Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik.
Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq.
Babək Əsilliyik – Azadlıq həsrətlisiyik.
Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq.
Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik.
Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq.
Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik.
Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq.
Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq.
Həyasızlıq təqibinə dözmədik – «20 Yanvar» yaratdıq.
Muğam Əsilliyik – İlahi Yolçuluq həsrətindəyik. Ardını oxu »
Al Habtoor Group rəhbərindən Trampa açıq məktub: “Sülh vədləri hara getdi?”
Ərəb milyarder Donald Trampa sərt sözlərlə müraciət edib. ABŞ-ın müttəfiq ərəb dövlətləri arasında belə bir etiraz ilk dəfədir yaşanır. Bu vaxta qədər ABŞ-nin də böyük biznes tərəfdaşı olan “Al Habtoor Group” biznes imperiyasının sahibi Xələf Əhməd Əl Habturun Trampa müraciətində deyilir: “Cənab Prezident Donald Trump, Birbaşa sual: bölgəmizi İran ilə müharibəyə sürükləmək haqqını sizə kim […]
BANU AVAR. TÜRK OLDUĞUNU İNKAR EDENLER…
Giriş paragrafı benden, her Türk vatandaşının altına imzasını atacağı “Türk Nerede” yazısı Banu Avar’dan.. *** Benim eklediğim paragraf ile devam edelim… Türk kelimesi “güçlü” ya da “güçlüler” anlamına gelmektedir. Müslüman halklar çok kez karşılaştıkları Tu-kiulerden başka boyların da aynı dili konuştuğunu fark edince hepsini “Türk” olarak adlandırmışlardır. Yüce Atatürk ise, Türk olmaktan başka hiçbir hususiyetim […]
Asif Ata. Ölümdən yüksək yaşamaq
Ölümün məqsədi İnsanı heçə çevirməkdir. İnsanın məqsədi ölümü dəf etməkdir. Ölüm insanı cismani varlıq kimi tanıyır və öldürür. İnsan ruhani varlıq kimi ölümə qalib gəlir. Ölüm dünyanın yaratdıqlarını məhv edə bilir, insanın yaratdıqlarını məhv edə bilmir. Ölüm maddinin qənimidir, ruhaninin qənimi ola bilmir. Maddi ölümə tabe olur, ruhani ölümə tabe olmur. Ruhanilik – ölümsüz mövcudluq […]
YILMAZ ÖZDİL. “Osmanlı Gelini: Ben Atatürk Çocuğuyum”
Abdülhamid’in gelini, Hanedan’ın son reisinin eşi: Atatürk’ü inkar edenler Türküm dememeli, Osmanlıyım dememeli Cumartesi akşamı saat 20 suları, telefonum çaldı. Arayan “Zeynep Osman” dı. Padişah Abdülhamid’in gelini, Hanedan’ın reisi ve sarayda dünyaya gelen son şehzade Osman Ertuğrul’un eşi, prenses Zeynep Osman. ★ “New York’tan şimdi geldim, Şadiye Sultan meselesiyle alakalı açıklama yapmak istiyorum” dedi. Canının […]
Asif Ata. Özündən Yüksək Yaşamaq
Sən, insan, özün olmaq üşün, özünə çatmaq üçün özündən yüksəyə qalxmalısan! Çünki necə varsansa – azsan, mahiyyətdən aşağısan, məhdudsan, özündən uzaqsan. Çünki sənin gerçək mövcudluğun sənin Mütləq mövcudluğundan hədsiz dərəcədə aşağıdır. Çünki sən öz gerçək mövcudluğunda nöqsanlısan, sonlusan. Bu səbəbdən də özünlə kifayətlənə, özündə dayana, qala bilməzsən. Sənin daxili dünyanda yırtıcılıq, vəhşilik yaşayır. Bu ehtirasla […]
Soylu Atalı. 20 Yanvar Dərsi
Yanvar 20th, 2026
admin
Asif Ata. 20 Yanvar
Yanvar 20th, 2026
admin Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər.
Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər.
Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər.
Balalarımıza güllə atılmalıydı.
Qorbaçovşina inciyənlərlə barışmalıydı.
Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı.
Mərkəz də onun dişini qırıb qarnına tökdü.
Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı. Ardını oxu »
Fazil Aliev. Qıpçaq-Afşar etnosistemində Soğanlığın tarixi
Yanvar 14th, 2026
admin “Oğuz Sistemində Soğanlıq Tayfası” XVI–XVIII əsrlər arasında Soğanlıq tayfasının etnogenezi və məskunlaşma dinamikasını Oğuz–Afşar konteksti içində izah edən, arxiv və xəritə materiallarına dayanan ilk sistemli tədqiqatdır. Kitab, Oğuzların 24 boy sistemi, damğa/onqon rəmzləri və “çəngəl dönəmi” nəzəri çərçivəsindən başlayaraq Afşar–So ğanlıq xəttini morfoloji, onomastik və areal analizlərlə izləyir. Osmanlı idarəçiliyində tahrir–tımar–iskân mexanizminin Tiflis–Kür sağ sahilində yaratdığı “dayaq məntəqələ ri” 1518–1521 Konya tahrirləri və 1728 Tiflis müfəssəli kimi birinci əl mənbələrlə sənəd ləşdirilir. Vaxuşti Baqrationi atlası və Jan Şarden səfərnaməsi əsasında “Qorqud Eli”nin kartoqrafik skeleti və karvan–coğrafiyası canlı şəkildə bərpa olunur. Cədvəl və xəritələr lə zənginləşdirilən monoqrafiya, etimologiya, toponimika və sosial tarix arasında körpü quraraq Soğanlıq tayfasını lokal fakt kimi deyil, Osmanlı–Səfəvi sərhəd siyasətinin uzunmüddətli nəticəsi kimi təqdim edir. Akademik oxucu üçün dərin, yerli tədqiqatçı və maraqlananlar üçün isə əlçatan bir başvuru mənbəsidir.
Soylu Atalı – 60. Yaşamaq – Özünü Dərkdədir
Yanvar 13th, 2026
admin İnsan özündə egonu formalaşdıran keyfiyyətlərlə iç-içə olursa, bütün varlığı gün-güzarana, kefə, əyləncəyə bağlı olur. İnsan İçində ruhani keyfiyyətlərlə ünsiyyətdə olarsa, onu içdən ruhanilik formalaşdırar. Yəni insan öz içində nə ilə ünsiyyətdədirsə, nə ilə söhbət edirsə, onun varlığını ünsiyyətdə olduğu keyfiyyətlər formalaşdırır. Bunu da insanın özü bilməlidir, tanımalıdır. Özünü tanımalıdır ki, nə ilə ünsiyyətdədir, nəyə boy verir, meydan verir, içində nəyi söylədir, nəyi dindirir.
Tutaq ki, sən içində kinlə təmasda olur, onu dindirirsən. O anda sən acıqla, qəddarlıqla da təmasa gedirsən. Sənin içində halın, varlığın bütünlüklə təmasda olduqlarından ibarət olur, təmasda olduqların olursan. Başqalarına münasibəti də o formalaşdırır, o yaradır. Sən içində təması dəyişsən, ünsiyyəti dəyişsən, ünsiyyətin yerini dəyişsən onda uğurlu münasibət, insani münasibət, doğma münasibət formalaşacaq. Ardını oxu »
Asif Ata. Ürəkdən gələn səs
Yanvar 13th, 2026
admin Dünyada, Həyatda, İnsanda – dünyaya, həyata, insana sığmayan, onlardan yüksək olan, ali, böyük olan, onlarda təzahür edən, nişanələriylə aşkara çıxan, onları böyüdən, yüksəldən Mütləq yaşayır.
Dünyada, Həyatda, İnsanda gözəl, kamil, ülvi nə varsa – hamısında Mütləq var. Gözəlliklər, ülviliklər, kamilliklər Mütləqin əlamətləridir. Ancaq dünyada, həyatda, insanda gözəlliklərlə, kamilliklərlə, ülviliklərlə yanaşı, eybəcərliklər, naqisliklər, bəsitliklər də yaşayır. Mütləq onlara yaddır, düşməndir, onları rədd edəndir.
Mütləq – dünyada, həyatda, insanda nə varsa, hamısının kamilləşməyə, ucalmağa, şərə, çirkinliyə qələbə çalmağa sövq edir, onları özlərindən kənara çıxarır, Mütləq gözəlliyə, Mütləq xeyirə səsləyir, onların qarşısında sonsuz üfüqlər açır, onlara sığmazlıq xisləti bəxş edir. Dünya, Həyat, İnsan çoxcəhətlidir, əlvandır, mürəkkəbdir, ziddiyyətlidir, bulanıqdır, ancaq həm də Mütləqlə səciyyələnən, yetişən, gözəlləşən, özündən yüksəyə qalxan, sonsuzluğa doğru hərəkət edəndir. Dünyanın, Həyatın, İnsanın məziyyətləri nisbi səciyyə daşıyır. Nisbi gözəllik, nisbi kamillik, nisbi xeyir var dünyada. Lakin nisbidə Mütləq var. Nisbi gözəlliyin, nisbi kamilliyin, nisbi xeyirin mayasında Mütləq yaşayır. Ardını oxu »
Soylu Atalı. Dəyişmədən Yenilik olmur
Yanvar 8th, 2026
admin …İnsan yeniliyə can atır. Ancaq bu yenilik nədir, onu necə anlayır, necə qəbul edir, – bu çox ilginc bir məsələdir. İnsan həmişə real dünyadan uzaqlaşmağa can atır, çünkü real dünya ona əzablı gəlir, çətin görünür, bəsit, adi bilinir. Bəs o, real dünyadan hansı dünyaya can atır. Bu canatma insanın gerçək yerişinə, reallığına uyğun gəlirmi?! Göyel (səmavi) dinlərdə insana cənnət vəd olunur. Yəni real dünyadan fərqli bir dünya. Cənnət dünyasında insan guya rahatlıq tapır, kef, eyş-işrət, əzabdan, əziyyətdən uzaq…
Eləcə də başqa məsələlər olsun, insan fərqli dünya axtarışındadır. Ancaq bu dünya hardadır, necədir, kim yaradacaq, kim gətirəcək, kim çağıracaq, bunun fərqinə varmaq gərəkdir. Dediyim kimi, dinlər insanlara vədlər verir. Asif Ata insana mifik vədlər vermir. O, insana əzab, əziyyət “vəd” edir. Deyir, sən dünyanı dəyişməlisən, yeni dünya bu dünyanın özünün içindədir, özündədir, qıraqda deyil. Onun üçün sən zəhmətə qatlaşmalısan, öz üzərində işləməlisən, öz davranışlarını, xarakterini dəyişməlisən. Bütövlükdə toplumun dəyişməsinə yardım eləməlisən. Yeni bir dünya yaradırsan. Yeni dünya sənin ədalət dünyan olur, həqiqət, mənəviyyat dünyan – İnsanlıq dünyan olur, münasibətlər gözəlliyi dünyanı əmələ gətirir…
Bu artıq yeni bir çağırışdır, fərqli çağırışdır. Burada mif, əsatir, nağıl yoxdur. Ancaq bütün dinlərdə, çağırışlarda əsatir, mif var, nağıl var. Eyni halda, heç kim Asif Ataya qədər insanları öz əliylə, öz içində dəyişmək yönündə addım atmayıb, dünyanı dəyişmək məqsədi güdməyib. İnsanın özünü deyil, baxışını dəyişməyə çalışıblar. Ardını oxu »
Asif Ata. Məkandan yüksək yaşamaq
Dekabr 31st, 2025
admin İnsan cismən ən məhdud, kiçik məkana sığır. Ancaq fikrən, ruhən ən geniş, ən böyük məkana sığmır.
Buna görə də o, məkandan yalnız cismani mənada asılı olur. İnsan ömrü boyu bir evdə, bir şəhərdə, bir yerdə yaşaya bilər. Ancaq düşüncəsiylə, arzusuyla, duyğularıyla həmin evə, həmin şəhərə, həmin yerə sığmaz. Buna görə də o, həmin evdən, şəhərdən, yerdən yalnız cismani mənada asılı olur. İnsan yaxında mövcud olur, ən çox yaxınlıqda ünsiyyət yaradır, ancaq yaxınlığa sığmır, ruhani ucalığa can atır. Buna görə də o, yaxınlıqdan yalnız nisbi mənada asılı olur. İnsan məhdudda, kiçikdə geniş və böyük mahiyyət kəşf edir, evində, torpağında, şəhərində, qeyri-adi, müqəddəs, sonsuz, əbədi məna tapır. Bu səbəbdən də o, gördüyündən yalnız nisbi mənada asılı olur, görünəndən daha çox görür. İnsan müəyyən bir ölkədə yaşayır, ancaq həmin ölkədə dünyanın rəmzi mənasını tapır, buna görə də o, ölkənin vətəndaşı olduğu dərəcədə dünyanın vətəndaşı olur, öz ölkəsini sevdiyi dərəcədə dünyanı sevir. Həyat insana məkan daxilində yaşamaq imkanı verir. Ancaq insan bu imkanla kifayətlənmir, məkandan yüksək yaşayır.
Bu o deməkdir ki, onun duyğuları məkana pərçimlənən duyğular olmur, ondan böyük, ali duyğular olur.
O, yalnız məkan çərçivəsinə sığanı sevmir, dünyanı, bəşəri, təbiəti sevir.
Bu o deməkdir ki, o, özünün məkanla vəhdətini məhdud keyfiyyət sayır, ondan daha böyük vəhdət arayır və tapır. Dünyayla vəhdət ucalığına çatır. Ardını oxu »
Nurtəkin Atalı. Xalqın Özümləşmə gərəyi
Dekabr 23rd, 2025
admin …Hər bir xalqın özünəxas dəyərləri var. Bu dəyərlər həm xalq ruhunu yetişdirir, həm də onun fərdi və ümumi təzahürüdür. Xəlqi dəyərlər müqəddəsdir, ölməzdir. Çünkü onlar insan müqəddəsliyini, vətən müqəddəsliyini təsdiq edirlər. Məna üstə yaşayan, müqəddəsləşən insan dəyər yaradır. Özünü Mütləqdə tapan xalqda yaşayır. Xəlqi ruh – xalqın öz keçmişi, mədəniyyəti, dəyərləri, dili, tarixidir. Tarixdəki ağrıları da, uğurları da, faciəsi də onun ruhunda yaşayır. Özünü tanıyan xalqını tanıyır. Xalqını tanıyan özünü tanıyır. Xalqla insan arasında belə vəhdət var. Özünü tapan xalqını tapır. İnsan xalqda yaşayır. Ata deyir, Hegeli oxuduqca Füzuliləşirdim. Bəşərdə dahilər var, bəşərdə dəyərlər var. Ancaq hər insanın özgün olduğu xalq var, xalq ruhu var. Ata Hegelin böyüklüyünü görürdü, ancaq o böyüklük onu əzmirdi. Çünkü özgün olduğu dəyəri, böyüklüyü də görürdü, duyurdu. 10 illərlə müxtəlif ideologiyalarla, siyasi doktrinalarla insanı xalqdan ayırmağa çalışdılar. Özgə dil, özgə mədəniyyətlə əzməyə çalışdılar bizi. Sovet vaxtında Ata klublarda Füzulidən, Nəsimidən, Zərdüştdən danışırdı. Axın-axın gedirdilər. Çünkü Atanın ifadəsi ilə desək, həqiqət acı idilər. Atadan eşitdikləri düşüncələr insanları özünə, özümlüyünə qaytarırdı. Ruhlarının duymaq istədiklərini duyurdular. Ardını oxu »
Asif Ata. Zamandan yüksək yaşamaq
Dekabr 15th, 2025
admin Zaman – məhdud, nöqsanlı, natamam keyfiyyətləri təsdiq edir.
Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.
Zaman nisbi məziyyətlərə tapınır.
Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.
Zaman qeyri-Mütləq niyyətləri həyata keçirir.
İnsanın Mütləq mahiyyəti həmin niyyətlərə sığmır.
Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.
Zaman insanı keçiciyə, maddiyə bağlayır.
Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.
Zaman qeyri-Mütləq idrak, mənəviyyat, hissiyyat normaları yaradır. İnsan mahiyyəti həmin normalara sığmır.
Bu səbəbdən də insan zamandan yüksək yaşamalıdır.
Zaman Mütləq paklıq tanımır. Lakin Mütləq paklıq olmadan insani mahiyyət təsdiq olunmaz. İnsanda Mütləq paklığa qarşısıalınmaz meyil var.
Bu səbəbdən də o, Mütləq paklığa can atır və zamanı üstələyir. Ardını oxu »
Soylu Atalı. Yolsuzluq
Dekabr 3rd, 2025
admin Bir şeyi özümüz üçün aydınlaşdırmaqdan ötrü təsəvvürümüzdə canlandırıb bilgi əldə etməyə çalışırıq. Deyək ki, bir yerə gedirik. Qarşıda, uzaqlarda nəsə görünür. Biz onu təsvir etməyə, haqqında düşüncə sərgiləməyə çalışırıq. Ancaq uzaq olduğundan onu aydın görə bilmirik. Ya da axşam qaranlığı olur, toz, duman, günəşin işığı, nələrsə aydın görməyə əngəl olur. Onu görə biləcək qədər yaxın getməliyik ki, təsəvvürümüzdə, düşüncələrimizdə yanılmayaq.
Analogiya uyğun olmasa da, bu, düşüncəmizi aydınlaşdırmaq üçün bir örnəkdir. İnsanın insanı tanıması, aydınlaşdırması, dəyərləndirməsi üçün də ona yaxın getmək gərəkir. Ona mənən yaxın getmək, düşüncələrini dinləmək, ünsiyyətdə olmaq başlıca şərtdir. Görmək istəmək önəmlidir. O zaman insanı doğru qiymətləndirmək alınar. Əgər bunu istəməyə əngəl olan başqa əhvallar, duyğular varsa, deyək ki, qısqanclıq, paxıllıq, gözügötürməzlik kimi duyğular xarakterə hakimdirsə qarşıdakı insanı tanımaq, dəyərləndirmək alınmaz, onun haqqında yanlış düşüncələr sərgilənər.
…İnsanlar bilmədən nəyinsə, kiminsə haqqında yanlış düşüncələr söyləyirlər. Ədalət buradan pozulmağa başlayır. Vicdan işləmir. Ədalətin qarantı vicdandır. Sorumluluğu (məsuliyyəti) var edən də vicdandır. Vicdan-Sorumluluq-Doğruluq – insan xarakterinin özül prinsipidir. Üzgörəlik (riyakarlıq), hiylə, dönüklük kimi zəlillikdən özünü qorumaq üçün bu prinsipi ömürə çevirmək qaçılmazdır. Xarakter aydın, duru deyilsə, onu yaratmaq insanın öz əlindədir. İnsanın öz xarakterini dəyişmək imkanı həmişə var. Sadəcə bunu istəyib istəməməyin nədənini özü üçün çözməyə çalışmaq gərəkdir. Bunları eləməyəndə yanlış yanaşmalar, yanlış qiymətləndirmələr, yanlış davranışlar baş alıb gedir. Hər kəsin yanlışları birləşib toplumsal (ictimai) şərə çevrilir. Toplumsal şərin nədənini hər kəs başqasında axtarmağa başlayır. Özünü aldatmanın bundan betər gedişi yoxdur. Özünü aldatmalar mənəvi geriliyi genişləndirdikcə toplumsal anarxiya çıxılmazlığa dönüşür. Ardını oxu »




