Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. Zəkanın demədikləri

(Fridrix Nitşenin “Antixrist” kitabına yönəlik düşüncələr) Bu günlərdə Fridrix Nitşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir sözlə, […]

Paşa Talıblı. Arif Acaloğluna

Qaranlıq üçün güzgü… …qaranlıqlar heç nə demir, deyəcəyi heç nə yoxdu? …ümiddisə, niyə susur, sükutdusa, niyə çoxdu? …nə dili var, nə ağızı! Uydurmasımı ağılın?.. Nə qədər getsən də gəlmir bu qaranlığın axırı.

Asif Ata. Əzablı Dünya

Naşılığın verdiyi əzab, xəbisliyin verdiyi əzab, həqiqətsiz­liyin, ədalətsizliyin verdiyi əzab, şəhvaniliyin, heyvaniliyin verdiyi əzab, biganəliyin, riyakarlığın, yüzsifətliliyin verdiyi əzab, xeyir libası geyinmiş eybəcərliyin, müqəddəslik libası geyinmiş qəbahətin, qədimsizliyin, qədirsizliyin verdiyi əzab, özündənayrılmanın, özünə yad olmanın, özünün əksinə çevril­mənin verdiyi əzab, miskinliyin, zəlilliyin, köləliyin verdiyi əzab, qadınlaşan kişiliyin, kişiləşən qadınlığın verdiyi əzab, əşya­laşan canlıların, canlılaşan əşyaların […]

Paşa Talıblı. Şeirlər

Bir sevda ver mənə, Tanrım… Bir sevda ver mənə, Tanrım, mənə bir, mənə bir sevda! …aya bir, ilə bir vermə; günə bir, günə bir sevda! …bir sevda ki, dərd elə ver! …bir dərdini dörd elə ver! …ələklə ver, irdələ ver dənə bir, dənə bir sevda!

Soylu Atalı. Dairələr

Asif Atanın “Dairələr” başlığı altında deyimi var: “Bəşər dairəyə düşüb, çıxa bilmir – Kapitalizm- Sosializm dairəsinə; Din-Ateizm dairəsinə; Totalitarizm- Demokratiya dairəsinə”. Məncə, bu dairələr bəşəriyyətin ruhaniyyatsızlıq sorunundan əmələ gəlir. Ya da nisbi ruhaniyyatçılıq sorunundan oluşur. Asif Atanın İnsanlıq ölçüsünə görə nisbi ruhaniyyatçılıq da elə ruhaniyyatsızlıq deməkdir. İnsanlığın ölçüsünə görə nisbilik anlayışı, yəni dəyişkən, yarımçıqlıq elə […]

Paşa Talıblı. Şeirlər

Bir könüldən min könülə… …məni haramdan vurdular, oramdasan, könül yaram! Könlümdəsən, könül sevən, yaramdasan, könül yaram! …ox dəydi sevər yerindən, yaralandı Bamsı Beyrək. Yar alandı, könül yaram, əynimdəki qanlı köynək…

Xaliq Bahadır. Onlar bizi satdılar

Düz 20 il öncə, 15 oktyabr prezident seçkisindən az sonra, yazılmış bir yazı.İyirmi il boyunca onu dönə-dönə paylaşmaq istəmiş, son anda düşünüb-daşınıb əl saxlamışam. “Bəlkə, birləşdilər, bəlkə, nəsə etdilər”,- düşüncəsidemokratik dəyərlərə özgü XALQIN BİLMƏK HÜQUQUNA uyğun  paylaşım istəyinə üstün gəlib.Qaş düzəltmək istəyən yerdə gözü vurub çıxarmaqdan qorxub-çəkinmişəm.Düşünürəm: daha ortadaulusal çıxarlara bağlı elə bir çəkindirici nəsə […]

Soylu Atalı. Qarabağ Düyünü açılmayıb

 Ürəyinizdə Ata Günəşi olsun! Bu gün Azərbaycanın siyasi taleyində nələr baş verir?! – Bu məsələ ilə bağlı sosial şəbəkələrdə, televiziyalarda, mətbuatda eyforiya səviyyəsində bilgilər verilir. Hər kəs qələbə əhvalındadır. Hər kəs Qarabağ sorununun başa çatmasından danışır, çəkişmələrin bitməsindən danışır: Daha hər şey arxada qaldı, heç nə olası deyil, hər şey başa çatdı. Söz yox, bir […]

Başsağlığı

Asif Atanın Mütləqə İnam Ocağı dəyərli aydın, türkoloq Arif Acaloğlunun qəfil ölümü ilə bağlı ailəsinə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir. Balalarında, Yurdunda, Ulusunda yaşasın!           “Matəm üstə Mütləqlə Təmas” Ölən – Əzəlidə qalır. Əbədidə qalır. Sonsuzda qalır. Kamildə qalır. Üzlərdə qalır. Gözlərdə qalır. Dodaqlarda qalır. Xalqda qalır. Ölən – Gerçəklikdən gedir – Mənada […]

Xaliq Bahadır. Atatürk

Qurtuluş savaşı başa çatmış, ölkədə yeni bir dönəm başladılmışdı. Bu dönəmin başında Qurtuluş savaşının başında durmuş Kamal Atatürk dururdu.O, ordu komandanından yeni yaratdığı Türkiyə Respublikasının başqanına dönsüşmüşdü. Atatürkün qurduğu Respublika 9 özülə dayanırdı1.Cümhuriyərin bildirilməsi; 2.Xəlifəliyin qaldırılması; 3.Şəriə.ıtin qaldırılması; 4.Mədrəsələrin, Təkkələrin qaldırılması; 5. Sarığın, fəsin qaldırılması, şapka geyilməsi; 6. Hakimiyət millətindir; 7. Türkiyə Böyük Millət Mclisinin […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv