Mütləqdən ayrılmaq. Müqəddəslikdən ayrılmaq. Həqiqətdən ayrılmaq. Ədalətdən ayrılmaq. İlkinlikdən ayrılmaq. Ruhanilikdən ayrılmaq. Heyrətdən ayrılmaq. Həsrətdən ayrılmaq. Cürətdən ayrılmaq. Tarixdən ayrılmaq. Qəhrəmanlıqdan ayrılmaq. Fədakarlıqdan ayrılmaq. Aşiqlikdən ayrılmaq. Dahilikdən ayrılmaq. Ülvi yollardan ayrılmaq. Vüsaldan ayrılmaq.
Archive for the ‘Türk Dünyası’ Category
Xaliq Bahadır. Türklük ayrıca sivilizasiyadır
Aprel 10th, 2024
admin Bir “professor” belə uydurma tezislə çıxış eləyib: “Türk millət deyil, ümmətdir”. Avropadan yayınlanan bir televizya bu uydurmanı əlüstü tirajlayıb. Burası olduqca ilginc görsənişdir: Azərbaycan kimi müsəlman ölkələrindəki hüquqsuzluğa, dərəbəyliyə, mənliyin alçaldılmasına dözməyərək ölkədən gedənlər var-dövləti aşıb-daşan ərəb ölkələrinə deyil, Avropaya, Amerikaya, başqa sözlə, sevmədikləri, bəyənmədikləri xristian ölkələrinə üz tuturlar. Sonra da bir çoxları orada ərəblik-müsəlmanlıq […]
Asif Ata. İnsan Ləyaqəti
Aprel 8th, 2024
admin İdeala heyrət. Gözəlliyə heyrət. Mütləqlə vəhdət. Zamana sığmamaq. Mühitə sığmamaq. Yalansızlıq. Ehkamsızlıq. Xülyasızlıq. Cəhalətsizlik. Cinayətsizlik. Tək yanmaqdan çəkinməmək. Yırtıcılıq üzərində qələbə. Xudpəsəndlik üzərində qələbə. Qorxaqlıq üzərində qələbə. Hərcayilik üzərində qələbə. Məkr, fitnə üzərində qələbə. Ətalət üzərində qələbə. Həqiqət eşqi. İdrak eşqi. Xeyir eşqi. Təbiət eşqi. Vətənsevərlik. Bəşərsevərlik.
İnamlı Atalı. İnsanlaşmağın gərəkliyi
Aprel 4th, 2024
admin Asif Atanın “Mütləqə İnam” Bitiyində “İnsan” əsəri var. Bu əsərdə, dünyaya göz açan insanın ana qucağından başlayaraq dünyanı tanıması izah olunur. Biz də Asif Atanın bu əsərindən insan-dünya münasibətlərinin inkişaf mərhələlərini araşdırıb öyrənməyə çalışırıq. İnsan dünyaya göz açır, böyüyür, müşahidələr aparır, dünya ilə dünyadakıların birliyini anlamağa çalışır. İnsan görür ki, dünyadakı cisim və olaylar bəsit, […]
Asif Ata. Özünə sığmayan dünya
Mart 30th, 2024
admin Günəş səmaya sığmır. Dilək ürəyə sığmır. Dəniz məcraya sığmır. Ruh bədənə sığmır. Səs sinəyə sığmır. Fikir sözə sığmır. İnsan ölümə sığmır. Ömür taleyə sığmır. Səda sükuta sığmır. Gecə zülmətə sığmır. İnsan özünə sığmır. Bəbək gözünə sığmır. Çiçək çöllərə sığmır. Meyvə budağa sığmır. Ayaq yollara sığmır. Qartal dağlara sığmır. Heyrət tərifə sığmır. Qüdrət tarixə sığmır. Pələng […]
Asif Ata. Novruzluğumuz
Mart 19th, 2024
admin (Fəlsəfi-bədii məqam) I Zərdüştlüyümüz – Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz. Hürmüzdlüyümüz – Əhrimənlə döyüşümüz, qaranlığı yarmağımız – müqəddəs Fikrə, Sözə, Əmələ yüksəlməyimiz. Daxildən yetişən əsilliyimiz, əzəli yanmağımız, vəcdli idrakımız, inamımız. Xəbislikdən, hərislikdən, həsəddən, qorxudan xilasımız. … Ayrıldıq Zərdüştlüyümüzdən, özümlüyümüzdən, qapıldıq, qatıldıq qəzavü-qədərə, cənnətə-cəhənnəmə – o dünyaya, hurilərə-pərilərə – Özgələşdik – Özümüzə qayıtmaq gərək!
Soylu Atalı. “Od İşığı” ideyası
Mart 19th, 2024
admin Bəşər xalqlarının ən qədim inancları sırasında, bəlkə də, Tanrıçılıq dünyabaxışı birinci yerdə gəlir. Bu dünyabaxışa görə hər şey Doğada baş verir, hər şeyi Doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə Materializmlə heç də eynilik yaratmır. Tanrıçılıqda, Doğada ilahi uyum olduğu vurğulanır, başqa cür desək, Doğa özü ilahi […]
Asif Ata. Natam Dünya
Mart 17th, 2024
admin Natam ömür. Natam sevinc. Natam gözəllik. Natam vüsal. Natam hicran. Natam qəzəb. Natam əzab. Natam tale. Natam qismət. Natam vüqar. Natam heyrət. Natam sevgi. Natam cürət. Natam nəğmə. Natam dostluq. Natam xeyir. Natam nifrət. Natam hörmət. Natam ləyaqət. Natam ismət. Natam kədər. Natam vəcd. Natam aşiqlik. Natam pərəstiş. Natam fədakarlıq. Natam qəhrəmanlıq. Natam müqəddəslik. Natam […]
Soylu Atalı. Babək özgürlük simqəmizdir
Mart 14th, 2024
admin (Babək Günü ilə bağlı toplantıda çıxışdan) Tarix boyu Azərbaycanın dəyərlərinə çoxsaylı hücumlar olub, bu gün də var. Bizi, bir millət olaraq, sıradançıxarma gedişləri var. Bunu dövlət siyasəti səviyyəsində həyata keçirirlər. Buna dirəniş göstərməyin ilk addımı, özümüzün ayaqda qalmağımız üçün, tutacağımız dəyərlərimizi tanımaqdan başlayır. Bizi millət eləyən nə varsa, onları öyrənməliyik, bilməliyik. Onları təkcə öyrənməli, bilməli […]




Posted in
Tags:
