Bu gün Azərbaycan toplumunda ictimai çalışmaların (fəaliyyətlərin) spektri çox rəngarəngdir. Ancaq bunlar bir-birinə bağlı deyil. Bu da ondan irəli gəlir ki, çalışmalar eyni məqsədə qulluq eləmirlər. Bunun nədənini aydınlaşdırmağa keçməzdən öncə xarakterizə eləmək doğru olar:
1. Hakimiyyət ugrunda siyasi çalışmaları deyək. Bu çalışmada bulunan qüvvələr olduqca dağınıq, gücsüz, yöntəmsiz bir durumdadırlar. Ən başlıcası odur ki, ulusal yöndə bunların heç bir ortaq paylaşımları da yoxdur. Eləcə də siyasətdən qıraqda çaba göstərənlərlə (deyək ki, ədəbiyyat, mədəniyyət adamları ilə) onların ortaq bağlantıları gözə dəymir. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Soylu Atalı. Ruhani özgürlüyümüz – Ulusal gələcəyimiz
Aprel 6th, 2015
admin
Xaliq Bahadır. Türkmənçay bağlaşmasının 200 illiyi qarşısında (davamı)
Aprel 4th, 2015
admin Sonsuz savaş sürəci
Rusiyadan sonra Osmanlı ilə ortaya çıxan barış bağlaşması başladığı reformaları uğurla başa çatdırmaq baxımından Abbas Mirzə üçün böyük önəm daşıyırdı. Ona Rusiya ilə gözlənilən savaşın 10-15 il ertələnməsi gərək idi. Bu sürəcdə o, uğurlu revormalar sonucu olaraq ölkəni ekonomik baxımdan qalxındıracağını, ordunu yetərincə gücləndirəcəyini düşünürdü. Ardını oxu »
Soylu Atalı. İNAMSIZLIQ ŞƏRİ
Aprel 4th, 2015
admin (H.Cavidin “İblis” əsəri üstə)
Dünyanın İnsanilik ahənginin pozulması bəşər dühalarını həmişə ağrıdıb, sarsıdıb, düşündürüb. Məkrin, xəyanətin, cinayətin insani münasibətləri kölgədə qoyması əzab verib, ağrıdıb müdrik ürəkləri. Dünyaya yayılan, gözəllikləri viran qoyan şər niyyətləri, bəd əməlləri tanımaq və tanıtmaq üçün klassiklər qüdrətli idrak nümunələri ortaya qoyurlar. Şərin sonsuzlaşmaq istəyini məhdudlaşdırmaq üçün dahi ürəklərdə qaynar ehtirasların baş qaldırması, idraki kamillik ənənəsinin yaranması insanlığın qədim və gələcək Tələblərinə söykənir. Bu səbəbdən də dahilər yaşadığı dövrə sığmır, bütün zamanların fövqünə qalxırlar. Ardını oxu »
Asif Ata. BİRLİYİMİZ — DİRİLİYİMİZ
Aprel 4th, 2015
admin (İzhar)
Türk – Vahid bir Etnosdur. Ruhani Birlikdir – unudulan, danılan.
Midiyanı Türk Dünyasından ayırırlar. Atropatenanı İranlaşdırırlar, azəri türküylə osmanlı türkü arasında sədd çəkirlər. Qıpçaqla oğuzu yadlaşdırırlar: türk təklənir. «Yırtıcı, qəddar türk» ideyasını dirildirlər, türkün «Bizans qatilliyini» təkrarlayırlar: – əslində isə Bizans türk hücumundan çox-çox əvvəl ruhən müflisləşmişdi, iflasa uğramışdı: – Türk əslində İstanbulu Bizans ölümündən xilas elədi. Ardını oxu »
Asif Ata. Tarixə çatmaq. Ağlığımız (VII hissə)
Aprel 3rd, 2015
admin Ağıq Şumer Ağlığıyla, Zərdüşt Ağlığıyla, Babək Ağlığıyla, Qorqud Ağlığıyla, Nəsimi Ağlığıyla, Füzuli Ağlığıyla, Muğam Ağlığıyla, Saz Ağlığıyla.
Ağ İşıq gəzdiriblər İnamlarında, İdraklarında, Mənəviyyatlarında, İradələrində Ulularımız, İşıq olmağa çağırmışlar Dünyanı; İşıqdan yoğrulubmuşlar; «İşıq Səltənəti» yaratmaq istəyiylə yaşayırmışlar, Həqiqət İşığına bürünürmüşlər, «Ağ üz», «Ağ əl» olurmuşlar, pillə-pillə Ağlığa, Saflığa qovuşurmuşlar».1 Ardını oxu »
Xaliq Bahadır. Bu dünya hara gedir
Aprel 2nd, 2015
admin Bir çağlar böyük Nizami Gəncəli dünyanın zəncinin başı kimi qarışdığını yazırdı. I, II dünya savaşlarından öncələr də Nizami deyən – oxşar görsənişlər – baş vermiş, böyük qarışıqlıq yaranmışdı. İndilər də elə bir qarışıqlıq yaşanmadadır. Ötənlərdəki oxşar durum yaranıb: hamı hamıya qarşı. Yenə də ötənlərdəki sayaq dəyişkən düşərgələşmələr, qarışıq qruplaşmalar yaranır: liberal radikalla, demokrat diktatorla, pasifist savaşçıyla, humanist terrorçuyla bir arada, bir birlikdə bulunur. Hamı da bir-birini qınayır, biri o birini suçlayır. Burada ilginc olan nədir? Ardını oxu »
Uluyurd Hərəkatı – Azərbaycan uğrunda mübarizə
Aprel 2nd, 2015
admin Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız! Bu gün növbəti bir mövzuya açıqlama gətirəcəyik. Bu mövzu “Uluyurd Hərəkatı” ilə bağlıdır. “Uluyurd Hərəkatı və çoxpartiyalılıq”. Biz öz istəyimizi təqdim eləyirik – Vahid Hərəkat yaranmalıdır. Niyə Vahid Hərəkat yaranmalıdır? Niyə çoxpartiyalılığı biz qəbul eləmirik? “Uluyurd Hərəkatı” nə deməkdir, onun prinsipləri nədir? Bu gün biz bunlara münasibət bildirəcəyik. Ardını oxu »
XALİQ BAHADIR. BİZİM QABAQKI, İNDİKİ ALDADILMALARIMIZ
Aprel 1st, 2015
admin Qabaqlar, SSRİdən ayrıldığımız ilkin illərdə, biz aldadıldığımızı bilməyə-bilməyə aldadılırdıq, indi, aradan bir çox illərər keçəndən sonra, biz özümüz bilə-bilə aldadılırıq. Buradan ortaya ilginc bir soru çıxır: aldadanların fenomenal aldatma bacarıqları var, yoxsa aldadılanların fenomenal aldanma bacarılqları? ABŞ adlı superdemokratiya dövlətinin yeni böyükelçisi Robert Sekuta Bakıya yeni taktikayla gəldi – Vaşinqtondan Azərbaycan xalqına indiyədək görünməmiş mesaj göndərməklə. Mesaj, demək olar, beləydi: mən gəlib Beşbarmaq dağı kimi yerlərə baş çəkəcəm, Azərbaycan xalqı daha haralara baş çəkməyimi istəyir, desin. Ardını oxu »
XALİQ BAHADIR. VALENTİN RASPUTİN – DƏYİŞMƏZ DƏYƏR
Mart 31st, 2015
admin Yaradıcılığını sevərək izlədiyimiz usta bir yazıçını itirdik. Usta! Usta sözü ona olduqca yaraşan sözdür. Bilənlər bilir, bilməyənlərin də bilməsi üçün onun bir povestini demirəm, bir öyküsünü (öykü– ərəbcə, hekayə) oxuması yetər. Sağlığında onu canlı klassik sayırdılar. Rus filoloqlarına, söz uzmanlarına görə, Rasputinin olduqca gözəl dili var. Bu isə yazıçı ustalığının başlıca özəlliklərindəndir. Ardını oxu »
Asif Ata. Tarixə çatmaq. Səttarxanlığımız (VI hissə)
Mart 29th, 2015
admin - Məşrutəni Böyüdən və Məşrutə tərəfindən öldürülən, İranı Yüksəldən və İran tərəfindən Aldadılan; Cənubi Azərbaycan milli hərəkatına başçılıq eləyən və İrana yarayan, Qəhrəmanlığında Bənzərsiz olan və Üsyançı adlandırılan; Siyasətbazlarla qarşılaşan, Yükü Şöhrətindən artıq olan;
Xarici təsirdən yox, daxili, tarixi Tələbatdan yaranan, Azərbaycan xalq Oyanışına rəhbərlik eləyən və İranı xilas edən, köhnə üsul-idarəni devirən və Yağıların hakimlik elədiyi yeni üsul-idarəni təsdiq edən, Ehkama sığmayan; Azərbaycan Rəmzi – özgəyə xidmət etməli olan, özgəni qüvvətləndirən; Ardını oxu »




