Qardaşım İnam Evinin mahiyyətini andatdı. Hər bir inancın özünün ünvanı olub. Buddistlərin məbədləri, zərdüşt məbədləri, sonra səmavi dinlərin məscidi, kilsəsi, sinaqoqu olub. Bizə görə çatışmazlıqlar olub insana münasibət baxımından. Həqiqət nisbi mənada, ədalət nisbi mənada, azadlıq, vətən anlamı, İnsanlıq, ruhaniyyat nisbi mənada öyrədilib. Ata deyirdi bunlar bəşəriyyətin yarım işıqları idi gəlmişdilər. Ancaq səmavi dinlərin […]
Archive for the ‘Türk Dünyası’ Category
Xaliq Bahadır. Daha bir aşama… gözləntili yaşama!
Fevral 11th, 2024
admin (Qarşıdakı beş ildə bizi nələr gözləyir?) Sıradışı seçki Hakimiyətin ABD ilə kəskin qarşıdurması superdövlətin “yenilməsi” ilə sonuclandı. Yanlar uzlaşmaya gəldilər. Demək, ABD 30 illik əliyevçi rejimə superdemokratik seçki yoluyla daha beş illiyə legitimlik hüququ tanıyır. İ.Əliyev isə Moskvanın deyil, Vaşinqtonun diktəsiylə Ermənistanla barışığa gedir. Müxalifətimizin interpretasiyasına görə, belə bir praqmatik uzlaşma nədəniylə Amerika Azərbaycanda demokratiyanı […]
Elana İnamçı. İnam Evi – İnsan kimi yaşamaq istəyənlərin ünvanı
Fevral 10th, 2024
admin Mən bir məsələyə toxunmaq istəyirəm. Ocağın Bayrağına irad tutanlar var. Bizim dövlət bayrağımız üçrənglidir. Hərəsi bir məna daşıyır. Başqa-başqa ideyaları süni şəkildə birləşdirib bayraq yaratmaq heç kimi rahatsız eləmir, ancaq Ocağın bayrağı rahatsız edir. Mənasızdır dövlət bayrağının boyaları, çünkü milliliyi bütöv şəkildə ifadə etmir. Ocağın Bayrağı isə İnsanlaşmaya çağıran müqəddəsliyin rəmzidir.
Abil Ulusoy. İnam Evi Azərbaycan Ruhunu Yadlıqlardan Qoruyan Ünvandır
Fevral 8th, 2024
admin (“İnam Evi Günü”ndəki çıxışından) İstanbulda bir kitab aldım. Dünyaya yön verən yüz filosof. Orda oxumaq imkanım olmadı. Bakıda onu kifayət qədər yaxşı incələdim. Hər biri haqqında bioqrafik məlumatlar var. Həmin filosofların dünyaya nəylə yön verməsi ilə bağlı xırda yazılar var. Həmin kitabda yazılanların dünyaya yön verməyi əslində qərbin dünyaya yön verməyidir. Qərb ağalığının özünü təsdiqi […]
Nurtəkin Atalı. İnam evi – Özümlü aqibət birliyi
Fevral 7th, 2024
admin İnam Evi Günümüz qutlu olsun. Din millətlər üçün olanda zorla yayılmır, yayılmamalıydı. Hər kəs dinə inanmalıdırmı, ya da zorla yayılan dini qəbul edib soydan soya keçdikcə onu özününkü kimi qəbul etməlidirmi? Soylu Atalı ilə görüşlərin birində “sən mənim ata-babamın dininə qarşı çıxırsan” deyə təpgi göstərilmişdi. Sanki islam dinindən başlayır onun soyu. Bəs İslamdan öncəki babaların?! […]
Soylu Atalı. Türkləşmənin Yanlışları
Fevral 4th, 2024
admin Sosial şəbəkələrdə bir sıra çağdaş türkçülərin türkçülüyü köhnəliyə dayanıq görsənişlərdir. Məsələn, ən çox yayılan şəkillər sırasında bozqurddur, əynində zirehli geyim, əlində topuz, qılınc, nizə tutan, at belində qorxunc baxışlarla baxan qıpçaq soylu kişilərin şəkilləridir, yayı dartıb ox fırladan gözəgəlimli qız şəkilləridir, bir-birini acımasız olaraq doğrayan döyüş şəkilləridir. Eləcə də, dəlisayaq görkəmdə şaman şəkilləri i.a. Bu […]
Asif Ata. Çirkin Dünya
Fevral 4th, 2024
admin Köləlik çirkinliyi. Zəlillik çirkinliyi. Cəhalət çirkinliyi. Qəbahət çirkinliyi. Xəbislik çirkinliyi. Xəsislik çirkinliyi. Heyvanilik çirkinliyi. Şəhvanilik çirkinliyi. Fitnəkarlıq çirkinliyi. Riyakarlıq çirkinliyi. Hərislik çirkinliyi. Sünilik çirkinliyi. Yalan çirkinliyi. Xülya çirkinliyi. Xəyal çirkinliyi. Küdurət çirkinliyi. Qorxaqlıq çirkinliyi. Ruhsuzluq çirkinliyi. Həqiqətsizlik çirkinliyi. Duyğu karlığı, idrak korluğu. Harınlıq vəhşiliyi, qan içmək vəhşiliyi, yadlıq, özgəlik vəhşiliyi, gözəlliyə, ülviliyə biganəlik vəhşiliyi! Hərcayilik […]
Paşa Talıblı. Şeirlər
Fevral 1st, 2024
admin Mən sözü torpağa gec əkdim bir az… … ümidim olmadı bu gələn yaza, mən sözü torpağa gec əkdim bir az. Neylim, bu ümidnən çata bilmədim, sözün meydanına gecikdim bir az. Sözün meydanına gecikdim bir az, elə hey “gecikdin” dedilər, neylim! … yedilər payımı ümidyeyənlər, bu yaz ümidimi yedilər, neylim! Dedilər yeməkdən ümid yaxşıdı… … bir […]
Asif Ata. Gözəl Dünya
Yanvar 29th, 2024
admin Ruh gözəlliyi. Sifət gözəlliyi. Günəş gözəlliyi. İlqar gözəlliyi. Ağıl gözəlliyi. Sevda gözəlliyi. Səhər gözəlliyi. Kədər gözəlliyi. Arzu gözəlliyi. Qeyrət gözəlliyi. Çöl gözəlliyi. Yol gözəlliyi. Hicran gözəlliyi. Vüsal gözəlliyi. Gecə gözəlliyi. Duyğu gözəlliyi. Analıq gözəlliyi. Bulaq gözəlliyi. Mütləqə qovuşmaq gözəlliyi. Amal gözəlliyi. Həsrət gözəlliyi. Fəryad gözəlliyi. Söz gözəlliyi. İmtina gözəlliyi. Özündənkeçmə gözəlliyi. Torpaq gözəlliyi. Ürək gözəlliyi. […]
Aqşin Ağkəmərli. ANA…
Yanvar 27th, 2024
admin Qardan kəfən geyinmiş bir şəhər… Təbriz – 1946-cı ilin son səhəri. Günəşin üzərini duman alıb. Sazaq adamı bıçaq kimi kəsir. Sular donub, asfalt şaxtadan cadar-cadar olub. Novdanlardan qəndil-qəndil buz sallanır. Dükan-bazar bağlı, dövlət binaları talanmış, yandırılmış, qapı-pəncərələri qırıq-sökükdür. Yollarda, səkilərdə donmuş meyitlər, su arxlarına atılmış kəsik başlar, qoparılmış qollar… Meydanlarda yandırılmış qalaq-qalaq kitablar, dar ağaclarından […]




Posted in
Tags:
