Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. İnsan Əsarəti

Özünü yanıltmaq. Özündən ayrılmaq. Özünü danmaq. Özünə qapılmaq. Bilməzlik əsarəti. Dinməzlik əsarəti. Dilsizlik əsarəti. Elsizlik əsarəti. Ətalət inadı. Cəhalət inadı. Xəyanət inadı. Həqarət inadı. Avamlıq tilsimi. Yarımadamlıq tilsimi. Maddi zənginlik tilsimi. Məzlum bədbəxtlik tilsimi. Hərislik quyusu. Harınlıq quyusu. Saxta həyanlıq quyusu. Ehtişam əsarəti. İzdiham əsarəti. Yalançı büt əsarəti. Saxta igid əsarəti. Təqlid əsarəti. Təhqir əsarəti.

Soylu Atalı. Hallar

Bəzən bədii duyğusallıqdan, xəyalda estetik axıcılıqdan ürək də gərgin bir həyəcan içinə girir. Bəzən də sanki rahatsız bir gedişin seyirçisinə çevrilir. Hər iki halda insan bütöv olur, tam olur. Çünkü insanın varlığında Mütləq var, ona görə də insanın davranışları, halı bircəhətli deyil. Yəni insanın bilincində (şüurunda), ağlında, alt yapısında oturuşmuş doğrulardan bəlli olur ki, insan […]

Xaliq Bahadır. Pənah Hüseynovun namus kriteriyası

Sentyabrın 1-də (2024) ölkədə daha bir sıradışı parlament seçkisi keçirildi. Nə baş verdi: dörd il öncə “Qarabağın qaytarılmasından sonra ölkədə yaranan yeni situasiyaya uyğun yeni parlament yaradılması üçün” özlərini “buraxıb” gedənlərin böyülk çoxluğu “yeni parlamentə” yenidən deputat “seçildiyi” kimi, bir ay öncə özlərini “buraxanların” böyük çoxluğu yenə də “buraxıb” getdiyi yerə qayıtdı. Belə yerdə deyirlər: […]

Başsağlığı

Asif Atanın Mütləqə İnam Ocağı Göytəkin Atalıya əmisi Bəhruz bəyin  ölümü ilə bağlı başsağlığı verir. Evindən işıq əskilməsin.  Balalarında yaşasın. Yurdu, Ulusu var olsun. 

Asif Ata. İnsan Azadlığı

Qorxudan azad olmaq. Həsəddən azad olmaq. Mənəvi xəsa­rətdən azad olmaq. Naqis fikirdən azad olmaq. Məkrdən azad olmaq. Rəzalət əsarətindən, küdurət əsarətindən azad olmaq. Vətənsizlik həqarətindən azad olmaq. İnamsızlıq fəlakətindən azad olmaq. Cılız məhəbbətdən, ani mərhəmətdən, süni sədaqətdən azad olmaq. Xülya zəncirini qırmaq. Hiylə zəncirini qırmaq. Fitnə zəncirini qırmaq. Qibtə zəncirini qırmaq. Daxildəki ilanı öldürmək. Yalanı […]

Faciə Konsepsiyası (V.Şekspirin “Hamlet” əsəri üstə düşüncələr)

İnsan faciəsinin tarixi elə insanlığın yaşı qədər qədimdir. Bu tarixi səhifələmək necə də dəhşətlidir. Adamın ürəyi üzülür. Tarixi vərəqləmək, xatırlamaq istəmir. Dünyanı sevmək yerinə dünyadan əl götürmək istəyirsən. Bu cür dünyada yaşamaqdan fərəh ala bilmirsən. İnsanın fəlakətlər tarixinin hansı səhifəsini açırsan orada qladiatorluq dövrünün amansızlığını oxuyursan. Fəlakət fəlakət olaraq qalmır, o, dərinləşir, hüdudsuzlaşır. Sonsuz qatlarda […]

Paşa Talıblı. Şeirlər

                                                                                                              […]

Asif Ata. İnsan Çirkinliyi

Ruhsuz bədən. Amalsız əməl. İsmətsiz gözəl. Həsəd yanğısı. Fitnə yanğısı. Cəllad sevinci. Qəddar sevinci. Satqın sevinci. Azğın sevinci. Quyu qazanlar. Tələ quranlar. Haramlıq harınlığı. Zalımlıq harınlığı. Xəyanət harınlığı. Qəbahət harınlığı. İdraklı görünmək. Vicdanlı bilinmək. Yalana bürünmək. Alçalmaq – öyünmək. Alçaltmaq – sevinmək. Yaltaqlıq yetkinliyi. Saxtalıq yetkinliyi. Qorxu əsarəti. Nəşə əsarəti. Sərvət əsarəti. Sürünmək məharəti. Əyilən […]

Soylu Atalı. Sözü qoruyanları qorumaq gərək

(Rafiq Tağının ölümünün 10 illiyi ilə bağlı bir neçə söz) Tarixin heç bir dönəmində yalançını öldürməklə Doğrunu doğrultmayıblar. Ancaq doğruçunu öldürməklə yalanı yaşatmağa çalışıblar. Doğruçuların yaşaması, doğruların var olması Doğruçuların özündən başqa heç kimə gərək olmayıb sanki. Ancaq hər kəs hər kəsdən doğruçuluq umur. Üzdə hamı doğruya ehtiyacın olduğunu desə də, Doğruçunu hər kəs sevə […]

Soylu Atalı. Ruh – İntellekt

xxx Elə şeylər var intellektdən ala bilmirsən, ruhdan alırsan. Bəşəriyyət bu gün daha çox intellektə (ağıla) üstünlük verir, ruha arxa çevirir. Ancaq intellektdə ədalət məsələsi anlayış səviyyəsindədir, məzmun səviyyəsində deyil. Bu isə yoxdur deməkdir. Ədalət ruhda var, ruh ədaləti intellektə təqdim edir. İntellekt bunu tam da qəbul edər, qismən də. Heç qəbul etməyə də bilər. […]

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv