Hörmətli Rəsul müəllim, bu günlərdə “Gündəm-xəbər” qəzetində sizdən götürülmüş bir müsahibəni oxudum. Oxuduqca qarşıma bəzi suallar çıxdı. İcazə verin bu sualları sizə ünvanlayım. Mən sizin bir vaxtlar rəhbəri olduğunuz “Azərneftyağ” NEZ-də çalışıram. Ona görə də sizə sual verməyimi təbii qarşılayın. Həm də bu suallara cavabınızla mənim sizə qarşı olan narazılığıma aydınlıq gətirə bilərsiniz. Əvvəla deyim […]
Archive for the ‘Türk Dünyası’ Category
Doğmalarımız
Noyabr 26th, 2012
admin Ocaq Günsırası (təqvimi) ilə 24 Yağış Ayı, 34-il tarixdə (noyabr, 2012) İraq türkmənləri kimi təqdim olunan Ərbilli soydaşlarımız Mütləqə İnam Ocağının qonağı oldular. Qonaqlar Türkman Ədəbiyyatçı və Yazarlar Birliyinin Sədri Əsat Ərbil (Əsat Şakir Əmin) və Türkman Reform Radiosunun direktoru, TƏYB- in təşkilatçısı Riyaz Dəmirçi idilər. Görüş gənc yazar, “Gənclərin Söz Birliyi” İctimai Birliyinin sədri […]
ATATÜRKƏ QARŞI ÇIXMAQ TÜRK DÜNYASINA QARŞI ÇIXMAQDIR
Noyabr 21st, 2012
admin Bu günlərdə Türkel Araşdırma Qurumunun növbəti toplantısı keçirildi. Toplantıya teatrşünas Sevda xanım, Qərb Universitetinin öyrənciləri Nicat bəy və Məsud bəy, İnamlı və Ulusəs Atalılar da qatılmışdılar. Mövzu Türk Dünyasının böyük xadimi Atatürkə həsr olunmuşdu. Son dövrlər Türkiyə Cümhuriyyətində dini təsirlərin artmasını və Atatürkə qarşı başladılan kompaniyanı ciddi bir xəbərdarlıq saymaq gərəkdir.
ZAUR QƏRİBOĞLU. MƏN ZAMANI SEVMİRƏM
Noyabr 18th, 2012
admin (Cizgilər…) Mən zamanı sevmirəm! Insanla oynayır Onu sevəndə. Gəncliyə yol olur- Uçurum yolu, əvvəl qovuşdurur iki ürəyi, Sevdirir oğlana Həm qızı, həm də Oğlanın qəlbini Tapşırır qıza.
Soylu Atalı. FƏLAKƏTƏ ÇEVRİLƏN İDEOLOGİYA
Noyabr 13th, 2012
admin Gürcüstanda hakimiyyət dəyişdi. Hər kəs bunu demokratiyanın yeni mərhələsi hesab edir. Bu, üzdə görünən, təlqin olunandır. Əslində isə balaca dövlətlərdəki dəyişiklik böyük güclərin maraqları həddində baş verir. Qərbin Orta Doğu əməliyyatları göründüyü kimi, ən çox Rusiya tərəfindən əngəllənir. Başqa sözlə, Rusiya bu əməliyyatların gerçəkləşməsində özünün çıxarlarını nəzərə aldırtdırır. Qərb Rusiyaya güzəştə getməyə məcburdur.
PƏRVİZ ELAY. Adlanma: “Oğuzdan” “Türkə” doğru
Noyabr 13th, 2012
admin Öndəki məqalələrimizdə göstərdik ki, 1924-cü ildə bir-birindən xəbərsiz olaraq türkoloq-alimlər S.M. Arsal və V. Tomsen eyni qənaətə gəlib çıxmışdılar ki, “oğuz”(“oğur”) sözü əslində türk tarixində ayrıca bir etnosun adı olmayıb, bütün türk dünyasının ilk və ən geniş yayılmış adı olmuş və bu söz sadəcə olaraq ulu türk dilində hərfən “tayfalar” anlamını vermiş, geniş mənada isə […]
Soylu Atalı. İdeologiyaya çevrilən cəhalət
Noyabr 10th, 2012
admin Cəmiyyətdə Adamın İnsanlaşmasına inam yoxdur. Çünki cəhalət mühitində insanı dərk eləmək mümkün deyil. Cəhalət bulanıq sel kimidir. Bir yandan axıdılır ictimai həyata və bulanıq mühit yaradılır. Bu mühitdə toplum yuxulu kimi yaşayır. Mənəvi fəlakətlərin səbəbi dərk olunmur, çünki cəhalətə xilas kimi baxılır. İnsan taleyində dini və ideoloji cəhalət birləşib yeni fəlakətlər doğurur.
PƏRVİZ ELAY. “OĞUZLAR” TÜRK İDİ, YOXSA “TÜRKLƏR” OĞUZ İDİLƏR?
Noyabr 7th, 2012
admin Türk tarixi üzrə indiyədək gizlədilmiş materialların aşkarlanması və aparılmış yeni tədqiqatlar Türkün tarixinə baxışları və türk tarixi dövrləşməsini, tarixi türk etnologiyasını dəyişmək üzrədir. Bəlli olur ki, əslində “Türk” sözünün hegemonluğunadək bu etnosun əsas ümumi adı “Oğuz” idi. Aydın olur ki, tarix elmində qədim türkləri “qıpçaqlara” və “oğuzlara” bölmək ən böyük saxtalaşdırma idi, çünki qıpçaqlar oğuz […]
PƏRVİZ ELAY. Unudulmuş böyük kəşflər
Noyabr 2nd, 2012
admin Doğu Hunların metal pulları 1-ci məqalə XX əsrin 90-cı illərində ümumtürk tarix elmində diqqətdən yayınmış bir elmi kəşf oldu. Tatar alimi, Qazan universitetinin professoru, tanınmış türkoloq A.Q. Muhamadiyevin “Turan yazısı” adlı məqaləsi “Tatar xalqının linqoetnotarixi problemləri” dərgisində (Qazan, 1995, səh. 36-83, rusca) dərc edildi. Məqalənin toxunduğu mövzu dar sahəyə aid olsa da onun ümumtürk tarixi […]




Posted in
Tags: 