kimi götürürlər, onun Yeni İnam yaradıcılığını sinirə bilmirlər. Ona görə də Asif Atanı elm müstəvisinə daşıyıb ikinci xətti ya danırlar, ya da üstündən sükutla keçirlər. Ardını oxu »
Soylu Atalı. Nəsimini ziyarət anı
Mart 1st, 2019
admin Sözün İşıq kimi düşür könlümə,
Əzəli Mənanı yozan mürşüdüm.
Tanıqlıq eylədin Sirrin hökmünə,
Haqqı ürəklərə yazan mürşüdüm.
Kamillik örnəyi kamil ulusan,
Sabahlı aşiqin sevgi yolusan,
Bəşər övladısan, Türkel soylusan,
Qorquddan başlayan Ozan mürşüdüm…
Əkbər Qoşalı. -FƏRƏHMİ? -FƏRƏH!
Fevral 26th, 2019
admin Asif Ata hələ sağlığında əfsanəli bir insandı. Mən onu yalnız bir dəfə canlı görmüşəm – öyrənci vaxtlarımdı, Şəhidlər Xiyabanı səmtindən avtobusla ötürdüm, evladlarından biri ilə Şəhidlər Xiyabanına doğru addımladığını gördüm: – başı dik, üzü işıqlı, addımları mətin, özündən əmin və fərəhli..! Sonralar Asif Atanı yaxından tanıyanlarla söhbət etdikcə, öncələr oxumadığım əsərləri ilə tanış olduqca Asif Atanın yaradıcılığının məhz (daha çox) fərəhə səslədiyini, fərəhli olduğunu gördüm; fərəh onunçün alqışdı, duadı! Fərəh Asif Ata yaradıcılığında sanki xüsusi bir kateqoriyadır. Ardını oxu »
Soylu Atalı. Şəhidlər Xiyabanında
Fevral 26th, 2019
admin Min Şəhid ağladı içimdə bu gün,
Min Şəhid ruhunu dağladı ahım.
O qərib ruhlular Yurdunda sürgün,
O Yurdsuz ruhlara ağladı ahım.
O qanlı illərin ağrısı döndü,
İçimdə alışdı, yandı çata-çat.
Elə bil göylərin işığı söndü,
Elə bil soyudu, dondu kainat. Ardını oxu »
Araz Gündüz. OCAQ – İNSAN
Fevral 26th, 2019
admin Tarixin dolanbac yolları ilə irəlilədikcə, Türk kimliyimizlə bağlı çoxlu sayda müqəddəs dəyərləri itirə-itirə gəlmişik. Onlardan birini xatırlatmaq istəyirəm: “Ocaq” sözünü yalnız cansız obyektlərə deyil, insanlara da aid edərdilər. Biraz diqqətli olsanız, bir türkəsaya kişinin dilindən bugün də – vicdanlı, halal, müdrik, ən başlıcası isə, yardım üçün əl uzadan insanların müşküllərini yoluna qoya bilən, “kəramət sahibi” olan birisi haqqında: “o kişi Ocaqdır” deyildiyini eşidə bilərsiniz. Ancaq indi bu sözün dəyərini anlayan, bu sözün yaraşdığı neçə insanımız var görəsən? Ardını oxu »
EBÜLFEZ REHİMOV. MEHEMMED EMİN RESULZADENİN SEYİD HESEN TEGİZADEYE MEKTUBU
Fevral 26th, 2019
admin GUTLAMA
Yanvarın 31-de Azerbaycan Respublikasının gurucusu, ulusal öncül Mehemmed Emin Rasulzadenin doğum günüdür. Mehemmed Emin Rasulzade 1984-cü il yanvarın 31-de Bakının Novxanı köyünde doğulmuşdur. Sayğılarla anırıg! Ardını oxu »
İlqar Tağı. Asif Ata Ocağının 40 illiyi
Fevral 21st, 2019
admin Asif Atanın fəlsəfi irsinə dərindən bələd olmadan haqqında ekspert rəyi bənzəri fikir söyləmək diletantlıq, ya da söz xatirinə söz deməkdən başqa şey deyil. Asif Ata haqda fikir sərgiləmək eyni zamanda milli dəyərlərimizə yanaşmamız qədər sorumluluq tələb edir. Çünkü Asif Atanın təliminin rişələri minilliklərin milli, mənəvi tarixinə dayanır… Buna baxmayaraq, az-çox oxuduqlarıma, çoxillik təəssüratlarıma əsaslanaraq, bir neçə fikir söyləyə bilərəm. Yanıla bilməyim istisna deyil. Bu təlim sovet rejiminin təhdidləri fonunda xalqın milli ruhunu yaşatmağı bacardı. Mənəvi, fiziki basqılara baxmayaraq, həmin dövrdə yarandı, yaşadı. İndi də yaşayır, yaşamağa məhkumdur. Ardını oxu »




