Həqiqətin Mütləq siqləti. Ədalətin Mütləq siqləti. Qəhrəmanlığın Mütləq siqləti. Fədakarlığın Mütləq siqləti.
Sərvəti səadət saymamaq. Həvəsi ehtiras saymamaq. Hakimi peyğəmbər saymamaq. Məqamı əbədiyyət saymamaq. Şöhrəti qiymət saymamaq. Fitnəni fəhm saymamaq. Qorxunu zəhm saymamaq. İniltini qəm saymamaq. Bəzəyi gözəl saymamaq. Ruhsuzu diri saymamaq. Doğrunu əyri saymamaq. Aldanışı sehr saymamaq. Zoru güc saymamaq.
Bəd ahəngi tanımaq. Saxta rəngi tanımaq. Yalan vədi tanımaq. Əhdi tanımaq. Dəbdəbəni tanımaq. Qondarmanı tanımaq. Hər işığa uymamaq. Yaraşığa uymamaq. Eytişama uymamaq. Ardını oxu »
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Türkün qədim ABEsi (Tamğası)
90-cı illərdə Asif Atadan eşitdiyimiz başlıca qonulardan biri millətimizin öz abesinin, (əlifbasının) olması ilə bağlı idi. Ancaq abenin yaranması hər addımda baş tuta bilən asan bir məsələ deyil. Bu üzdən axtarışlar bizi Orxon-Yenisey yazılarının üzərinə aparıb çıxardı. Bəllidir ki, ərəblərin türkləri mənəvi-ruhani işğal eləməsinə qədər türklər arasında bu abe qullanılmışdır. İşğaldan sonra qədim türk abesi […]
Asif Ata. İnsan Müdrikliyi
İyun 24th, 2024
admin
Soylu Atalı. Biz necə türkləşirik
İyun 21st, 2024
admin Yazının başlığı çaşdırıcı görünə bilər. Sual oluna bilər, biz türk deyilikmi, başqa millətik də türkləşmə yolumu tutmuşuq?! Bu sualın ortaya çıxması da bir açıdan yanlış deyil. Ancaq nə yazıqlar ki, biz hər mənada özünə yadlaşmış toplumuq. Özünə dönməli, özümləşməliyik. Bizim özümləşməyimizin adı türkləşmədir. Biz türk üzümüzü, türk kimliyimizi itirmişik…
…Çağdaş bilim adamlarından bir çoxları bəşər soyunun ən qədim köklərindən biri kimi türklərin adını hallandırırlar. Bu bilgini tarixin antropologiya bölümü qazıntılar sonucunda üzə çıxan insan sümüklərini öyrənməklə möhkəmləndirir. Bu faktlar artıq yetərincə genişlənməkdədir. Ən qədim mədəniyyətin, sivilizasiyanın türklərə özgün olması da təsdiqini tapmaqdadır. Bunu öyrənmək, bilmək hər kəsə gərəkdir. Ardını oxu »
Asif Ata. İnsan Ülviyyəti
İyun 10th, 2024
admin Ruhanilik. Nuranilik. Müqəddəslik tələbi. Mütləq saflıq tələbi. Dünyada dünyadan böyük məna tapmaq. İnsanda insandan böyük məna tapmaq. Təbiətdə təbiətdən böyük məna tapmaq.
Heyvaniliyin süqutu. Şəhvaniliyin süqutu.
Maddiyə sığmamaq. Aliyə ucalmaq.
Səsin ülvi mənası. Sözün ülvi mənası. Vəcdli kəlam. Coşğun ilham. Peyğəmbərin Mütləqə vurğunluğu. Aşiqin məşuqa vurğunluğu. Qəhrəmanın hünərə vurğunluğu. Cəngavərin amala vurğunluğu. Müdrikin kəlama vurğunluğu. Kişinin qeyrətə vurğunluğu. Qadının ismətə vurğunluğu. Ardını oxu »
Ədalət, İnsanlaşma qonusunda söhbət
İyun 10th, 2024
admin (Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır)
Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi nə itirirsə sevinci də, bütünlükdə həyatı da puç olur, sarsılır. Çünkü onun nəyi varsa maddi əldə etdiyidir. Ondan başqa içində onu ayaqda tutan heç bir şey yoxdur.
xxx
Məna – dünyanın yenilənmək imkanıdır.
Ata deyir, dünyadakılar ölür, dünya ölmür. Niyə ölmür, – çünkü Məna daim təzahürlərlə yenilənir. Ardını oxu »
Asif Ata. İnsan Kiçikliyi
İyun 10th, 2024
admin Sürü yekdilliyi. Canavar qəddarlığı.
Hakimə səcdə qılmaq. Mühitə sığmaq. Zülmdən qorxmaq. Ölümdən qorxmaq.
Yırtıcı ehtiras kiçikliyi. Məkrli qisas kiçikliyi. İnamsız yaşamaq kiçikliyi! Sabahsız yaşamaq kiçikliyi! Vüqarsız yaşamaq kiçikliyi! İlqarsız yaşamaq kiçikliyi! Ayaqlar altına sərilmək kiçikliyi! Ayaqlar altında sürünmək kiçikliyi! Kor qalmaq, kar qalmaq, kal qalmaq kiçikliyi!
Alçalıb sevinmək kiçikliyi! Əyilib öyünmək kiçikliyi! Palaz tək döyülmək kiçikliyi! Kölələşmək kiçikliyi! Kölgələşmək kiçikliyi! Əsarətə salmaq kiçikliyi! Zahirə uymaq kiçikliyi! Qafilə uymaq kiçikliyi! Zailə hörmət kiçikliyi! Aliyə lənət kiçikliyi! Həsəd havasına oynamaq kiçikliyi! Həvəs havasına oynamaq kiçikliyi!
İblisə uymaq! Naqisə uymaq! İşıltını işıq saymaq! Hərcayini Aşiq saymaq! İşığı görməmək! Aşiqi görməmək! Yoxuşda təntimək! Bəd ayaqda sarsılmaq! Ardını oxu »
Milli dəyərlərimiz – Varlığımızın Özülüdür.
İyun 10th, 2024
admin Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
TAQ-ın (Türkel Araşdırma Qurumu) bu toplantısı milli dəyərlərin qorunması qonusundadır. Yurdumuzun mənəvi, ideoloji durumu zəiflədikcə ulusal (milli) sorunlarımız da çoxalır. Bu proseslərə həm yurddışı, həm də yurdiçi qüvvələr təkan verməkdədir. Milli dəyərlərimizə qarşı aşağılayıcı münasibətlər, yazılar, fikirlər günü-gündən çoxalmaqdadır.
Asif Ata. 28 May
May 28th, 2024
admin XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu.
Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı.
Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı.
Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, Rusiya sahibkarı adlı hadisə yaranmışdı; koloniya ölkələrinin yuxarı zümrəsi sürətlə komprodorlaşırdı – əcnəbiləşirdi, özgələşirdi… Şərqdə yaranan panislamizm Qərb–Rusiya Birliyinə qarşı durmurdu; ona uyğunlaşırdı, imperialist birlik panislamizmdən bəhrələnə bilirdi: çevik siyasət nəticəsində panislamizmdən Qərb–Rusiya sözəbaxanı düzəlirdi.
Pantürkizm nəzəriyyə səviyyəsində qalırdı. Qərb–Rus hegemonluğu xalqları əzirdi: sosial-demokratçılıq dünyəvi proletar inqilabı təbliğ edirdi, Şərq əzginləşmiş, üzülmüşdü, Azərbaycan ruslaşır, farslaşır, kapitalistləşir, xurafatlaşırdı… Ardını oxu »
Paşa Talıblı. Şeirlər
May 26th, 2024
admin Şairləri ilhamından tanıyırlar…
… ilhamı köhlən ata bənzədən düz eləyib,
düz eləyib, bənzədib ilhamı köhlən ata.
Minib köhlən atları axıracan şairlər
getdilər zamanın yalmanına yata-yata.
Bir gün də ilhamsız olmadı şair olanlar…
Canında ilham yoxsa şair sözü yalandı!
Hər şeyin ağrısına ölür-dirilir şair,
hər şeyin ağrısından şair ilham alandı…
Şairlərin ilhamı öz ağrısından gəlir…
Hərə payına düşən öz gücündən keçirlər!
Bizdə şairləri ilhamından tanıyırlar,
bizim eldə şairi ilhamından seçirlər… Ardını oxu »
Asif Ata. İnsan Möhtəşəmliyi
May 20th, 2024
admin Peyğəmbərlik. Cəngavərlik.
İztirab zirvəsi. Fəda zirvəsi. Aşiqlik zirvəsi.
Mütləqə səcdə zirvəsi. Özüylədöyüş zirvəsi. Ülvi kədər zirvəsi. İnsana çatmaq zirvəsi.
Yandırılmaq. Parçalanmaq. Paralanmaq.
İradə mətinliyi. Ağıl zənginliyi. Duyğu dərinliyi. Ardını oxu »
Günev Atalı. Ümidləşən İnamım
May 12th, 2024
admin Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə!
İnamla yaşamaq – hüdudsuz fərəhimdir!
Yaşamın dəyişə biləcək imkanına ümidimdir.
Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür.
Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam kimi babam kimi. İnsanın hüdudsuz imkanlarını görürəm: – Qorqudların, Babəklərin, Zərdüştlərin, Nəsimilərin, Asif Atanın, Soylunun gerçəkləşən yaşamlarında.
Ocaq mühitini düşünəndə içim gülür, səcdəli münasibət, heyranlıq, səmimiyyət görürəm. Görənin buna həsrətini gördükcə düşüncə selinə qərq oluram. Ehtizaz, vəcd gəlir ömrümə, haray çəkmək eşqilə doluram. Böyük ümidlərlə evdən çıxıram. Uca söz deyirəm, göstərirəm İnamlı yaşamağın yönünü, özünə yetməyin gözəlliyini, böyüklüyü görməyin gərəkliyini, vurğunluğun ifadəsini, özüylədöyüşün dağlar qədər, göylər qədər ucalığını, dərələr qədər dərinliyini, ruhun təlatümünü, narahat ömrün, gərgin yaşamağın sevincli anlamını. Yaşamın sevincini, yenidən doğulmağın məsuliyyətini, insani sorunlara qarşı sorumluluğun ömrə gəlməsini… Ardını oxu »




