Asif Ata:
(Üzünü zala tutub) Ürəyinizdə Günəş Olsun!
Onda ən soyuq havada belə üşüməzsiniz.
Azərbaycanlılar dünyanın arxasına düşəndə uçuruma düşdülər. Azərbaycan dünyanın əks-sədası olanda səsi batdı.
Azərbaycan dünya adlanan dairəyə düşəndə çıxa bilmədi. Azərbaycanlılar özümlü olmayanda özgələşdilər. XX əsrdə dünya Rusiya idi və dünya Avropa idi. Avropadan səs gəlirdi, Şərqdə əks-səda verirdi. Şərqin fəlakəti onda idi ki, öz dünyasından ayrılmışdı. Orda həll olunurdu bütün dünya məsələləri. İnqilablar orda həll olunurdu – Avropada. Rusiya da Avropanın rəmzi sayılırdı, Rusiyadakılar da. Ona görə Rusiya yaşayırdı. Heç kəs yaşamırdı və yaşayan da Rusiya kimi yaşayırdı – onun kölgəsi kimi. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Milli Hökumətin devrilməsi (Asif Atayla görüş) I hissə
Aprel 28th, 2019
admin
Ocağın yaranmasının 40 illiyi qarşısında (Yeni İl törəni)
Aprel 22nd, 2019
admin Ocaq Günsırası ilə 3 Günəş Ayı, 41-ci il (mart, 2019) Ocaqçılar, Ocaq yaxınları Asif Ata Ocağının yaranmasının 40 illiyi ilə bağlı bir araya gəldilər. Ocaq Yükümlüsü Soylu Atalı Ataya səcdə edib sözünə başladı: Bizim tədbirin önəmi sıradan bir məsələ deyil. 40 ildir Azərbaycanda Asif Ata Olayı, başqa sözlə, Ocaq adlı ruhsal hərəkatı var. Bu Olay milli düşüncə sistemi kimi oturuşsa da, milliliyi aşan bir ideyadır, bəşəridir. Bu gün sizinləAsif Atanın İdeya dünyasına baş vurmağı uyğun bildik. Bununla bağlı istəyirəm qısaca bir hesabat verəm. Bu hesabatı vermək mənim borcumdur. Ardını oxu »
Soylu Atalı. Nəsimi – 650
Aprel 19th, 2019
admin Bu gün biz böyük Nəsiminin anadan olmasının 650 illiyi qarşısındayıq. Bu yazıda Nəsimi yaradıcılığına üz tutaraq, onun kimliyini, düşüncəsini aydınlatmağa çalışacağıq. Söz yox, Nəsimini Hürufilikdən ayrı öyrənmək olumsuzdur. O bu təlimin kamil izharçısı idi, Yurdunda işıq kimi yanmağa başlamışdı. Ardını oxu »
Баку, 21-го октября (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)
Aprel 15th, 2019
admin После взятия нашими войсками города Баку, Тифлисская пресса, в особенности Дашнакцаканская и Дашнакцаканствуюшая, пораженные этим печальным для них событием, являющимся последним аккордом их авантюр в Азербайджане, поставили своей целью разными провокационными сообщениями, извращающими истину сентябрьских событий, описывать положение Бакинских Армян до того в ужасном виде, насколько способен измышленный ум дашнакцакана и потому читатели Тифлиса, питающиеся односторонними сообщениями этих газет и не имеющие опровергающих первые сообщения, представляют ужасы творимых над Бакинскими гражданами в чудовищных формах. Ardını oxu »
Asif Ata. Şeyx Nəsrullah əsarəti
Aprel 15th, 2019
admin (Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri üstə)
I. Şeyx Nəsrullahın peyda olması
Şeyx Nəsrullah dünyaya erkən gəlmişdir. Cəlil Məmmədquluzadənin klassik “Ölülər”indən çox əvvəl. Onu insanın özünə yox, möcüzələrə inamı yaratmışdır. Adilərin, “balacaların” qeyri-adi, ilahi qüvvələrə inamı. “Taleyin öz əlində deyil, fözqəlbəşər qüvvənin əlindədir” – kəlamı.
“Sən adi həyata məhkumsan, düşüncənin keçilməz sərhədi var. Bütün arzuların, niyyətlərin həmin sərhəddə qurtarır. Onun arxasında isə sirli, möcüzəli aləm başlayır. Bu aləmdə hər şey mümkündür. Ölü diriltmək belə”.
İki aləm. İnsanların özləri və təsəvvürlərində, təxəyyüllərində bəslədikləri sonsuz qüdrət! Ardını oxu »
YADİGAR TÜRKEL. “İSLAHAT” YALANI İLE BAĞLI
Aprel 9th, 2019
admin Son günlerde dövlet basınında islahatlardan çox danışırlar… Kimliyinden asılı olmayarag bu adamlar bilmelidirler: Azerbaycan aydınları 30-40 il gabagkı toplumsal biliksiz, duyğusal “şairdüşünceliler” deyiller! Bu gün Azerbaycan Türklerinin elmler doktoru, felsefe doktoru adları olanlar bir yana, bilimçi derecesi olmayan yeterince bilicisi – dönmez aydını vardır! Onlar islahatın bütün bilimsel yönlerini bilirler. Onları Siyavuş Novruzov, Elman Nesirli, Aydın Mirzezade, Samed Seyidov… biçimli “alimcikciklerin” sayıglamaları ile aldatmag olmaz! Buna göre, publisistik yönde olsa da, Azerbaycan aydınlarının, Türkcesi köklü yenidengurma, DEVRİM olan, Arab sözü islahatdan ne anladığını gısaca yazıram. Ardını oxu »
Баку, 20-го октября (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)
Aprel 3rd, 2019
admin С чувством глубокого удовлетворения мы читали сообщения Талат Паши о том, что в Берлине переговоры закончились удовлетворением всех Турецких интересов. Следовательно, все сообщения, исходящие из прессы Держав Согласия о существовании крупных противоречий в интересах Турции и Германии, не имеют основания. Одновременно сим газета «Фоссише Сайтунг» сообщает что Турецким министерством решено крепко держатся союза с Центральными Державами во что бы то ни стало. Ardını oxu »
Soylu Atalı. Erməni Hədyanlığı
Mart 31st, 2019
admin xxx
Erməni məkrində ardıcıldır, türk ona qarşı sadəlövhlüyündə.
Erməni yüzildir azğın, pozğun Ermənistan yaratmaqla uğraşır, azərbaycanlılar yüzildir Azərbaycanın ləyaqətini girov qoyub erməniyə güzəşt eləməklə.
Bu gün də Azərbaycanın zəbt olunmasına qarşı azərbaycanlıların vecsizliyi erməni qəddarlığından, onun arxasındakı məkr azğınlığından daha qorxuludur. Ardını oxu »
Баку, 17 октября (К СТОЛЕТИЮ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ)
Mart 26th, 2019
admin Продовольственный вопрос за последние годы войны стал предметом особого внимания всех государств. Он стал играть доминирующую роль в разрешении не только экономических, но и политических проблем во всех воюющих государствах. Принимаются героические меры в области облегчения продовольственного кризиса, охватившего все страны. Даже старая Россия питающая своим хлебом другие государства, к третьему году войны стала переживать тяжёлый продовольственный кризис, послуживший главной причиной низвержения монархизма. Далее революционные власти в России, несмотря на громадные усилия, ещё более ухудшили продовольственное дело страны: разные эксперименты в продовольственной политике, хлебная монополия, новые продовольственные организации, несоответствующие существующим условиям Российской действительности, окончательно расстроили продовольственное дело. Ardını oxu »




