Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. Sevgili Türkiyə, ölümünə oy vermə

  Bəşəriyyətin yaşamı siyasət üstə köklənib. Siyasətlə yaşayır, siyasətlə davranır, baxışını siyasətlə qurur. Siyasət ruhaniyyatın, mənəviyyatın yoxluğundan, ya da azlığından yaranıb. Bəs siyasətin olmadığı dönəm, çağ olacaqmı? – Söz yox, bunu demək çox çətindir. Çünkü toplumsal yaşamın nizamı siyasətlə oluşur. Başqa sözlə, birgəyaşayışın nizamını siyasətlə oluşdururlar. Biz bunu qaçılmaz saymırıq. Çünkü dövləti siyasi deyil, ruhani […]

Asif Ata. İnsanda Mütləq

İnsanın Mütləq mahiyyəti Ruhda aşkar oldu. Ruh insanı özündən yüksəyə qaldırdı, həm də dünyanın, həyatın dünyadan, həyatdan daha böyük mənasını ona anlatdı. Ruh vasitəsiylə İnsan həyatı, dünyanı, özünü yenidən yarat­dı və yaratdıqlarının heç birinə sığmadı, ülviyyətə, sonsuzluğa qovuşdu. Ruh vasitəsiylə İnsan dünyanı insaniləşdirdi, insanı dünya­laşdırdı, duyğularına, ehtiraslarına yeni məna verdi, insanı heyvanilikdən ayırdı, onun insani […]

Soylu Atalı. Türkçülük Bəşəri Tələbdir

Bu gün insanlar arasında hər bir fikrə subyektiv baxış kimi yanaşma halları çoxalıb. Hətta varlığa yeni yanaşmaların danılmaz qatlarını ortaya qoysan da, bu, düşüncələrdə subyektiv xarakter daşıyır. Varlığa köhnə yanaşmaları isə bilim adamlarının, eyitim görmüş adamların içərisində elələri var ki, obyektiv yanaşma saymasalar da, subyektiv yanaşma da saymırlar. Çünkü gerilik səviyyəsində düşünən toplumun basqısından çəkinmələr […]

ASİF ATA. Türkçülük ideologiyasının meydana çıxma səbəbləri barədə bir neçə söz

Azərbaycan milli ideologiyasının banisi, Şərqdə ilk demokratik respublikanın rəhbəri Məmməd Əmin Rəsulzadə türkçülük prinsipini müsavatın başlıca şərtlərindən biri hesab edirdi. Hələ o dövrdə böyük Türk Dünyası üçün pantürkizmin daşıyıcıları az olmamışdır. Türkçülük ideyası bütün zamanlarda məqbul bilinən milliliyi və milli birliyi bəşəri səviyyəyə qaldıran əsas amil kimi özünü göstərib. Bu ideologiyaya müxtəlif yöndən yanaşan, onun […]

Soylu Atalı. Türkiyə yağını yaxasından düşürməlidir

Türkiyənin cümhuriyyətçilik tarixində söyüş, təhqir siyasəti olmamışdır. Az-çox bu tarixi izləyənlər, araşdıranlar bunu bilirlər. Ərdoğan Türkiyə dövlətinin başına gələndən sonra hər cür söyüş, təhqir, hədə, ayrı-seçkilik birbaşa dövlət siyasətinə çevrilmişdir. (Bunları görməmək üçün qəflətin ən qatı yerində durmalısan). Hər kəsə, hər bir olaya öz çıxarlarından yanaşmaq, tənqidə qarşı kin bəsləmək, nifrət sərgiləmək adi hal olmuşdur. […]

ASİF ATA. Cəmiyyətdə Mütləq

İnsan cəmiyyəti ona görə yaratdı ki, tək qalmasın, başqala­rıyla birləşsin, qüdrətini, gücünü artırsın, hamılaşsın, xudpə­sənd­liyinin üzərində qələbə çalsın. Bu arzu onun qarşısıalınmaz cismani və mənəvi tələbindən dogmuşdu. İnsan özündə qala bilməzdi, özünü başqalarında tapma­lıy­dı. Bu, mənəviyyatın Mütləq hökmü idi. Ancaq cəmiyyətdə insan özünü təsdiq edə bilmədi. Çünki cəmiyyət bütöv şəkildə Mütləq səviyyəsinə qalxmadı; cəmiyyətdə Mütləqin […]

Soylu Atalı. Türklüyə bulaşmış fəlakət

Türkiyədə seçki sürəci davam edir. İzlədikcə adam düşüncələr burulğanına düşür. Hər kəs topluma vədlər verir. Bu vədləri tam olaraq yerinə yetirə biləcəklərmi?! Az kəsiminimi yerinə yetirəcəklər, çox kəsiminimi?! – Bunu Gələcək göstərəcəkdir. İstənilən halda, toplum bu vədlərə qulaq kəsilib. Söz yox, toplum bu çağa kimi olan durumu da dəyərləndirir. Ancaq bu dəyərləndirmə bütün toplum üçün […]

Göytəkin Atalı. Kədərin doğurduğu duyğular

(Stendalın “Parma Monastırı” əsəri üstə duyğulanmalar) Əsərin baş qəhrəmanı Fabrisio, uşaqlığından bu yöndə tərbiyə aldığı üçün, dinə fanatikcəsinə bağlılığı olan saf bir gəncdir. Yaşadığı qəsrdən qıraqdakı həyatın sərt üzündən xəbərsiz olsa belə, onun ruhu daim yeniliyə can atır. Bu duyğuların etkisilə 16 yaşlı gənc, Napaleona qoşularaq, müharibəyə yollanmağa qərar verir. Çıxdığı bu yolda dəfələrlə aldanır, […]

Soylu Atalı. Türkiyədə seçki sürəci

Ürəyinizdə Günəşi olsun! Türkiyədə seçkinin durumu ilə bağlı, bir neçə sözlə, düşüncələrimi bölüşmək istəyirəm. Bilirsiniz, Türkiyədə bu gün seçkiyə hazırlıq prosesləri gedir. Dövlət başçılığına 4 aday mübarizə aparır. Bunlardan biri hakimiyyətin başında duran Ərdoğan; ikincisi, bundan öncəki seçkilərdə adaylığını verən, hətta qalib gələn Məhərrəm İncə; üçüncüsü, özünü Atatürkçü yönü ilə tanıdan Sinan Oğan; bir də […]

Soylu Atalı. İbadət – kamilləşmə yetirməlidir

Ürəyinizdə Günəşi olsun! İnsan-Tanrı münasibəti məsələsi (Asif Atanın anlayışı ilə desək, İnsan-Mütləq münasibəti) bəşəriyyəti düşündürən başlıca bir qonu olmuşdur. Bu məsələni din ruhaniyyatı ilə aydınlaşdırmalı olsaq, insan üçün sanki ondan qıraqda, onun ifadə edə bilmədiyi, əlinin çatmadığı, özündə daşımadığı bir həqiqət var, bir ideal var. İnsan həmişə bu idealla üz-üzə qalıb ona ibadət edir, dua […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv