(bilim-texnologiya) Ərdoğan demişdi: “İmam hatip oxulları bu ölkənin, bu millətin göz bəbəyi olacaqdır”. Dedi, etdi: 21 illik hakimiyəti boyunca sivil oxulları qapadaraq Türkiyədə 20 mindən artıq (iyirmi mindən artıq!) Imam hatip oxulları- mollaxanalar açdı. M.K.Atatürk deyir: “Millətimizin politik, sosial yaşamında, onun qavrayış eyitimində yolgöstərənimiz bilim (elm), texnika olacaqdır”. “Türk millətinin yürüməkdə olduğu irəliləyiş, sivilizasiya yolunda, […]
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. Yazılan qanunlar, yazılmayan qanunlar
Aprel 9th, 2023
admin Ürəyinizdə Ata Günəşi olsun! Bəzən bir adam humanist bir işi görəndə “yazılmayan qanunlar da var” deyər. Buna istəyirəm aydınlıq gətirəm. Hardan qaynaqlanır bu söz, nə deməkdir?! – Qanunları kimlərin yazdığına baxsaq, “Yazılmayan Qanunlar”ın nə demək olduğunu daha yaxşı aydınlaşdıra bilərik. Toplumun birgəyaşayışında başlıca olaraq, siyasi, ruhani qanunlar rol oynayır. Siyasi qanunları dövlət yönətimi formalaşdırır, ruhani […]
Xaliq Bahadır Bir daha Şahbaz Xuduoğlunun “tərcümə” kitabları ilə bağlı
Aprel 5th, 2023
admin Evimizin yaxınlığındakı kitab mağazasına getmişdim. Kitablara baxırdım. Qarşıma belə kitab çıxdı: “Şüuraltının gücü”. Çoxdankı alışqanlığımla düşündüm: “Türkcəmizdə belə olmalıdır: “Bilincaltının gücü”. Bu, məndə açun dillərinin ən gözəli, ən dolğunu, ən yetkini olan gözəlim Türk dilinə sonsuz sevgidən qaynaqlanan alışqanlıqdır: tək kitab mağazalarında deyil, şəhəri gəzəndə də gördüyüm yad sözləri dilimizə çevirir, sonra da dilimizin özümlü […]
Soylu Atalı. Ocağın ölümsüzləşən “Bağban”ı
Aprel 5th, 2023
admin Asif Ata deyirdi: “Ocaq heç bir planda, proqramda olmayan bir olaydır”. Başlanğıcda Asif Atanın istəyi ruhaniyyat yaratmaq deyil, milli dövlət yaratmaq idi. Ancaq milli dövləti yaratmağa insan gərəkirdi – satmayan, satılmayan, millətə, dövlətə, insanlığa xəyanət etməyən. Asif Atanın bu işi gerçəkləşdirmək istədiyi çağlar milli düşüncənin, demək olar, susdurulduğu bir dövr idi. Sovet imperiya maşını milli […]
Xaliq Bahadır Bəxtiyar Hacıyev: baş tutan tələ
Aprel 1st, 2023
admin Bəxtiyar Hacıyevlə bağlı bir sıra bilgilərim olduğundan tutuqlu olduğu dönəmdə onun yararına geniş yazı yazmadım. Ancaq bütünlüklə susqunluq da sərgiləmədim. Insan hüquqları baxımından yanaşmaqla kiçik statuslar yazdım: Bəxtiyara özgürlük! “Tutuqlu olduğu dönəmdə”,- o indi də tutuqludur. Onunla bağlı içdə də, dışda da çoxlu çağırışlar yayılmaqdadır: tutsaqlıqdan çıxarma çağırışları. Sözsüz, bunlar hamısı gərəkdir, gərəkli çağırışlardır. […]
Soylu Atalı Ölümün qarasına
Mart 30th, 2023
admin Xalqımızın ulusal gələnəklərindən, daha doğrusu, bayram gələnəklərindən ən ucası Yaz Bayramıdır – Xızır ruhunun Doğa ilə bütövləşdiyi bir bayram. Bu bayram – bizi ölənlərimizin ruhu ilə doğmalaşdıran, onların varlığını sevincimizə, sevgimizə qaytaran qutsal bir gələnəkdir. Doğrudur, son çağlar bu bayramın özünün ruhu da öləziyib. Dadlı biş-düşlərdən çox da dərinə getməyən bir durumda gerçəkləşir. Ancaq bizim […]
Xaliq Bahadır Başına gələn başmaqçı olmaya da bilir- bizim kimi
Mart 30th, 2023
admin BMT yanında beynəlxalq məhkəmə Laçın koridorunu Azərbaycanın yubanmadan açmalı, ermənilərin özgürcə gediş-gəlişini qarantiyalamalı olduğu ilə bağlı qərar çıxardı. Bu qərara uyğun olaraq fevralın 20-dən Azərbaycanla qondarma “Ermənistan” arasında sınırlarda, belə desək, Avropa jandarmeriyası dayanır. Dayanır, “yazıq erməniləri Azərbaycanın saldırıılarından qorumaq üçün”. Elə o məhkəmə Azərbaycanın ermənilərə qarşı olan suçlamasını yersiz sayıb. Bu iki faktı Erməni […]
Asif Ata. Novruzluğumuz
Mart 23rd, 2023
admin (Fəlsəfi-bədii məqam) I Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz. Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək!
Soylu Atalı “Od İşığı” ideyası
Mart 14th, 2023
admin Bəşər xalqlarının ən qədim inancları sırasında, bəlkə də, Tanrıçılıq dünyabaxışı birinci yerdə gəlir. Bu dünyabaxışa görə hər şey Doğada baş verir, hər şeyi Doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə Materializmlə heç də eynilik yaratmır. Tanrıçılıqda, Doğada ilahi uyum olduğu vurğulanır, başqa cür desək, Doğa özü ilahi […]
“Babəki verən xalqın özünü balaca sayması günahdır”
Mart 14th, 2023
admin (14 mart Böyük Babəkin edam olunduğu gündür) Yasin Türksoy: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz Babək Xürrəmdinin edam olunmasının ildönümü qarşısındayıq. Azərbaycanın milli dəyərlərinə qarşı münasibət bir mənalı olmadığı kimi, Babəkə qarşı da münasibət bir mənalı deyil. Kimlərsə Babəki İslam Dünyabaxışının daşıyıcısı, müsəlman hesab edir, kimlərsə Sovet ideologiyasının ortaya çıxardığı ateist hesab edir, bir […]




Posted in
Tags:
