Bu günün qarşısında 4 təhlükə var: İslamçılıq, İqtidarçılıq, Pulçuluq, Xaricilik. Bu günün qarşısında 4 əməl var: İnamçılıq, Xalqçılıq, İnsançılıq, Yurdçuluq. İslam dəyərləri əslində bəndəçilikdir, qismətçilikdir, o dünyaçılıqdır, cənnətçilik-cəhənnəmçilikdir, Yaradan ağalığıdır, itaətçilikdir, cəfəngiyyatçılıqdır. İnsan İslamda (və dinlərin çoxunda) – bəndədir, quldur; islam insanı bəndə kimi dəyərləndirir, əslində dəyərsizləşdirir. İslamda insan aqibəti bütünlüklə Allahdan asılıdır; onun idrakı […]
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. Ailə janrı qonusu
Sentyabr 7th, 2021
admin – “Siz hər zaman vurğu edirsiniz, ailənin özünə bənzəməsi üçün hər zaman mənəvi-ruhani eyitim (maarifçilik) işi olmalıdır. Başqa bir araç, üsul, yol olmamalıdırmı?”. Belə bir suala qısa cavab: – Bu toxunduğum məsələ o qədər ciddi bir məsələdir, bunu insanlığın şah əsərlərindən saymaq olar. Niyə? Mən dəfələrlə vurğu eləmişəm, ailə janrı insanlığın ölçüyə çevrilməsi üçün çox […]
Göytəkin Atalı. Sarsıntılarla öyrəndiyim Söz
Sentyabr 1st, 2021
admin (Soylu Atalının ” Söz İşığı” kitabı üzərində düşüncələrim) Bu günlərdə Soylu Atalının “Söz İşığı” kitabını oxudum. Özəllikcə kitabın birinci bölümündə yer alan din ilə, onların qutsal sayılan kitabları ilə bağlı araşdırma yazılarını qəribə bir həyəcanla oxudum. Bu yazılarda, illərdir cavablarını axtaran, qarışıq suallarım aydınlaşır, doğru yöndən açıqlamaları mənə idraki bir fərəh verir. Kitabı oxuduqca sevincim, […]
Başsağlığı
Avqust 31st, 2021
admin Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı İstedadlı şair, milli ruhlu aydın Əhməd Oğuzun vaxtsız ölümü ilə bağlı dərin hüznlə başsağlığı verir. Ulusunda yaşasın, Vətəni Var olsun! Asif Ata “Matəm üstə Mütləqlə Təmas” Ölən – Əzəlidə qalır. Əbədidə qalır. Sonsuzda qalır. Kamildə qalır. Üzlərdə qalır. Gözlərdə qalır. Dodaqlarda qalır. Xalqda qalır. Ölən – Gerçəklikdən gedir – […]
Soylu Atalı. Reallıq – Antireallıq
Avqust 28th, 2021
admin Azərbaycan hakimiyyəti Rusiya Zoru qarşısında yenilgənliyini pərdələmək, eləcə də, sülhyanlısı görünmək üçün çağaşarı absurd ideyalar səsləndirir. Onlardan biri də bu günlərdə dilə gətirdiyi “Qafqaz Evi” ideyasıdır. Biz bu ideyanı niyə absurd sayırıq?! – Azərbaycanla Ermənistanın münasibətləri göz qabağındadır. Axı Azərbaycan torpağına qarşı erməni işğalı başa çatmayıb. “Qarabağ Azərbaycandır” şüarını səsləndirməklə məsələ yoluna girməz. Bunu hər […]
ASİF ATA. CƏMİYYƏTİ QORUYAN
Avqust 27th, 2021
admin Cəmiyyət Qanunları İnsanı qoruyan görünür, – əslində o, cəmiyyəti qoruyur – cəmiyyət – cəmiyyət qanunları vasitəsiylə özünü qoruyur. Cəmiyyət Qanunları Ağalığı qoruyur əslində. Cəmiyyəti Xalq üçün yaranan bilirlər, görürlər, – əslində isə cəmiyyət əsas etibarilə Ağalıqdan yaranıb, Ağalıq üçün yaranıb. Ağalıq meylindən, ehtirasından yaranıb.
Soylu Atalı. Dünyanın Yağıları
Avqust 25th, 2021
admin Dünya hər yöndən çalxalandırılır. Xalqlararası, dövlətlərarası münasibətlər imperializm qanunları ilə oluşdurulur. İmperializm qanunları işğal qanunlarıdır, irtica yanaşmalarıdır, dağıdıcılıq gedişləridir. Bu qanunlarla dünya – güclülərə, gücsüzlərə bölünür. Güclülər işğal edir – qurtarıram deyir, talayır – yedirirəm deyir, öldürür – sağlamlaşdırıram deyir. Bir sözlə, hər işinə humanizm donu geyindirir. Hamı bunu görür, ancaq heç kim əməllərə deyil, […]
Asif Ata Ocağının xalqlaşma səfərləri
Avqust 18th, 2021
admin Bu günlərdə Asif Ata Ocağının Yükümlüsü Soylu Atalı Amaldaşı Bilən Atalının ayarlaması ilə Yardımlı rayonuna səfər etmişdir. Səfərdə ayrı-ayrı soydaşlarımızla görüşmüş, Asif Ata ideyalarından, Ocağın ruhsal mübarizəsindən, iş-əməl yaşamından soraq vermişdir. Eləcə də, soydaşlarımızın suallarına cavablar vermiş, onlara Ocaq ədəbiyyatları bağışlamışdır. Başlıca qonu: Dünənimiz, yəni ulusal-insani dəyərlərimiz Ocaq görümündə, onlara yiyə durmağın gərəkliyi; Bugünümüz, yəni […]
Asif Ata. İnsanilik Əvəzsizliyi
Avqust 13th, 2021
admin Cəmiyyət – İnsan yaratmır, yarada bilmir, yaratmaq istəmir. İnsaniliyi Qanunlarla əvəz eləmək istəyir.Cəza – Ləyaqət əvəzi olur; qəbahət ölmür, yaşayır və cinayət yaradır; adamlıq, nisbilik dəyişməz qalır, cəza adamları cinayətdən çəkindirir, ancaq cinayəti öldürmür, cinayət yaşayır və təzə cinayətkarlıq peyda olur. Adam İnsan olmur – bu səbəbdən də Həyat dəyişmir. Adam İnsan olmayınca cinayət ölmür, […]
Soylu Atalı. Quruculuq Yönü
Avqust 4th, 2021
admin Ürəyinizdə Ata Günəşi olsun, sevimli Amaldaşlarım. Düşündüyüm önəmli bir məsələni sizinlə paylaşmaq istəyirəm. Bizim qəhrəmanlıq dastanlarımız var. Deyək, Koroğlu, Dədə Qorqud boyları filan. Dastanlarımızda qəhrəmanların sözü, buyruğu çək-çevir (mühakimə) olunmur. Mən bunu təkcə elə keçmişdəki qəhrəmanların buyruğu, davranışı ilə bağlamaq da istəmirəm. Bu bir örnək məsələdir. Elə çağımıza da özgün edirəm. Üç məsələ var, daha […]




Posted in
Tags:
