Archive for the ‘Türk Dünyası’ Category

YADİGAR TÜRKEL. TARIX SUALI, YA DA YALANÇININ

Son günlerde gazetlerde basılan şekillerde adamların başının uzandığını görürük. Üzləri altdan yuxarı usanıb, boyunları yoğunlaşmış adamlar kromonyonlara benzeyirler. Gazetçilere adamları bu köke niye salıbsınız deyende, texnik gerilikdendir, – deyirler. Metbuat naziri de Azerbaycanın Poligrafiyada 25 il geride galdığını söyleyir. Deyirem bu, adamların meymuna benzedilmesi bir yana, birden yüz il sonra Zori Balayan kimi bir Ermeni […]

Asif Ata.28 May

XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu. Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı. Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı. Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, […]

Soylu Atalı. Borçalıda yaşayan soydaşlarımıza qarşı açıq düşmənçilik davranışı

Gürcüstan dövləti yenə iç üzünü göstərdi. Biz dəfələrlə yazmışıq, Borçalıda yaşayan türk toplumuna qarşı həmişə ayrı-seçkilik siyasəti yürüdülüb. Başqa sözlə, siyasi repressiyalar həyata keçirilib. Bunun psixoloji hazırlıqlarını ən çox sıradan bilinən adamların əliylə gerçəkləşdirib. Guya təsadüfi adamlar xuliqanlıq törədirlər. Əgər dövlətin özünün repressiv davranışları olmasaydı, deyərdik, xuliqan adamlar aranı qatırlar. Axı dövlətin özünün yanaşması – […]

Soylu Atalı. Gürcüstanda (Borçalıda) baş verən olaylar nədən qaynaqlanır?!

 Aldığımız bilgilərə görə Gürcüstanın Dmanisi (keçmiş Başkeçid) rayonunda bir sıra cavan adamlar (onların svanlar olduğu bildirilir) yerli azərbaycanlılara hücum etmiş, onları dəyənəklərlə döymüşlər. Ən çox da aralarında olan yaşlı azərbaycanlı kişiyə zərbələr vurmuşlar. Bu olay azərbaycanlıların işlətdikləri “Ömər Market”in qarşısında baş vermişdir. Hücumun səbəbi kimi satıcı işləyən azərbaycanlı qadının onlara havayı pivə verməməsi göstərilir. Bizə […]

YADİGAR TÜRKEL. Gözlerim kor, ağlım az

Beyler, beyimler, bu goşug 2-ci Garabağ Savaşının uğurla getdiyi günlerde yazılıbmış. Onu bu gün gördüm. Strateji düşünceli, düşündürücüdür. Gözlerim kor olub, Baxtım garalıb. Yaltaglar yelinde, Ağılsızlar elinde İtıb getmişem.

Ocaq Yükümlüsü Soylu Atalı

Soylu Atalı. Acıların  doğurduğu  uydurma

(İmam Mustafayevlə Sadıq Murtuzayevin “İmam Şamil” kitabı üstə bəzi düşüncələr)  İnsanda öymək, öyülmək meyli yaşayır. Ancaq bu meyli gerçəkləşdirmək, yaşatmaq olanağı  həmişə olmur. Çağdaş dünyanın gedişində elə bir anarxiya var, ideal yarat­maq, onunla öyünmək az qala suç sayılır. Bunun qarşılığında toplumu bütövlükdə antiideala doğmalaşdırma əməl­ləri həyata keçirilir. Belə burulğanlarda işıq axtaran tək-tük adamlar isə ideal sorağıyla […]

Soylu Atalı. Sevgi Yaşamın İşığıdır

Ölüm Varlığı öldürə bilmir, biçimi dəyişir. Varlıq əbədidir. İnsanın həm mənəvi keyfiyyətləri gələcəyə gedir, həm də fiziki varlığı. Dünyaya ümidsiz baxıb ölümün ötəsində başqa dünya axtarmaq əbədiliyə tərsdir. Var olmaq üçün Dünyanın əbədiliyinə inanmaq gərəkdir. Var olmaq üçün sevmək, sevdalı ömür yaratmaq gərəkdir. Ölən Gerçəklikdən gedir, Mənada qalır. Mənanın Doğuluş, Yaranış özəllikləri var. Fiziki ölən […]

YADİGAR TÜRKEL. ULUSAL ÖZÜNÜANLAMA DƏRSİ, YA DA İT OLUM, QURD OLUM, TÜRK OLMAYIM, BƏY OLMAYIM DÜŞÜNCƏSİZLİYİNE YANIT  (Politik ağı, Ardı)

Gayıdag “Azerbaycana heç kim beyler-xanlar boyda pislik etmeyib” – bolşefaşist düşüncesizliyine, axmaglamasına. 2008-ci ilde yayımladığım, “Politologiya (Açıglamalarla sözlük, ya da milli kimlik dersleri)” bitiyinden Türkün beylik gurumunun Türk tarixindeki önemini gösteren bölümü Arab-fars sözlerinden kiçicik arındırmagla oxuculara sunmagla bütün yad töremelerine yanıt verirem. “BƏY (BEY, BEG, BƏG, BEK, BAY) – eski, Orta Çağ, elece de […]

Soylu Atalı. Türkçülük dəyərdir – siyasi proses deyil

(Yusif Akçuranın “Türkçülüyün tarixi” kitabına yönəlik axtarışlar, düşüncələr)  XIX yüzilin axırlarından başlayaraq “Türkçülük Axımı”nın yaranması Türk ulusunun yaşamında olduqca dərin bir aşama sayıla bilər. Bu axımın (hərəkatın) yaranması, ağır durumda, çətin ortamda bənzərsiz işlər görməsi nə qədər önəmlidirsə, onu yazıb sabaha çatdırmaq da bir o qədər önəmlidir. Keçmişimiz zəngin zəhmətlərlə dolu olduğu halda, biz o […]

Yadigar Türkel. ULUSAL ÖZÜNÜANLAMA DERSİ, YA DA İT OLUM, GURD OLUM, TÜRK OLMAYIM, BEY OLMAYIM DÜŞÜNCESİZLİYİNE YANIT

Sayğılı oxucu, bu yazı heydarizmin “Azadlıg” gazetini bağladığı günlerde yazılmışdı. Ele bilirdim, çap olunub. Bilmirem. Onu “Üç ulduz, bir Güneş” bitiyini işleyende gördüm. Özünütanıma baxımından, daha çox da ardı öyredicisir. ULUSAL ÖZÜNÜANLAMA DERSİ, YA DA İT OLUM, GURD OLUM, TÜRK OLMAYIM, BEY OLMAYIM DÜŞÜNCESİZLİYİNE YANIT (Politik ağı) 1 Bu günlerde Rus-ermeni-sovet-mason bolşefaşizminin töremelerinden biri, gazetlerin […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv