Archive for the ‘Türk Dünyası’ Category

Şəfa Göytəkin

Bu yaxınlarda SOYLU ATALInın dinlədiyim bir şeirini HƏQİQƏTləri öyrənməyə başlamadığım vaxtlarda dinləsəydim, yəqin bu sətirlərin mənə nələri dediyini anlamazdım. Ucurum üstündən yol salma mənə, Bu səfər genimdə yaddaşım deyil. Soyumdan, qanımdan sayılsalar da, Özünü dananlar qardaşım deyil.

Mütləqə İnam Ocağının Ruhani Başçısı – Atası Asif Ata

Milli Hökumətin devrilməsi (Asif Atayla görüş)

Asif Ata: (Üzünü zala tutub) Ürəyinizdə Günəş Olsun! Onda ən soyuq havada belə üşüməzsiniz. Azərbaycanlılar dünyanın arxasına düşəndə uçuruma düşdülər. Azərbaycan dünyanın əks-sədası olanda səsi batdı. Azərbaycan dünya adlanan dairəyə düşəndə çıxa bilmədi. Azərbaycanlılar özümlü olmayanda özgələşdilər. XX əsrdə dünya Rusiya idi və dün­ya Avropa idi. Avropadan səs gəlirdi, Şərqdə əks-səda verirdi. Şərqin fəlakəti onda […]

Soylu Atalı. Həyatın Anlamı görünəndən artıqdır

Bu günlərdə Lev Tolstoyun “Bugünümüzdəki köləlik” kitabını oxuyub qurtardım. Çox bəhrələndim, çox düşündüm. Öncələr də yazdığım kimi, Tolstoy İnsanlığa sevgini anladan məktəbdir. Ancaq bu məktəb yetərincə öyrənilib dərk olunmayıb. Bizə görə Tolstoyu bədii yaradıcılıq açısından dərk eləmək alınmaz. Çünkü onun həyata baxışı daha çox ruhaniyyatçılıq yönündədir. Ruhaniyyatçılıqda da özünəxas yanaşma ölçüsü var. Bu özünəxaslıq nədən […]

Başsağlığı

Asif Atanın Mütləqə İnam Ocağı dəyərli soydaşımız, sayğıdəyər aydınımız Asif Ozana anasının ölümü ilə bağlı başsağlığı verir. Balalarında yaşasın, kədərinizdə əyilməyin. Vətəni, Milləti Var olsun.

YADİGAR TÜRKEL. TÜRKLERİN İRANI, YA DA BUGÜNKÜ YANLIŞLARIMIZDAN

1 Azerbaycan Türklerinin deyerli  aydınlarından biri, Bakı Dövlet Universitetinin Türk Xalgları Edebiyatı Kafedrasının başçısı Prof. Dr. Ramiz Asker Dr. Receb Albayrağın iki cildlik “Türklerin İranı. Yaxın gelecek” (Bakı, 2016-cı il, 1-ci c. 628 s., 2-ci c. 628 s.) adlı bitiyini “Ezizim Yadigara sevgilerle. 23. 06. 2019, Bakı” el yazısı ile mene bağışlamışdır. Bu, tarix, kültür, […]

Şəfa Göytəkin. Harada idim, hara gəldim?

Bu gün bu sualı özümə verdiyimdə sanki iki dünya canlanır xəyalımda. Harada idim? Qarısıq, suallarla dolu, aydınlaşdıra  bilmədiyim bir qaranlığın içində Özümü tanımadan,Yolumu  və nə üçün yaşadığımı bilmədən yaşadığım bir dünya. Hansı ki o dünyada rolumun nədən ibarət olduğu belə  mənə aydın deyildi. Hara gəldim? Özümü öyrənməyə başladığım, Yolumu bildiyim,bu dünyadakı rolumun nədən ibarət olduğunu […]

YADİGAR TÜRKEL. CORONAVİRUSUN POLİTİKANLARLA DİN ALVERÇİLERİNE YANITI

1      Coronavirus olayı başlayandan onu ABŞ-ın, Masonların yaradıb yaydığını, sonra “it-pişik yeyen çinlilerden” yayıldığını deyirdiler. Öten günlerde başda Azerbaycan Respublikası olmagla, ayrı-ayrı respublikaların ağalıglarının pandemiya deyilen küresel salgına yanaşmasını, bilimçilerin, jurnalistlerin teleçıxışlarını, sosial basını analiz edende biliksizliyin, bacarıgsızlığın, politikanlığın öne çıxdığı göründü (Almaniya, daha çox da Yaponiya respublikalarının bu koronavirus politikası ile bağlı bilgim […]

Soylu Atalı. Türk Birliyinin qaçılmazlığı

Bu gün dünyada gedən oyunlar yeni siyasi düzənin ortaya çıxacağından soraq verir. Sovetlər dağılandan sonra pozulmuş ağalıq balansı başqa biçim almaqdadır. Batı özbaşınalıq gedişləri ilə hər yeri qarşıdırdı. Dünyanın ortasında – enerji ilə zəngin olan Doğu ölkələrində istədiyi quruluşu yaratmaq, özünə qulluq göstərəcək satılmışları yönətim (idarəetmə) sisteminin başına gətirmək onun çalışmalarının yönünə çevrildi. Ancaq Sovet-rus […]

ASİF ATA. Novruzluğumuz

(Fəlsəfi-bədii məqam) I Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz. Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək!

Soylu Atalı. Dövləti xalqsızlaşdırma siyasəti

Bütün dünyada qəbul olunmuş bir fakt var – dövlətə xalqının adından danışmaq haqqı tanınıb. Ancaq dövlətin başına keçənlər bu haqqı heç vaxt axıra kimi doğrulda bilmirlər. Bu, özünü iç siyasətdə də göstərir, dış siyasətdə də. Dövlət güclü olanda haqqını dış sıyasətdə daha çox doğruldur (iç siyasətdə demirik, çünkü iç siyasət gücə deyil, birbaşa milli strategiyanın […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv