Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. Siyasət yalanı

Soylu Atalı. Sözü qoruyanları qorumaq gərək

(Rafiq Tağının ölümünün 10 illiyi ilə bağlı bir neçə söz) Tarixin heç bir dönəmində yalançını öldürməklə Doğrunu doğrultmayıblar. Ancaq doğruçunu öldürməklə yalanı yaşatmağa çalışıblar. Doğruçuların yaşaması, doğruların var olması Doğruçuların özündən başqa heç kimə gərək olmayıb sanki. Ancaq hər kəs hər kəsdən doğruçuluq umur. Üzdə hamı doğruya ehtiyacın olduğunu desə də, Doğruçunu hər kəs sevə […]

“Mütləqə İnam” Bitiyi çap olundu

“Mütləqə İnam” Bitiyi çap olundu Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu günlərdə Asif Atanın – İnam Atanın Qutsal Onluğundan Birinci Bitiyi çap olundu. Bitiq ”Mütləqə İnam” adlanır, beş əsərdən oluşubdur. Hələ Sovetlər dönəmində bu əsərlərin, ayrı-ayrılıqda, üzünü artırıb yayırdılar. O çağlar bu əsərlərin toplusu olan “Mütləqə İnam” Bitiyinin çapı yasaq idi. İndi Bitiq çap olunub […]

Mütləqə İnam Ocağının İlk İnam Evinin (İnam Məbədinin) açılış törəni

Mütləqə İnam Ocağının İlk İnam Evinin (İnam Məbədinin) açılış törəni Milad Günsırası (təqvimi ilə) 1979-cu ildə genelbəşər varlığında Azərbaycandan başlayan yeni bir era açıldı – Mütləqə İnam, ya da İnsanilik erası. Kitablı,İdeyalı, Bayraqlı, Peyğəmbərli bir era. Dünyabaxışın – yaşamaq, dəyişiklik yaratmaq, gələcəyə addım götürmək üçün Ruhani Quruma gərəyi vardı. Bu qurum yarandı, yaradıcısının adı ilə […]

Ulusəs Atalı. Dönə-dönə Atatürk…

Atatürk qəhrəmanlığı – türkün ölümü yenmə qətiyyətiydi. Atatürkün başçılıq etdiyi Çanaqqala döyüşü elə andır ki, məhz buradan türkün yenidən doğulub “var olmaq” tərcümeyi-halı başlanır. O savaşlarda göstərdiyi qəhrəmanlıq millətin özümlüyünü, yenilməzliyini bir daha təsdiqlədi. Məhz bu döyüşdə Atatürkün məşhur “Mən sizə ölmək əmri verirəm!” hökmü 200 min türkü şəhidlik zirvəsinə yüksəltməklə, ulusu ölümsüz etdi. Onlar […]

Nurtəkin Atalı. Düşüncələrimin Yönü

  Düşüncələrimin yönü   İnsandan başlayır hər şey. İnsan nədirsə, dünya odur. Hər bir insanın yaşam ölçüsü var. Kimi toplumun, kimi dinin, kimi siyasətin, ideologiyanın ölçüsünü qəbul edib ona uyğun yaşayır. Əqidəsizliyi əqidə sayıb yaşayanlar da var. Məqsədsizliyi məqsəd sayıb yaşayanlar da var.           Ancaq həqiqət birdir.

Soylu Atalı. Hakimiyyətçilik Kriminalogiyası

Hakimiyyətçilik Kriminalogiyası (Stefan Sveyqin «Jozef Fuşe» əsəri üstə)  Stefan Sveyqin «Jozef Fuşe» romanını oxuyanda adamda bir-birini danan suallar ortaya çıxır. Görəsən Sveyq belə bir əqidəsiz, xaraktersiz adamın əməllərini yazmağa vaxt ayırmaqda, onu tarixləşdirməkdə nə dərəcədə haqlıdır?! Başqa bir sual isə odur ki, görəsən bizim çağımızla Fuşe çağı arasında çoxmu ara var, zaman hansı fərqlə dəyişib […]

Soylu Atalı. Ağşın Ağkəmərlinin “Təbrizdən Təbrizə” kitabı haqqında bir neçə söz

Ağşın Ağkəmərlinin “Təbrizdən Təbrizə” kitabı haqqında bir neçə söz  I. Hekayələr avtobioqrafiyadır – çətinlik əzabı ilə əlaqə yaradan yaşam gələnəyidir. II. Xalqın fəlakətləri insan varlığında, insan aqibətində faciəvi iz buraxır. Ancaq xalqın fəlakəti elə insanın özünə yadlaşması faciəsindən doğulur. III. Vətənə inam olmayanda insan sədaqəti itirir. Bu itki dostluğu belə yağılığa çevirir.

Günümüzdə Tarixin halüstinasiyaları (Ya da özgəliyin şöhrətsevər yavruları)

Günümüzdə Tarixin halüstinasiyaları (Ya da Özgəliyin şöhrətsevər yavruları) Biz ayrı-ayrı çağlarda vurğu eləmişik ki, toplumun boynuna dırmaşıb hündür görünmək istəyən adamlar həmişə milli dirçəlişə zərər verirlər. Belə adamlar heç vaxt toplumsal dəyişikliklər yaratmırlar, baş verən toplumsal dəyişiklik ortamında çalışmaların hərəkətverici qüvvəsinin öncüllərindən biri kimi görünməyə çalışırlar. Sadə toplumun daxili ehtiyaclarından doğan məsələləri yazılarda, çıxışlarda vurğulamaqla, […]

Güney Azərbaycanda gedən proseslərin mahiyyəti. Dünyanın ona münasibəti

(Fəlakətlərimizdən dərs götürək. Azərbaycanın tarixi fəlakətləri əsasən onun yaratdığı milli-bəşəri dəyərlərin məhv edilməsi hesabına formalaşıb. Bu fəlakətlər isə bu vaxta qədər ən çox təhrif olunmuş biçimdə qiymətləndirilib… Əslən Təbrizdən olan tədqiqatçı aydın Ağşın Ağkəmərli, Xalq hərəkatının öncüllərindən olmuş Abil Ulusoy, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı “Fəlakətlərimizdən dərs götürək” rubrikası altında milli-mənəvi açımdan baxışlarını sunurlar.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv