Mütləqə İnamın Mütləq olsun! Özünü Mütləqlə müqayisə et! Mütləqi Kamillik, Gözəllik və Xeyir meyarına çevir! Özünə tələbin Mütləq olsun! Gerçəkliyi Mütləqləşdirmə – Mütləqdən uzaqlaşarsan! Həyata sığınma, onun üzərində yüksəl! Mütləqin nişanələrini sev, onların ali mənasını qan, bu mənaya heyrət et!
Archive for the ‘Türk Dünyası’ Category
Xaliq Bahadır. Türkiyə seçkisi demokratiya, antidemokratiya güzgüsündə
İyul 6th, 2023
admin Türkiyədə keçirilən prezident seçkisi orada olduğu kimi Azərbaycanda da toplumu iki yerə böldü: dəyişiklik istəyənlər-istəməyənlər. Başqa sözlə desək, demokratiyaistəyənlər-istəməyənlər. Türkiyədəki seçkinin durğunluq durumundakıAzərbaycanda virtual olsa belə yüksək qatılım doğurması çox önəmlidir. Biriləri bunu lağ obyektinə çevirirlər. Yanlış yanaşmadır. Uzun illərdən bəri yalanlarla aldadılan, repressiyalarla qorxudulan Azərbaycan toplumunun qardaş Türkiyədəki prezident seçkisinə o sayaq aktiv qatqısı […]
Soylu Atalı. Türkiyənin yeni dönəmi ən pis köhnəlik olacaq
İyun 30th, 2023
admin Elə düşünürlər Türkiyə yeni gəlişmiş bir dönəmə girir. (Bizə görə Türkiyə köhnə dönəmini ən pis bir düzeydə sürünməyə davam edəcək). Niyə belə düşündüklərinə qısaca bir baxış sərgiləyək. Əslində bu düşüncə Ərdoğanın televiziya ekranlarındakı çıxışlarından, mənimsənilən, qullanılan onlarla televiziyaların, basın orqanlarının propaqandalarından qaynaqlanır. Ərdoğanın heç vaxt gerçəkləşməyən, onun xarakterinə görə gerçəkləşməsi olumsuz olan yuxugətirici nəzəriyyəsi ard-arda […]
Xaliq Bahadır. Türkiyə bir heliokopter vermədi
İyun 30th, 2023
admin Azadlıq radiosu (televiziya bölümü) önəmli bir iş gördü: seçkiyə iki gün qalmış Türkiyə müxalifətinə azacıq da olsa Azərbaycan toplumuna özünütanıtma olanağı yaratdı. Burası çox yaxşı, ancaq… (Bu olmayayadı!) Sovet dönəmində Az TV əməkdaşı olmuş, sonra ADU-BDU-da jurnalistika müəllimliyi etmiş Zeynal Məmmədli uzun illərdir Azadlıq radiosunun başında durur. Hansı nədənləsə elə Z.Məmmədli dönəmindən Azadlıq radiosu, […]
Asif Ata. İnsanda Mütləq
İyun 30th, 2023
admin İnsanın Mütləq mahiyyəti Ruhda aşkar oldu. Ruh insanı özündən yüksəyə qaldırdı, həm də dünyanın, həyatın dünyadan, həyatdan daha böyük mənasını ona anlatdı. Ruh vasitəsiylə İnsan həyatı, dünyanı, özünü yenidən yaratdı və yaratdıqlarının heç birinə sığmadı, ülviyyətə, sonsuzluğa qovuşdu. Ruh vasitəsiylə İnsan dünyanı insaniləşdirdi, insanı dünyalaşdırdı, duyğularına, ehtiraslarına yeni məna verdi, insanı heyvanilikdən ayırdı, onun insani […]
Xaliq Bahadır. Altılı masanın fəlsəfəsi
İyun 26th, 2023
admin (Müxalifətdə yer tutub ərdoğançılıq etmək) Bu günlərdə “Ərzurumda baş verənlər sizə tanış deyilmi?” başlıqlı status paylaşdım. Trollardan öncə bir “müxalifətçi” qaçaraq özünü yetirdi. Yetirdi, özü də Aleksandr Matrosovcasına. Uzun-uzun yanıtlarla Ərdoğanı savunmağa girişdi. Adam çoxillik ərdoğançı dirənişiylə bəlli bnirisi olduğundan onunla polemikaya girməyi yersiz sayıram. Ancaq ərdoğansayağı dinçi birisi olaraq onun adamları yanıltmağa yönəlik çıxış […]
Soylu Atalı. “Allah Anlamı”na yönəlik bir neçə söz
İyun 26th, 2023
admin …Baxmayaraq, göyel dinlərə qədər Zərdüştçülük olub, Buddizm olub, bunlar daha ciddi ideyalarla ortaya çıxıblar, bəşər həyatında bu gün üç semit dininin çox etkisi olduğuna görə bunların üzərində daha çox vurğu eləmək zorunda qalırıq. Bəllidir, axtarışlar ən çox dünya nədir, niyədir sorğuları üzərində gedib. Bu sorğulara bitgin cavab tapmayanda, “Allahın işinə qarışmaq olmaz” deyilib. Bunlar insan […]
Xaliq Bahadır. Bu susqunluq nə demək?
İyun 23rd, 2023
admin İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbər film çəkib. Bildirildiyinə görə, “Erməni krallığı” adlanan filmdə Qafqazın, ayrıca olaraq Qarabağın “qədim erməni ölkəsi” olduğundan danışılır. Bu, ermənilərin yalançı tarixlərindən ortaya çıxan “Böyük Ermənistan” ideyasına qulluq faktıdır. Kanada erməni diasporunun güclü-etkili olduğu ölkələrdəndir.
Xaliq Bahadır. Bir daha Türklük, Türkçülük, Türk birliyi-Turanla bağlı
İyun 2nd, 2023
admin Açunda adı-kimliyi bir belə dartışma doğuran ikinci bir ulus yoxdur. Kimlərsə ondan onu daha da yüksəltmək, olduğuna uyğun dəyərini vermək üçün yazırlar, kimlərsə onun parlaq varlığını danmaq üçün.Adını üstündən götürmək, gerçək kimliyini unutdurmaq üçün Yer üzündə indiyədək nələrə əl atmadılar, nələrə əl atmırlar! Dışdan bizi Türklüyümüzdən daşındırmağa çalışan, bundan ötrü çeşidli qurğular quran yaxın-uzaq imperialist […]




Posted in
Tags:
