Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. Nəşəli Dünya

Müqəddəsliyə tapınmaq nəşəsi, İdrak nəşəsi, analıq nəşəsi, cəngavərlik nəşəsi, təbiətə qovuşmaq nəşəsi, ehtizaz nəşəsi, özündənkeçmə nəşəsi, vətənsevərlik nəşəsi, qələbə nəşəsi, özüy­lə­döyüş nəşəsi, ruhani paklıq nəşəsi, gənclik nəşəsi, eybə­cərliyə nifrət nəşəsi, şərlə dava nəşəsi, xoş xəbər nəşəsi, gözəl­liyə heyranlıq nəşəsi, xalqsevərlik nəşəsi, ucalığa can atmaq nəşəsi, ucalıqda yaşamaq nəşəsi, ilk addım, ilk söz, ilk görüş, ilk […]

Xaliq Bahadır. Şeytan dəyirmançıları

Surət Hüseynov–“suç keçisi” Surət Hüseynov getdi, yoxluğa vardı, bitdi, qurtardı. Sosial şəbəkə söyüşlə doldu. Ən pisi isə bu söyüş xoruna bir sıra jurnalistlərin də qatılmağı oldu. Bunlar daha çox  hakimiyətlə müxalifət arasında var-gəldə bulunan özgüdükçü jurnalistlər idi. Guya bu xalqı, bu ölkəni, bu dövləti çox sevirmişlər, Surət isə “satqın”, “vətən xaini” imiş. Bildiyimiz kimi, belə […]

Asif Ata. Kədərli Dünya

Zülmət görürəm – kədərlənirəm, zillət görürəm – kədərlə­ni­rəm, yadlıq görürəm – kədərlənirəm, yalan görürəm – kədərlə­nirəm, naşılıq, hərcayilik, miskinlik görürəm – kədərlənirəm, ananı balasından, duyğunu ürəkdən, hikməti sözdən, insanı Mütləqdən ayrı salırsan, izzəti azaldıb, möhnəti artırırsan, məhəb­bət çayını bulandırırsan, ülvilik bulağını qurudursan, möhtə­şəm­liyi parçalayırsan, mətanəti sındırırsan, məlahəti soldu­­rursan, körpəliyin paklığına, gəncliyin hərarətinə, yet­kin­liyin rəvanlığına, qocalığın […]

Asif Ata Evladı Günev Atalı

Günev Atalı. Ümidləşən İnamım

  Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə! İnamla yaşamaq – hüdudsuz fərəhimdir! Yaşamın dəyişə biləcək imkanına ümidimdir. Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür. Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, […]

Asif Ata. Sevincli Dünya

Günəş görürəm – sevinirəm, səma görürəm – sevinirəm, müqəddəs analıq, möhtəşəm atalıq, zərif ürək görürəm – sevinirəm, Mütləqə can atmaq ehtiyacı görürəm – sevinirəm, məhəbbət görürəm, mərhəmət görürəm, həqiqət görürəm – sevinirəm, körpə dil açır – sevinirəm, ulduz göydən boylanır – sevi­nirəm, səhər açılır – sevinirəm, ürəklərdə arzu doğur – sevinirəm, yollar yollara calanır – […]

Paşa Talıblı. “Qərib köynəyində bircə mən idim…”

Bir gül olmalı… …havadı, nə bilmək olur? Bükülsə bürkü olmalı… Ən acı nə varsa – adı qürbət ya sürgün olmalı. …açıl, açıl, baxaq nədir; tellərində duvaq nədir? …yaşıl-yaşıl, ağ-ağ nədir, deyəsən bir gül olmalı. …eşik qar içəri darmı? …Yaradan hamıya yarmı? Olacağa çara varmı? Olmalı, bir gün olmalı!

Xaliq Bahadır. Şeytan dəyirmançıları

Surət Hüseynov–“suç keçisi” Surət Hüseynov getdi, yoxluğa vardı, bitdi, qurtardı. Sosial şəbəkə söyüşlə doldu. Ən pisi isə bu söyüş xoruna bir sıra jurnalistlərin də qatılmağı oldu. Bunlar daha çox  hakimiyətlə müxalifət arasında var-gəldə bulunan özgüdükçü jurnalistlər idi. Guya bu xalqı, bu ölkəni, bu dövləti çox sevirmişlər, Surət isə “satqın”, “vətən xaini” imiş. Bildiyimiz kimi, belə […]

Güney Azərbaycanla bağlı müsahibə

ASİF ATANIN GÜNEY AZƏRBAYCAN HAQQINDA DÜŞÜNCƏLƏRİ – “QUZEYDƏN GÜNEYƏ” Verilişi (15.08.2023) Soylu Atalı, Nurtəkin Atalı, aparıcı Səfurə Çərkəzqızı

Asif Ata. xeyirli DünyA

Ümidlisən, məhəbbətlisən, səmalısan, baharlısan, müjdə­li­sən, bərəkətlisən, səxavətlisən, cavanlısan, gözəllisən, bulaqlı­san, səslisən, rənglisən, musiqilisən, sözlüsən, mərhəmətlisən, məlahətlisən, paklısan, nurlusan, qəhrəmanlı – fədakarlısan, torpaqlısan, çaylısan, mehirlisən, vüqarlısan! Körpəlikdə – ana səsi, ilk günəş şüası, gecə ənginliyi, meşə­lərin ilk qüssəsi, əllərin əllərə mehri, sədalarla dolmuş təbiət, ilk gül, ilk mehr, doğmaların istisi, kəndinə, şəhərinə, evinə heyrət, ilk qar, […]

Soylu Atalı. Türk Dünyasının çevrəsində gedən oyunlara qısa bir baxış

Ürəyinizdə Ata Günəşi olsun, sevimli amaldaşlarım. Bu gün 19 Yağış Ayı, 44-cü il (noyabr, 2022) Günsıramızda sizinlə bəzi rahatsızlıqlarımı paylaşmaq istəyirəm. Hər halda, biz Ocaq olaraq, baxışlarımızı bildirməliyik, deməliyik. Bu bir tarixdir, bu bir faktdır. Güney Azərbaycanla bağlı olduqca rahatsızam. Bizi yenidən oyuna çəkirlər. Məncə Güney Azərbaycan İsrailin, Amerikanın, Böyük Britaniyanın, Ərdoğanın oyunlarına gedir. Mənə […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv