Archive for the ‘Türk Dünyası’ Category

Faiq Balabəyli. Şuşa

Mənim qoca şəhərim, mənim uca şəhərim neçə ilin həsrətini çəkən, yorğun şəhərim özümüzdən çox uzaq, könlümüzə çox yaxın gözümüzlə görünməyən tənha, oğrun şəhərim axır ki qayıda bildik, gözlərin aydın… Qırmızı qoftalı, yaşıl tumanlı ətrafı çiskinli, çənli dumanlı Abırlı, həyalı, nurlu, imanlı yaşıl meşələrdən qurşaq bağlayan dumanı başına çalma tək çəkən, yaşmaq bağlayan şəhərim qayası, qalası, […]

Asif Ata Ölümlə Görüş

– Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor­xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm,  saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!

Xaliq Bahadır. Azərbaycan gerçəyi

Ortada birisinin Gültəkin Hacıbəylini məhkəməyə vermək istəyi ilə bağlı yekə bir dartışma var. Mən o dartışmaya qarışmaq istəmirdim. Ancaq qarışası oldum. Şəmşad Ağanın statusunu oxuyandan sonra. Daha doğrusu, statusla bağlı bir sıra postları, ən başlıcası da Rafiq Cəlilov adında feysbukdan tanıdığım adamın postunu oxuyandan sonra. Bir çoxları özlərini elə aparırlar, elə yazırlar- nəsə olmamış kimi. […]

İnamlı Atalı İnsanlaşmağın Gərəkliyi

Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]

Soylu Atalı Tarixi faktları dəyərləndirmək gərəkdir

Bu gün Azərbaycan, çevrəsində gedən, eləcə də içində qaynayan olaylarla bağlı olduqca kövrək dönəmini yaşayır. Güney Qafqaz çıxarların toqquşduğu aktiv bölgələrdən biri olduğu üçün siyasi durum daha geniş dramatik xarakter alıb. Azərbaycan dövləti özünün siyasi varlığını bəlirləməyə çalışdıqca, onun çevrəsində siyasi dramatizm daha da dərinləşməyə meyil edir. Sovetlər dağılandan sonra bu cür gedişlərin ortaya çıxması […]

Asif Ata Tariximizin Cənubi Azərbaycan dərsi

1. Azərbaycan birdir. Əgər o, ikidirsə, deməli, o, yoxdur əslində. 2. Böyük, sivilizasiyalı dövlətlərin maraqları dairəsində Milli müstəqillik boğulur, dağılır – böyümür, yüksəlmir. Nəhəngləri maraqlandırmaq siyasəti yürüşündə bu tarixi dərs unudulur. 3. Özgəyə bel bağlayıb özümləşmək meyli faciəvi yanlışlıqdır. (Demokratların SSRİ-yə bel bağladıqları kimi). Özümləşmək üçün özünə bel bağlamalısan!

Xaliq Bahadır. Ermənilərin Qafqaza – Azərbaycana yerləşdirilməsinin analitik xronologiyası

Ordumuz çox çətin, ancaq uğurlu savaş sonuсunda Şuşanı alandan sonra ermənilərin Xankəndində duruş gətirməyəcəyi bəlli idi. Gerçəyə qalsa, ermənilər hələ Şuşa alınandan qabaq Azərbaycan Ordusunun uğurlu, dönməz savaşından qorxuya düşərək Xankəndindən qaçıb “Ermənistan”a daşınmağa başlamışdılar. Şuşa alınandan sonra üç günə, uzağı bir həftəyə Xankəndində erməni qalmayacaq, bununla da Ölkəmizdə dönəm-dönəm irili–xırdalı qırğınlara gətirib çıxaran erməni […]

Asif Ata İdrak

İnsan dünyanı əvvəl Ağılla dərk etdi. Ağıl dünyanı insana tanıtdı, canlıların, cansızların, Yerin, Göyün, tarixin, bugünün xüsusiyyətlərini insana anlatdı. Ağıl insana dedi ki, bunlar hamısı səndən kənardadırlar, sən onları öyrənməli və mənimsə­məlisən. Ağıl insana dedi ki, sən dünyaya uyğunlaşmalısan; dünya səndən böyükdür, genişdir, qüdrətlidir, sənin taleyin dünya­nın əlindədir. Sən özünün tələblərinlə dünyanın xassələri arasında uyğunluq […]

Xaliq Bahadır Azərbaycandakı panfarsizm

Deyilənə görə, bir polis “Allahı təhqir eləyib”. Buna qarşılıq olaraq Taleh Bağırzadə aclıq aksiyası keçirir. Bir partiya rayon şöbələri də qatılmaqla, Taleh Bağırzadə ilə bağlı arxadurma kampaniyası başladıb. Kimliyindən asılı olmayaraq, hüququ tapdananın hüququnu qorumaq partiya görəvlərindən biri olaraq tanınır.Buna kimsə nəsə deyə bilməz, ancaq indilikdə biz hüququ qoruma faktından qat-qat artıq politikanlıq görürük.

Asif Ata Mənəviyyat

İnsan anladı ki, özüylə, daxilindəki şər ehtiraslarla döyüş­mək lazımdır. Bu döyüş İmtina zəruriliyini yaratdı. İnsan Şərin vəd etdiyi səadətlərdən əl çəkdi, onları heç saydı. Onda hərcayi hisslərlə vidalaşmaq əzmi yarandı və o, daxili aləmini eybəcər­liklərdən təmizlədi. İmtina insana dedi ki, sənin daxilində hər şey sayılan, lakin heç nə olan duyğular da yaşayır.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv