“Varlıq Şüuru müəyyən edir”. Ehkam Müddəası. Keçicilik, Nisbilik timsalı olan Varlıqda – Əbədiliyi, Əzəliliyi, Mütləqiliyi təmsil eləyən Şüur nə etsin? – Nisbiliyə, Keçiciliyəmi ensin – Özü olmasınmı?
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. Yanlışlıqmı, Xəyanətmi?!
İyul 30th, 2021
admin İllər öncə biz yazı yazmışdım: “Yanlışlıqmı, xəyanətmi?” başlığı altında. İndi bu yazımın adını da elə qoyuram. Dövlət başında duranların, onlara bağlı adamların yanlışlıqları ola bilər. Ancaq bilə-bilə dövlətin, millətin çıxarlarını kölgələmək, vətənin varlığını sarsıdacaq addımlar atmaq yanlışlıq sayıla bilməz. Son günlərin ən aktual qonularından biri, bəlkə də birincisi Azərbaycanın, genel olaraq Qafqazın din yönətim başçısı […]
Araz Gündüz. Vətən nə halda?
İyun 30th, 2021
admin Kimsənin millətçilikdə qınaya bilməyəcəyi, əksinə, bəzilərinin guya öz xalqını təhqir etməkdə suçladığı Cəlil Məmmədquluzadə 1916-cı ildə Azərbaycanın sərhədlərini belə cızmışdı: Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir. – Haradır Azərbaycan? – Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan dutub qədim Rusiya […]
Asif Atanın “Mütləqləşmək – Var olmaq” Bitiyi çap olundu
İyun 18th, 2021
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Asif Atanın Mütləqə İnam Ocağı Türk Ruhaniyyatı açısından özünün işini, mübarizəsini davamlı olaraq gerçəkləşdirməkdədir. Bu günlərdə Asif Atanın Qutsal Onluğundan “Mütləqləşmək – Var olmaq” Bitiyi çapdan çıxmışdır. Bitiq Ocaq Evladlarının yatırımı ilə basılmışdır. Gələnəksəl olaraq, Asif Atanın Bitiqləri həm Milli arxivə, kitab evlərinə bağışlanır, həm də görüşlərdə, səfərlərdə ilgilənən soydaşlarımıza. […]
Soylu Atalı. Ruhaniyyat Insanlığın gerçəkləşməsidir
İyun 8th, 2021
admin (Bibliya üstə düşüncələr – Fəlsəfi-ruhani araşdırma) Bu yazı İnsanlıq axtarışlarının doğru, əyri yönlərini araşdırmaq üçün bir çabadır. Biz hər bir kitaba, olaya yanaşmada Asif Atanın yaratdığı Mütləqilik ölçüsü ilə baxmağa çalışırıq. Xalqların öz içində Tanrısal sistemə yanaşmalarından doğan dünyagörüş məsələləri İnsanlığın keçdiyi keşməkeşli yolları tanımaqda yardımçı ola bilib, ancaq bütövlükdə İnsanlığı anlamağa yardımçı ola bilməyib. Çünkü […]
Yadigar Türkelin ölümü ilə bağlı başsağlığı
İyun 6th, 2021
admin Asif Atanın Mütləqə İnam Ocağı ünlü aydın, millətsevər, vətənsevər alim Yadigar Türkelin ölümü ilə bağlı bütün yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir. Yurdu, Ulusu var olsun! Ulusumuzda yaşasın! Ölümlə Görüş – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qorxum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq.Gözüm, üzüm, saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən […]
Asif Atanın ölümündən 24 il keçdi
İyun 5th, 2021
admin Ürəyinizdə Günəş olsun, sayğılı soydaşlarımız. Bu gün Mütləqə İnam Dünyagörüşünün yaradıcısı, Mütləqə İnam Ocağının Atası, Böyük Azərbaycan filosofu Asif Atanın ölümündən 24 il keçdi. Hər il olduğu kimi Ocaq Evladları “Asif Ata Sonevini Ziyarət Günü” mərasimi keçirdilər. Yaxın günlərdə mərasimin bütöv mətni saytımızda yerləşdiriləcəkdir.
YADİGAR TÜRKEL. TÜRK AYDINLARI SƏNİ UNUTMUR, UNUTMAYACAQ
May 31st, 2021
admin (CAVAD HEYƏTİ ANARAG) * Sayğılı oxucu, bu yazı çoxdan yazılmışdı. Yurdsever eloğlu Rüfet Muradlı ile danışmışdım. Cavad beyin gebrine gedecek, gül goyacag, anacagdıg. Olmadı. 5-6 gündür, ölüm-dirimdeyem. Size sağlıg dileyirem. Azərbaycan Türklərinin XX yüzildə yetirdiyi ən böyük bilim, kültür adamlarından biri də Cavad Heyətdir. O, 1925-ci il mayın 24-də Azərbaycanın Türklərinin əski başkəndi, böyük […]
Soylu Atalı. İnsanlığın Yaşam Sevdası
May 31st, 2021
admin (Viktor Hüqonun “Səfillər” əsəri üstə düşündüklərim) “İnsan ən pis mühitdə belə, yaxşı olaraq qala bilər” (Asif Ata). 1. Gəlişmə – antigəlişmə Gəlişmə (tərəqqi) harda baş verir – elmdə, texnikada, məişətdə, dövlət quruluşunun, yönətiminin yenilənməsində, sınırların qorunması üçün yaraqların modernləşməsində, təbiəti mənimsəmənin çalarlarında. Bunların heç biri toplumdan qıraqda deyil, ancaq insandan qıraqda baş verir. Bu cür gəlişmələrlə […]




Posted in
Tags:
