Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. Hürufiliyimiz – Ənəlhəqliyimiz

I. İnsan – Allah Hürufilər İnsanı Allah sayırdılar, Ocaq diliylə desək – Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq sayırdılar. Hər bir İnsanı Allah oğlu sayırdılar – təkcə Peyğəmbərləri, hökmdarları yox. İsaçılar İsanı Allah oğlu sayırdılar, Makedoniyalı İsgəndər Allah sayılırdı, Roma İmperatoru Kaliqula özünü Allah elan etmişdi. İslamda İnsan Allahın Bəndəsiydi, quluydu, Peyğəmbər özü Allahın quluydu, Allah […]

Soylu Atalı. Milli Faciəmizin Xocalısı

Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü […]

Xaliq Bahadır. Yenilməz Məhəmməd Əmin

Ölkədə NUHÇIXAN informasiya agedntliyi də varmış. Agentlik bildirir: “Prezident İlham Əliyev dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb”.Bunlar yağışdan sonra göbələk kimi çıxan rejimə bağlı agentliklərdir. Nəyə görəsə, bunların dil bilgisi, daha doğrusu, bilgisizliyi bir-birinə çox oxşayır. Elə bil hamısı bir əldən çıxır. Verilən sorağın başlanğıcına baxın: “”Prezident İlham Əliyev […]

Soylu Atalı. Vətən – insanın qutsal Yaşamasıdır

Ürəyinizdə Ata Günəşi olsun, sevimli Amaldaşlarım. Mənə bir sual verdilər. Daha doğrusu, bir neçə sual verdilər. Sualın içindən sual çıxdı. Mən də bu sualları cavablandırdım. İndi istəyirəm, cavablandırdığım qədər olmasa da, aşağı-yuxarı verdiyim cavablar yönündə sizə düşüncələrimi bildirəm. Vətənsevərlik nədir, ya da kim vətənsevərdi? – Öncə biz bilməliyik vətən nədir. Vətəninin nə olduğunu biləndən sonra […]

Xaliq Bahadır. Dilimizdəki tullantı sözlər

Dövlətin, dövlətçiliyin sürəkli aşındırıldığı dönəm içindəyik. Bu görsəniş qanunları qorumalı olanların öz çıxarları üçün qanunuqanunsuzluğa dönüşdürməsiylə doğrulanır. İstər yuxarıda, istər aşağıda birinin etdiyi qanunsuzluq çağındaca gərəkən təpkiylə qarşılanmırsa, tezliklə domino etkisinin (effektinin) yaranması qaçılmaz olur. Başqa sözlə, belədə aşağı-yuxarı dövlət qurumlarındaaşınma-dağılma baş verir. Burada deyilənlərlə bağlı tək elə son illərin görkülərindəın çoxlu örnək gətirmək olar. […]

Bu gün ünlü şair, “Bulaq” xalq yaradıcılığının yaradıcılarından biri Tahir Talıblının doğum günüdür. Ona sağlam ömür, könül xoşluğu diləyirik.

  “Əyri – Düz” Rəhmətlik Paşa dayımın sözüydü: “Əyri dünyada, düz axtarma“ İçim səhvlərnən hörülü, Səf-səf səhvlər naxış oldu. Nə axa-axa duruldu, Naxış özü, yanlış oldu. Düz görmədim əyri yöndə, Hər yanda bir ayrı gördüm. Ayrı yöndə, ayrı donda, Hər üzdə bir əyri gördüm. Hər şey dəyişdi içimdə, Gur axan çaylar qurudu. Nə nişanda, nə […]

Xaliq Bahadır. Dil bazarçıları

  Dil bazarçısı yalandır, varmazam bazarına, Əyri dildən nəsnə gəlməz, durmuşam inkarına. Nəsimi Başlıca müxalifət partiyaları olaraq tanınan iki partiya- Müsavatla AXCP- qarşıdakı prezident seçkisiylə bağlı BOYKOT qərarı verdi. İstənilən partiyanın istənilən politik, toplumsal durumla bağlı istədiyi kimi qərar vermək hüququ var- burası bəlli. Ancaq burada adı çəkilən iki partiya ilkin yaranış baxımından, eləcə dəideya-politik […]

Paşa Talıblı. Şeirlər

  Mənim şeirlərim elegiyadı… … tapdadı içimi atlı qarışqa, tapmadı içimi adlı qarışqa, qağayı burnu tək duzlaşıb içim. … göylərə yaraşır elə göy adı! Mənim şeirlərim elegiyadı, mənim şeirlərim başsağlığıdı…

Xaliq Bahadır. 94 yaşında yetim

  “Məndə vətən həsrəti indi dil həsrətilə əvəz olunub”,- bu acıdan-acı sözləri oxuyanda içimdən sızıltı keçmiş, gözlərim dolmuşdu. Deyəsən, bir il qabaq idi. Bu sözlərdəki sonsuz ağrı-acını yalnız xalqına, onun dilinə bütün əriş-arğacıyla bağlı olanlar, başlıcası da gerçək yazarlar sezər, duya bilər. O adda biri var, illərdir Yazıçılar birliyinin başdaduranlarındandır. Xalqdan uzaq, xalqın dilindən uzaq, […]

Paşa Talıblı. “Alnımın küncündə bir şam ağlayır…”

                                                                                                              […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv