İnsan təcriddə yaşaya bilmədi, toplum yaratdı. Birgə yaşayışı tənzimləmək üçün axtarışlar elədi. Dövlət də bu axtarışlar nəticəsində yarandı. Dövlətin özünün yaranması başqa tələblər də ortaya çıxartdı. İctimai həyatı nizamda saxlamaq üçün qaydalara, qanunlara ehtiyac özünü göstərdi. Bu məsələdə dinin (inancın) xeyli rolu oldu. Din öz qaydalarını sundu. Ancaq bu qaydaları bütünlüklə ehkama (doqmaya) çevirdi. Müəyyən toxunulmaz kurallar ola bilər, olmalıdır. Hər bir qaydanın ehkamlaşması isə ziddiyyətlər ortaya çıxardı. Ardını oxu »
Soylu Atalı. Türklüyün Yenilməsinin Yenilənməsi
Türkiyə ilə Azərbaycan arasında yaranan siyasi gərginlik çox çək-çevir edilməkdədir. Hər iki ölkədə duruma olduqca həssas, ehtiyatlı yanaşmalar da var, buradan oranı, oradan buranı yamanlayanlar da. Yamanlayanları iki yerə bölmək olar: Dış güclərin çıxarlarına qulluq edənlər, bir də hakimiyyətlərin istəklərinə qulluq edən trollar. Ehtiyatlı davrananlar çox çətin durumda qalıblar. Bəzən onlar barışdırıcı mövqe seçirlər, bəzən […]
Asif Ata. Özüylədöyüş və Özüyləbarışma
Həyatda insan özüylə döyüşür, ancaq bu döyüşdə tam qələbə qazanmır, son nəticədə özüylə barışır. Özüyləbarışmada o, gerçəkliyin məntiqinə əsaslanır. “Yırtıcı olmasam, yaşaya bilmərəm, məni parçalayarlar” – deyir. “Xudbin olmasam, yaşaya bilmərəm, başqasının əsarətinə düşərəm” – deyir. “Şəhvəti sevməsəm, yaşamaram, çünki həyat – cismani nəşələnməkdir” – deyir. “Şöhrəti sevməsəm, yaşamaram, çünki həyat özünütəsdiqdir” – deyir. “Yalana […]
Başsağlığı
Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu, Güney Azərbaycan aydını Ağşın Ağkəmərlinin ölümü ilə bağlı ailəsinə, millətimizə başsağlığı verir. Evindən işıq əskilməsin. Balalarında yaşasın. Yurdu, Ulusu var olsun.
Asif Ata. Dostluq – Düşmənlik
Həyatda ən yüksək dostluq belə, mütləq səviyyəyə qalxmır. Bu səbəbdən də həyatdakı ən böyük dostluqda belə düşmənlik yaşayır. Əgər insan xudbinlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan həsəd eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən azad deyil. Əgər insan mənfəətpərəstlik eybəcərliyindən tam xilas olmayıbsa – onun dostluğu düşmənlikdən […]
Ağşın Ağkəmərli. Yolçu yolda gərək
1965-ci ildə 5 yaşında kənddə məktəbə getmişəm. Bütün dərslər fasca olduğuna görə heç nə başa düşmürdüm. Təkcə mən yox, heç kim heç nə başa düşmürdü. Ancaq məni başqalarından fərqləndirən bir şey vardı, – şeiri bir dəfə eşitməklə öyrənirdim, daha doğrusu, sözlərini əzbərləyirdim. Atam hər ilin qış aylarında kəndə gəlirdi. 1-2 ay qalandan sonra evə gərək […]
Xaliq Bahadır. Yarımcan Azərbaycan
Aprel 29th, 2015
admin Hər hansı ulusun, ölkənin diriliyi onun strateji düşüncəli, dönməz xarakterli, bu yöndən də dəyərli yetirmələrinə bağlıdır. Bu gün korrupsiya-repressiya rejiminin 7 il, 6 ay iş kəsdiyi İntiqam Əliyev ulusumuzun, ölkəmizin belə yetirmələrdəndir: strateji düşüncəli, dönməz xarakterli. Strateji düşüncə ilə xarakter dönməzliyi arasında çox böyük bağlılıq var; bunlar bir olur, ayrılmaz olur. Qarşılıqlı olaraq biri o birinə güc verir, biri o birinə üstünlük qazandırır. Ardını oxu »
İnam Ocağı Qıraqdan üfürülmür, öz İçindən Yanır
Aprel 27th, 2015
admin Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!
Ulusal şüurun gəlişməsinə çalışmaq, eləcə də ulusal varolmanın sorunlarını kökündən araşdırıb yoluna qoymaq həmişə çətinliklərlə qarşılanmışdır. Bu dərin istəkləri dışarıdan və içəridən əngəlləməyə çalışan qüvvələr öz etkilərini gerçəkləşdirməkdən ötrü sağlam yönə hər cür ad qoymuş və toplumun gözündə aşağılamaqla uğraşmışdır. Sonucda ulusal dirçəlişə çalışan qüvvələr ya ideya və iradə gücsüzlüyündən dolayı başqa yönlərə meyillənmiş, ya da yenə gücsüzlük nədənindən, toplumu dəyişmək istəməkdə suçlayaraq, çalışmalarından geri durmuşlar. Ardını oxu »
Güney Azərbaycanda gedən proseslərin mahiyyəti və Dünyanın ona münasibəti
Aprel 25th, 2015
admin Soylu Atalı: Ürəyinizdə Günəş olsun, istəkli yurddaşlarımız!
Bu gün biz Ocaq-türk ilsırası ilə (təqvimi ilə) Od (iyul) Ayında yenə sizinlə yeni bir mövzuda ünsiyyət məqamındayıq. Azərbaycanın köklü problemlərinə Mütləqə İnam meyarı ilə baxış sərgiləmək və çıxış yolları istiqamətində öz axtarışlarımızı ortaya qoymaq amacındayıq. Problemlərin əsil mənasına diqqət yönəltməklə insanlarımızın ağlında təzə hal yaratmaq istəyirik. Ardını oxu »
BATININ TÜRKLÜYÜ ÇÖKDÜRMƏK İSTƏYİ
Aprel 24th, 2015
admin Türkel Araşdırma Qurumu təqdim edir
Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə onillərdir ermənilərin arxasında duran güclərin türk dünyasına qarşı davranışlarına yönəlikdir. Bu qonu “erməni soyqırımı” uydurmasıdır. Bu yalançı olayın əsasları haqqında çox danışılıb. Tarixi anlamı çox vurğulanıb. Ardını oxu »
Asif Ata. Həqiqətlər (III Yan Bitiqdən)
Aprel 23rd, 2015
admin MİLLİ YAS GÜNÜ
28 Aprel 1920-ci il – Milli Azərbaycan Dövlətinin beynəlmiləlçi şərçilər tərəfindən devrilməsi.
HƏQİQƏT
Müsavatçıları kommunistlər hakimiyyətdən saldılar, Vətəndən xaric elədilər.
İndi müsavatçıları tərifləyirlər – “28 aprel”i pisləsinlər gərək onda! – Ələtdə dayanan 11-ci ordunu, parlamentə tuşlanan Topu! Ardını oxu »
İSA MEHDİOĞLU. Rus arxeologiya alimi GEORQİY SİDOROV sayaqlayır!
Aprel 20th, 2015
admin Georqiy Siderov internetdə çıxış edərək deyir ki, ağ rus allahı kainatın Aerona planetindən yerə enmişdir.Yerdəki meymunlarla bağlantı sonucunda ağ irqin – slavyanların, xüsusilə rusların ulu əcdadlarını yaratmışdır.Başqa planetlərdən gələn allahlar yerin qabıq tozundan süni halda yerin peykini, ayı yaratdılar.Başqa planetdən atılan hidrogen bombası Orta Asiyaya düşüb, Orta Asiya çökəklik və səhralarını yaratmışdır. Arxeoloqların yerdə tapdıqları iri insan sümükləri, başqa planetlərdən gələn adamların skeletləridir. (Vikipediya: istoriya çeloveka- 2014.)
Georqi Siderovun sayaqlamasına cavab olaraq bildirirəm ki: Ardını oxu »
XALİQ BAHADIR. AVROPARLAMENTİN “GENOSİD” QƏRARI – DİPLOMATİK İNTERVENSİYA
Aprel 19th, 2015
admin Avroparlamentin “genosid” qərarı. Bu qərara bir çox yönlərdən baxmaq olar, ancaq başlıca olaraq iki yöndən baxılmalıdır: tarix, hüquq. Bəri başdan demək gərəkir: “genosid” adı verilən yüz illik keçmişə bağlı erməni yalanlarını tarixçilər araşdırmalı, hüquqçular dəyərləndirməlidirlər. Avroparlament də bunu etməli idi – bunun yerinə o, açıq-açığına diplomatik intervensiya yolunu tutdu.
Avropadan (konkret, Fransadan) başlayan erməni ekspansiyası.
SSRİ-nin başçısı M.S.Qorbaçovun ekonomist-danışmanı Abel Gözəloviç Aqanbekyan yalnız Fransanın deyil, dünya liberalizminin başkəndi Parisdə ilk baxışda çox da aqressiv görünməyən qısaca çağırışda bulundu: Ardını oxu »
ELÇİN BƏY VƏ GÜLNARƏ XANIMIN BEŞİKBAŞI TÖRƏNİ
Aprel 13th, 2015
admin Bu gün, Ocaq Günsırası ilə 12 Çiçək Ayında Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Qutsal Beşikbaşı Törəni keçirmişdir. Beşikbaşı Törəni Sumqayıt şəhərində gerçəkləşdirilmiş, bütövlükdə ulusal ruhun təsdiqini sağlamışdır. Ocaqsevər Elçin Həsənovun və nişanlısı Gülnarə xanımın evliliyinin beşik başında keçirilməsi onların öz diləyi ilə baş tutmuşdur. Ardını oxu »
Asif Ata. Dil təlimi
Aprel 7th, 2015
admin 1.Vahid bəşəri dil
Vahid dil məsələsi – vahid bəşəriyyət ideyası kimi cəgəng bir ideyadır. Bəşəri millətlərdən ayırmaq olmaz – sürülük yaranar.
Bəşər uzun zaman sürü səviyyəsində yaşayıb, xalqlar vasitəsiylə sürülükdən ayrılıb.
Millətlər əbədidir. Marksizmin əksinə olaraq, bizə görə Millətsiz bəşər olmayacaq – yoxsa o, heyvanlaşar.
Milləti ikinci dərəcəli hadisə saymaq – marksizmin ən böyük günahlarından biridir. Ardını oxu »




