1 Sayğılı oxucu, yaxşılıg yaxşılıg yaradır, yaxşılıg gözellik töredir! 2 1988, 1989, 1990-cı illerde “Genclik” jurnalında 3 yazı çap etdirdim. Yazılar futboldan olsa da, sosial-politik inceliklerinden dolayı çox yaxşı garşılandı. Son illerde o yazıları bir bitikde çap etmek istesem de, elimde olmadığından isteyim içimde galmışdı. Hansı sağolmuşsa, “Genclik” jurnalındakı o yazıları köçürüb, önlerine İnternetden götürdüyü […]
Archive for the ‘Türk Dünyası’ Category
Göytəkin Atalı. Həyatın Dəyəri İnsanlaşmaqdadır
Aprel 1st, 2021
admin İnsanın özünü təsdiqi onun öz mənasına yetməsidir. Bunun üçün Asif Ata, insanın kamilləşməsi yolu kimi, “özüylədöyüş” ideyasını irəli sürüb. İnsan özü ilə bacarmayanda özündən yüksəyə qalxa bilmir. Belə olan halda həyatdakı eybəcərliklərlə barışır. Həyatda eybəcərliklərin yaşaması, insanın bu eybəcərlikləri içindən qırağa qoya bilməməsinə görədir. Öz içində yüksəlməyən insanın həyata nələrsə verməsi mümkün olmur. Bu günlərdə […]
Soylu Atalı. İnam əsasında yaşamaq özünü yaratmaq deməkdir
Mart 28th, 2021
admin (L.N.Tolstoyun “Etiraflarım” əsəri üstə) 90-cı illərin başında “Respublika Bilik Cəmiyyəti”ndə Asif Atanın silsilə görüşləri keçirilirdi. Bu görüşlərə Asif Ata “Fikir evi” adı qoymuşdu. Burada O, Azərbaycanın 7 Ruhani Fərəhi, 6 Böyük Kədəri kimi sistem halında yaratdığı baxışlarını izhar edirdi. Eyni zamanda özünün Dünyabaxışını qapsayan ideyaların hər birinə bir görüş ayırırdı. Hər bir görüş üç hissədən […]
YADİGAR TÜRKEL. OĞRULUG GENETİKDİRMİ, YA DA NÜSREDDİN BEYİ ANARAG
Mart 25th, 2021
admin AZERBAYCAN RESPUBLİKASININ SEVİMLİ XATUNLARI, BAYRAMINIZ GUTLU OLSUN! SİZİ ÇOX SEVİREM! SİZE DAHA DEMOKRATİK POLİTİK GURULUŞDA, YENİDENDOĞMUŞ AZERBAYCANDA YAŞAMAG DİLEYİREM! 1 İnsan biososial varlıgdır. Onun bilincinin özülünde yüzde 80 genetik özellik dursa da, genellikle sosialllıg üstündür. Sosial daha yöneldici olsa da, kiminse biolojiliyi sosialın sözüne yüzde-yüz baxmır. Ya da tersine. İnstitutda o çağın genetika biliklerinden az-çox […]
Soylu Atalı. İstedad, İnsanilik
Mart 24th, 2021
admin (A.S. Puşkinin əsərləri üstə düşüncələr) I Yaradıcılıq, Qutsallıq A.S. Puşkin ədəbiyyatın ən çox araşdırdığı, öyrəndiyi simalardan biridir. Bu da təbiidir. Puşkinin bütün əsərləri füsunkar bir istedadla başa gəlmişdir. Elə araşdırmalar da istedadın sınırlarını bəlli etmək xarakteri daşımışdır. Ancaq araşdırmalar yaradıcını, yaratdığı ilə bir yerdə, bütöv şəkildə üzə çıxarmağı hədəfləmir, sonucda siyasi şəraitin tələb elədiyi birtərəfli […]
YADİGAR TÜRKEL. LEZGİNKA
Mart 22nd, 2021
admin Sevimli YURDDAŞLAR! Novruz Bayramınız gutlu olsun! Türkce Yeni Gün deyilen Novruz yazın gelişi, oyanışdır. Yatmayın! Gözel günler, şen günler, yoluna düşen günler, bilin garşınızdadır! Gözel Azerbaycanda ağ günleriniz ilde 365 gün olsun! 1 Velokorosizmde 200 il, Bolşefaşizmde 70 il Azerbaycan Türklerini yox etmek, yox göstermek üçün çox böyük ulusüstü – superetnik politika yürüdülmüşdür. Azerbaycan Türklerine […]
Asif Ata. Novruzluğumuz
Mart 20th, 2021
admin (Fəlsəfi-bədii məqam) I Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz. Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək!
İlin Törənlər Kitabı
Mart 20th, 2021
admin Ürəyinizdə Ata Günəşi olsun, sayğılı oxucular. Bu kitab heç bir gələnəkdə olmayıb. Bu gün də belə bir kitab heç yerdə yazılmır. İnsanlığın, ruhani istəklərin ömürlərdə oluşması, bunun necəliyinin, yönünün dilə gətirilməsi yazıya alınıb kitablaşdırılıbdır. Xalq ruhunun ayrı-ayrı bireylərində yaşaması, qarışıq, dolaşıq gedişlərdən, pozuntulardan ayrılaraq dəyərə çevrilməsi, mənəvi dəyərlərin yaşadılması xalqı gələcəyə aparan yaşam nizamıdır. Asif […]
Yadigar Türkel. Yenilmişlik
Mart 16th, 2021
admin Dünən mənlə bacarmayan sevgilim, Bu gün sənin göz yaşından öpərdim. Bircə yol da sənə sevgim deməkçün, Mən illəri on il geri çəkərdim. 1 Sevimli yurddaşlar, yeniyetmelere, yaşıllara, elece de politikanlıg eden başçılara davranış örneyi ola bilecek bir nece inceliyi oxumanızı isteyirem. Men, anlayandan çox yoxsul ailede böyümesem de, 5 ilden çox “Rus-ermeni-sovet-mason bolşefaşizminin” ana […]
Asif Ata. BABƏKLİYİMİZ – XÜRRƏMDİNLİYİMİZ
Mart 14th, 2021
admin I. Fərəh İnamı Babək Ləzzət İnamı yaratmamışdı. Fərəh İnamı yaratmışdı. Ləzzət İnamçısı 23 il Xəlifətlə döyüşməzdi – ləzzətindən keçməzdi, – Babək özündən keçmişdi. Babək İnamının Yazılarını məhv eləyiblər, ancaq Babək əməli gəlib bizə çatıb. Babək əməli əsasında Babək İnamını fəhm etmək olar.İnsan Dünyaya Fərəh üçün gəlib, ən böyük Fərəh isə – Azadlıqdır. Azadlıq –İnsanın özünəməxsusluğu, özünəsahibliyi, özündən asılılığıdır.




Posted in
Tags:
