Bəşər xalqlarının ən qədim inancları sırasında, bəlkə də, Tanrıçılıq dünyabaxışı birinci yerdə gəlir. Bu dünyabaxışa görə hər şey Doğada baş verir, hər şeyi Doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə Materializmlə heç də eynilik yaratmır. Tanrıçılıqda, Doğada ilahi uyum olduğu vurğulanır, başqa cür desək, Doğa özü ilahi sayılır. Materializmdə isə hər şeyin əsasında Materiya durur, ancaq burada heç bir ilahi uyum, qüdrət qəbul olunmur.
Dedik, Tanrıçılıqda Doğanın özünün ilahi uyum olduğu qəbul olunur. Burada Doğanın 4 ünsürü – torpaq, hava, su, od yaranışın qaynağı sayılır. Bu gün də xalqımız bu 4 ünsürü, dörd çərşənbə adı ilə bayram edir. Günün farsca adlanması yanlışdır, ancaq anlam dəyişmir. Bununla bağlı sonrakı bölümdə aydınlaşdırıcı söz deyiləcək. Ancaq burada başlıca məsələ ünsürlərin anlamı ilə bağlıdır. Ardını oxu »
Soylu Atalı. Borçalının taleyini düşünəkmi!?
Uzun aralıqdan sonra bu günlərdə Borçalıya səfərim oldu. 2019-cu ildə başladılan pandemiyadan üzü bu günədək Azərbaycan dövləti quru yolları bağlı tuturdu. May ayından Azərbaycanla Gürcüstan arasında dəmir yolunun işə salınmasına baxmayaraq, yolların yenə də bağlı olmasını deməyə ciddi səbəblər var. Ya bilet tapmaq olumsuzdur, ya da biletlər şişirdilmiş qiymətlərlə satışa buraxılır. Hərçəndi onu da əldə […]
Asif Ata. Müqəddəslik – Hərcayilik
Müqəddəslik – hadisələrin, keyfiyyətlərin, xassələrin əbədi, sonsuz, kamil, mütləq mənasını təsdiq edir. Hərcayilik – hadisələrin, keyfiyyətlərin, xassələrin ölümlü, keçici, qeyri-kamil, nisbi mövcudluğunu təsdiq edir. Bu cəhətdən, müqəddəsliklə hərcayilik bir-biriylə yanaşı yaşayır və vuruşur. Həyat onların heç birinə tam qələbə gətirmir, hər ikisini yaşadır. O, insanın qəlbində yaşayan iki duyğunun – həyatın həyatdan böyük mənasını qiymətləndirmə meylinin və […]
Ədalət, İnsanlaşma qonusunda söhbət
(Soylu Atalı yazılarını amaldaşlarına oxuyur, ortaya sorular çıxdıqca cavablandırır) Müdriklərin düşüncəsi belədir: maddi üstünlüyünə fərəhlənmə ki, onu itirəndə kədərlənməyəsən. Bu, insanın dünyaya münasibətinə yönəlik çağırışdır. Hər kəs maddi bir şey əldə edəndə sevinir. Bu qaçılmazdır, sevinməsi doğrudur. Ancaq insanların ömründə ruhani fərəh olmadığına görə, həyatdan maddi nə gəlirsə onun fərəhinin qaynağına çevrilir. Ona görə maddi […]
Asif Ata. Saflıq – Günah
İnsan özüylə barışanda, kifayətlənəndə günaha batır. Yırtıcılığıyla barışır – günaha batır! Zorakılığıyla barışır – günaha batır! Zəlilliyiylə barışır – günaha batır! Qəddarlığıyla barışır – günaha batır! Şöhrətpərəstliyiylə barışır – günaha batır! Süniliyiylə barışır – günaha batır! İnamsızlığıyla barışır – günaha batır! Nankorluğuyla barışır – günaha batır! Bədxahlığıyla barışır – günaha batır! Qorxuyla barışır – günaha […]
Talıboğullarının qovuşma günü
Talıblı – 100 …Uzun illər axtarışdan sonra Kəpənəkçidə yaşayan Talıblıların başqa bölgələrdə yaşayan soy qohumlarına qovuşa bildik. Qaraqoyunlu mahalına, Qazağa, Dağ Borçalının Mollaevi kəndinə, Qaraçöp mahalına, Kəpənəkçiyə bölünmüş bu soyun (Talıboğullarının) bir araya gələrək, bir-birini tanıması prosesi birinci aşamada uğurla başa çatdı. İnanıram ki, bu soyu birləşdirən “Talıboğulları” kitabı (tarixi oçerk) hər bir “qol”da öyrənilərək […]
Soylu Atalı. “Od İşığı” ideyası
Mart 19th, 2024
admin
Asif Ata. Natam Dünya
Mart 17th, 2024
admin Natam ömür. Natam sevinc. Natam gözəllik. Natam vüsal. Natam hicran. Natam qəzəb. Natam əzab. Natam tale. Natam qismət. Natam vüqar. Natam heyrət. Natam sevgi. Natam cürət. Natam nəğmə. Natam dostluq. Natam xeyir. Natam nifrət. Natam hörmət. Natam ləyaqət. Natam ismət. Natam kədər. Natam vəcd. Natam aşiqlik. Natam pərəstiş. Natam fədakarlıq. Natam qəhrəmanlıq. Natam müqəddəslik. Natam xalislik. Natam idrak. Natam hissiyyat. Natam bədiyyat. Natam xatirə. Natam iradə. Natam oyanma. Natam ehtiras. Natam həvəs. Natam işıq. Ardını oxu »
Soylu Atalı. Babək özgürlük simqəmizdir
Mart 14th, 2024
admin (Babək Günü ilə bağlı toplantıda çıxışdan)
Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli deyilik, milli gələnəklərimizdə yaşadılmasına çalışmalıyıq.
Babək haqqında tarixi faktları burda vurğulamayacağam. Bilirsiniz, Babək haqqında çoxsaylı yanlışlar var. Bu yanlışlar təkcə onun tarixi faktlarına yanaşmada deyil, bütövlükdə Babəkin sunulması, öyrədilməsi, bir dəyər olaraq, bir mənəviyyat faktı olaraq pozuntuya uğradılır (təhrif olunur). Ən yaxşı halda isə Babəki ərəb işğalçılarına qarşı döyüşən bir qəhrəman sayırlar. Bilmək gərək, Babək ərəb işğalına qarşı elə-belə döyüşmürdü. Ərəb bizim üzərimizə elə-belə gəlməmişdi, ideologiya ilə gəlmişdi. Başının üstünə İslam bayrağını qaldırmışdı. Dilində “la ilahə illallah” bağırtısı vardı. Yurdumuzun içərisinə “la ilahə illallah” bağırtısı ilə girirdi. Babək “la ilahə illallah”a qarşı, – onun xalqının içinə gələn, gətirilən ideologiyaya qarşı döyüşürdü. Ardını oxu »
Asif Ata. Babəkliyimiz – Xürrəmdinliyimiz
Mart 14th, 2024
admin I. Fərəh İnamı
Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı.
Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi.
Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar. İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.
Azadlıq – İnsanı İnsandan kənardakı Zorakı qüvvəyə yox, özünə tapşırır: Azadlıqda – İnsan Aqibətini özü yaradır, ömrünü özü Yazır, özündən kömək diləyir, – əfsanələrdən, xurafatdan, xülyadan yox; özünə əl uzadır – əfsanələrə, xurafata, xülyaya yox; özünə çatır – əfsanələrə, xurafata, xülyalara yox; həqiqətə inanır – cəfəngiyyata yox; Azadlıqdan böyük cənnət tanımır, əsarətdən böyük cəhənnəm; Xeyirdən böyük mükafat tanımır, Şərdən böyük cəza.
Azadlıq İnsanı müqəddəs Fərəhə qərq edir.
O, Yenilməzlik Tələbidir – Zora əyilməmək, özümlüyü qorumaq – Vüqarı, Ləyaqəti…
Xalq – İnsanın Müqəddəs Mənliyidir. Yenilməzlik – müqəddəs Mənliyi qorumaqdır. Ardını oxu »
“Babəki verən xalqın özünü balaca sayması günahdır” (Bu gün Böyük Babəkin edam olunmasından 1186 il ötür)
Mart 14th, 2024
admin (14 mart Böyük Babəkin edam olunduğu gündür)
Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir kəsim isə Babəki Azadlıq qəhrəmanı hesab edir. Bəs kimdir Babək? Bu suala cavab tapmaq üçün, milli düşüncə sahibləri olan aydınlarımıza üz tuturuq: Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı, ideoloji mübarizənin öncüllərindən Xaliq Bahadır, Azərbaycanımızın Güneyindən olan aydınımız Ağşın Ağkəmərli suallarımızı cavablandıracaqlar. Burada bizimlə gənc dostlarımız da iştirak edirlər.
– İlk sual Ağşın bəyədir. Ağşın bəy, Babək Xürrəmdinliyin başçısı olana qədər kim idi?
Paşa Talıblı. Şeirlər
Mart 11th, 2024
admin Edam yeri…
… tarix olanları unudan deyil,
tarixin yaddaşı sağdı, diridi.
… dünya ağrıları ovudan deyil,
dünya şairlərin durdu qəsdinə,
dünya şairlərin edam yeridi.
Yenə bir şairin edam günüdü —
yenə yaralandı ilham yerindən.
Edam kötüyündən addadı tarix,
tarix gəlib keçdi edam yerindən…
Şairlər addadı edam yerindən,
şairlər addadı — keçirmədilər…
Tarixnən yanaşı durdu şairlər,
şairlər tarixdən seçilmədilər… Ardını oxu »
Asif Ata. Aldadan dünya
Mart 11th, 2024
admin Nəşə aldanışı. Arzu aldanışı. Nicat aldanışı. Xəyal aldanışı. Cəzb aldanışı. Zəka aldanışı. Ürək aldanışı. Söz aldanışı. Əhd aldanışı.
Yalançı İnam. Yalançı Loğman. Yalançı qəhrəman. Yalançı gözəllik. Yalançı idrak. Yalançı Qüdrət.
Çağırış aldanışı. Bağırış aldanışı. Bəzək aldanışı. Dəbdəbə aldanışı. Rütbə aldanışı. Şöhrət aldanışı. Səlahiyyət aldanışı.
Saxta cəfakeşlik. Saxta müqəddəslik. Saxta möhtəşəmlik. Bəşərsevərlik biçimində xudpəsəndlik. Azadsevərlik biçimində müstəbidlik. Xalislik biçimində xəbislik. Aşiqlik biçimində əyyaşlıq. Qanunsevərlik biçimində cəlladlıq. Xalqsevərlik biçimində hakimiyyətsevərlik. Fikrin əmələ yadlığı. Dilin ruha yadlığı. Zahirin batinə yadlığı. Dodağın sözə yadlığı. Ardını oxu »
Soylu Atalı. Ayrı-ayrı sorulara yanıt
Mart 11th, 2024
admin …Toplumun heyvana enməsini izləyirik. Ona görə toplumun saflaşmasına doğru enerji sərf edirik. Bunun üçün öz üzərimizdə iş aparırıq. Söz yox, bu bizim mahiyyətimizin tələbidir. Bununla belə, topluma gərək olmağımızı da düşünürük. Necə olaq, Ocaq olaraq, gərək olaq, öndər olaq, mənəvi öyrətmən olaq?! Böyük məsələdir, asan deyil. Uğurla Pərvanəyə (Bilənlə Göytəkinin uşaqlarına) ata-analıq eləməyə nə var, hünərin var çevrəndə əyilmiş, pozulmuş topluma ata-analıq elə. Hünər odur, fədakarlıq odur, qeyrət odur, ruhaniyyat odur, quruluş odur, dəyişmək odur.
Mən özümün fiziki varlığım üçün yaşamıram, mənim ideallarım var. Ocaq bu idealları öyrədir. Ona görə Ocaq böyük məktəbdir, hər kəsin asan anlayacağı, asan qəbul edəcəyi, asan yaşayacağı məsələ deyil. Çox dərinliklərə baş vurmaq gərəkdir.Toplumla bizi dənizdə iki birey kimi tutuşdurun. Onlardan biri qayıqda oturub üzür, biri də əl-qol atıb özü üzür. Biz öz qolumuzla üzənlərik, qayıqda gəzənlər deyilik. Öz əzabımızla, əziyyətimizlə üzənlərik. Ardını oxu »
Asif Ata. Çağıran Dünya
Mart 3rd, 2024
admin Mütləq çağırışı! Müqəddəslik çağırışı! Ruh çağırışı! Təbiət çağırışı! Məhəbbət çağırışı! Səma çağırışı! Dağ çağırışı! Ana çağırışı! Övlad çağırışı. Torpaq çağırışı. Gözəllik çağırışı. Səda çağırışı. Möcüzə çağırışı. Ürək çağırışı. Sifət çağırışı. Qədimlik çağırışı. Doğmalıq çağırışı. Meşə çağırışı.
Gecə çağırışı. Günəş çağırışı. Bahar çağırışı. Dəniz çağırışı. Çay çağırışı. Amal çağırışı. Arzu çağırışı. İnam çağırışı. Od çağırışı. Körpəlik çağırışı. Ucalıq çağırışı. Bulaq çağırışı. Qaya çağırışı. Dalğa çağırışı. Çinar çağırışı. Ümid çağırışı. İmdad çağırışı. Fəryad çağırışı. Hicran çağırışı. Vüsal çağırışı. Qüssə çağırışı. Əllər, dodaqlar, gözlər çağırışı.
Təbəssüm çağırışı. Baxış çağırışı. İşıq çağırışı. Vəcd, ehtizaz çağırışı. İmtina çağırışı. Ədalət çağırışı. Səadət çağırışı. Ehtiras çağırışı. Zəka çağırışı. Cəfa çağırışı. Özündənkeçmə çağırışı. Maneələr çağırışı. Ardını oxu »
Paşa Talıblı. Şeirlər
Mart 3rd, 2024
admin Onda ulduzların altı yoxuydu…
… mən onda şair tək doğulmamışdım,
onda daş dörüydü, daşıydı hər şey!
… yaza az qalırdı, o güllü yaza —
yaxşı yadımdadı: qışıydı hər şey!
Yaxşı yadımdadı yar yarası da —
yaradan yaracan işində idi…
… mən onda şair tək doğulmamışdım,
hələ doğulmağın peşində idim.




