XX əsrin Siyasi Dünyasında Qərb–Rusiya hökmdarlığı qərar tutdu. Həmin birlik kapitalizm təməli üzərində baş qaldırdı, sonradan sosializm ideyalarının təsirinə məruz qaldı. Kapitalizm xüsusi sahibkarlığa, sosializm ictimai sahibkarlığa əsaslandı; hər ikisi beynəlmiləlçi, kosmopolit mahiyyət daşıyırdı və zəhmətkeşə qarşıydı. Rusiya ictimai-siyasi baxımdan Qərbdən geri qalırdı, ancaq imperiya daxilində Qərbi təmsil eləyirdi. Rusiyalıq Qərblik kimi tanınırdı; Rusiya ziyalısı, […]
Archive for the ‘Türk Dünyası’ Category
Asif Ata. İnsan Möhtəşəmliyi
May 20th, 2024
admin Peyğəmbərlik. Cəngavərlik. İztirab zirvəsi. Fəda zirvəsi. Aşiqlik zirvəsi. Mütləqə səcdə zirvəsi. Özüylədöyüş zirvəsi. Ülvi kədər zirvəsi. İnsana çatmaq zirvəsi. Yandırılmaq. Parçalanmaq. Paralanmaq. İradə mətinliyi. Ağıl zənginliyi. Duyğu dərinliyi.
Günev Atalı. Ümidləşən İnamım
May 12th, 2024
admin Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə! İnamla yaşamaq – hüdudsuz fərəhimdir! Yaşamın dəyişə biləcək imkanına ümidimdir. Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür. Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam […]
Yas Mərasimi – 28 Aprel (Asif Atanın çıxışı)
Aprel 28th, 2024
admin …Köhnə təqvimlə e.ə.VI əsrdə Azərbaycan xalqının müstəqil dövlət Ocağı söndü. 2400 il təxminən bundan əvvəl Qədim Midiya, Asiyada birinci dövlət sayılan, bəşərin ən qüdrətli dövlətlərindən biri, möhtəşəm adlanılan, özünəbənzər adlandırılan, yerə-göyə sığmayan qüdrətli Maq ölkəsi adlandırılan Midiya süquta uğradı. Astiaqın nökəri fars Kir Keyxosrov öz sabahına xəyanət elədi. Ona qarşı üsyan yaratdı və Midiya fars […]
Soylu Atalı. Zəkanın demədikləri
Aprel 28th, 2024
admin (Fridrix Nitsşenin “Antixrist” kitabına yönəlik düşüncələr) Bu günlərdə Fridrix Nitsşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir Sözlə, […]
Asif Ata. İnsan Şəri
Aprel 26th, 2024
admin Riyalı məhəbbət! Boyalı məhəbbət! Qondarma əzəmət! Uydurma səadət! Cəsarət libasında cinayət! Ləyaqət libasında qəbahət! İlkinlik libasında çirkinlik! Doğruluq libasında əyrilik! Nicat libasında əsarət! Ədalət libasında məşəqqət! Cəfakeşlik libasında müstəbidlik! Cəngavərlik libasında cahangirlik! Xalqsevərlik libasında zorsevərlik! Quyu qazmaq məharəti! Yazı pozmaq məharəti! Fitnəkar əməli! Zülmkar əməli! Zahirin batinə yadlığı! Sözlərin niyyətə yadlığı! Yanılma uçurumu! Aldanma uçurumu! […]
Xaliq Bahadır. Tanıtım anıları
Aprel 24th, 2024
admin Çağında, gecəli-gündüzlü yaşam içində, anlamlı-anlamsız, gərəkli-gərəksiz qaç-qov axarında illərin necə keçib getdiyini bilmək olmur. Çağlar ötür, axar ağırlaşır, asta-asta sular axır, durulur. Sular durulduqca öncələr çox da önəmsəmədiklərini asta-asta axıb durulan sular sayağı asta-asta anır, andıqca önəmsəyir, önəmsədikcə öncələr üstündən eləcə ötüb keçdiklərinə qayıdır, qayıtdıqca hamısında olmasa da, bir çoxunda yeni-yeni yaşam yaşantıları, yeni-yeni […]
Asif Ata. İnsan Xeyiri
Aprel 19th, 2024
admin Mütləqi tanımaq! Ulunu tanımaq! Ruhlunu tanımaq! Torpaqda doğmalıq kəşf etmək! Dağlarda ucalıq kəşf etmək! Ürəyi riqqətə gətirmək! Üzü şəfəqə bürümək! Peyğəmbəranə söz müqəddəsliyi! Aşiqanə göz müqəddəsliyi! Ata müqəddəsliyi! Ana müqəddəsliyi! And müqəddəsliyi! El müqəddəsliyi! Ev müqəddəsliyi! Vəcd müqəddəsliyi! Ehtizaz müqəddəsliyi! Dil müqəddəsliyi! Sirr müqəddəsliyi! Ülviyyət müqəddəsliyi! Mütləqlə görüş müqəddəsliyi!
Başsağlığı
Aprel 15th, 2024
admin Asif Atanın Mütləqə İnam Ocağı Ocaqdostu Famil bəyə anası Nazilə xanımın ölümü ilə bağlı ailəsinə, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir. Balalarında, Yurdunda, Ulusunda yaşasın! “Matəm üstə Mütləqlə Təmas” Ölən – Əzəlidə qalır. Əbədidə qalır. Sonsuzda qalır. Kamildə qalır. Üzlərdə qalır. Gözlərdə qalır. Dodaqlarda qalır. Xalqda qalır. Ölən – Gerçəklikdən gedir – Mənada qalır.




Posted in
Tags:
