Uşağı böyütmək çox çətindir. Əslində ata, ana olmaq çətindir. Ancaq bu çətinliyi ananın yuxusuz qalmaları ilə, yaxud atanın dolanışığı təmin etmək üçün çəkdiyi əzablarla məhdudlaşdırmaq doğru deyil. Bunlardan daha ağır, daha çətin bir məsələ uşağı milli, insani ruhda böyütməyi bacarmaqdır. Təəssüf ki, bu məsələ demək olar ki, özünü doğrultmur. Çünki belə bir ənənə yaranmayıb.
Archive for the ‘Türk Dünyası’ Category
Xaliq Bahadır. Milli dirilik faktoru
İyul 12th, 2014
admin Bugünlərdə tanınmış sütunçu (köşə yazarı) dostlarla görüşümüz oldu. Yığışmışdıq. Geniş oxucu auditoriyası ilə seçilən dostlardan biri nədən, nələrdən etkilənmişdisə çox danışdı. Danışdıqlarının da SÜTUNU bu idi: bizi bu günə qoyan, bütün millətlərdən geri salan adət-ənənələrimiz (bizim dildə: gələnək-görənəklərimiz), millətçilik, bir də ideologiya oldu; qabağa getmək istəyən millət adət-ənənədən, millətçilikdən, ideologiyadan uzaq olmalıdır.
Üstün Atalı. Duyğularımda çiçəklənən ümidlər
İyul 11th, 2014
admin I …Qüdrət – zor vasitəsiylə təsdiq olunmur. Zor qorxunu, mütiliyi, avamlığı aşkarlayır. Soylu Atalı deyir “bu gün insanları birləşdirən Asif Atanın harayını çəkdiyi İnsani keyfiyyətlər deyil, Qorxudur. Qorxu toplumun gerçək yaşamının özülündə dayanır. Hər kəs söz deməyə, söz dinləməyə qorxur.
Xaliq Bahadır. Bizim türmə – konslager (II)
İyul 11th, 2014
admin II Penitensiar Xidmətdən bildirildiyinə görə, 12 saylı Cəzaçəkmə müəssisəsinin bir qrup dustağı adından yayılanlar – dustaqlara işgəncə verilməsi, çoxsaylı qanunsuzluq faktları – “əsassızdır”. Adına “Xidmət” deyilən, bildirildiyinə görə, araşdırma aparıb: ”Məlum oldu ki”… Sizcə, nə “məlum” ola bilərdi? “Müraciəti” imzalayanların “yoxluğu”. Sən demə, 12-ci kalonda bu adda kimsə […]
Han Ataman Türk. KEMALİZM NEDİR, NE DEĞİLDİR
İyul 10th, 2014
admin Türkleri binlerce yıldır ayakta tutan ve her dönem var olmalarını sağlayan tek şey tanrının vermiş olduğu özel donanımlar sayesinde elde etmiş olduğu TÖREDİR. TÖRENİN temelinde paylaşımcılık, özgürlük, imtiyazsızlık ve sınıfsızlık vardır. Bu düşünce yapısını 20-ci yüzyıl uygulamalarıyla yaşama geçiren ULUĞ BAŞBUĞ Mustafa Kemal ATATÜRKTÜR.
Xaliq Bahadır. Bizim türmə – konslager (I)
İyul 10th, 2014
admin I Bir qrup dustaq “Azadlıq”a məktub yazıb. Məktub nə məktub – qanlı gündəm məktubu! Onlar 12 saylı cəzaçəkmə yerindən yazırlar. Yazdıqları başdan-ayağa, açıq-açığına KONSLAGER görsənişləridir. Dustaqlara verilən işgəncələrdən yazırlar. Dustaqlar kimlərdir? Azərbaycan yurddaşları! İşgəncə verənlər kimlərdir? Onlar da Azərbaycan yurddaşları!
Türkçülük və Dinçilik
İyul 10th, 2014
admin Bu gün Azərbaycanda, Türkiyədə, bütövlükdə Türk Dünyasında türkün yaxınlaşmasını əngəlləmək, türklüyü sıradan çıxarmaq üçün çeşidli oyunlar gedir. Bu gedişat bütün dövrlərdə Türkçülüyə qarşı düşünülmüş planların təzələnməsidir. Belə bir məsələyə qarşı öz düşüncələri ilə dirəniş göstərmək üçün milli mübarizənin təmsilçiləri Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan, Abil Ulusoy, Üzeyir Əlizadə, Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı […]
Xaliq Bahadır. Əliyevlərin sonuncu bazarlığı – Suverenlik
İyul 9th, 2014
admin Dönə-dönə yazmışıq, bir daha yazaq: onlar Qarabağ, Neft-Qaz bazarlığı üzərində hakimiyyətə gəldilər, bu bazarlığa bağlanaraq 22 il hakimiyyətdə qaldılar, bütün seçkiləri bu bazarlıq bazasında qazandılar. Qazandılar, qazandırdılar. Ölkəni, Xalqı soyub-yağmalamaqla milyardlar qazandılar, eləcə də bu axarda yaxın-uzaq güclərə milyardlar qazandırdılar. Özlərinin tez-tez dedikləri kimi, “uğurlu neft-qaz strategiyası”, geniş işğalçılıq, dərin düşmənçilik siyasəti ilə!
Xaliq Bahadır. Dirəniş düyünü
İyul 8th, 2014
admin Belə bir deyim var: Ən çürük ağac da itələmədən yıxılmır. Əliyevçi rejimin siyasi-ideoloji, eləcə də sosial-ekonomik baxımdan çürük rejim olduğunu Azərbaycanın ən ucqarlarında da bilməyən çox az adam tapılar. İndi hamı bu rejimin çürüklüyündən –yararsızlığından danışır. Demək olar, hamı. Rejimin planlı repressiv siyasətləri üzündən bunu yazanların sayı azalıb.
Xaliq Bahadır. Azərbaycandakı düşkünlük faktoru
İyul 7th, 2014
admin I Azərbaycanı düşkünlük bürüyüb. Ölkə düşkünlük virusuna yoluxub. Ölkəmiz, ulusumuz sosial-siyasi, mənəvi-psixoloji bataqlıq içində, rejim-oliqarxiya göydələnləri o bataqlıq-qəbiristanlığın başdaşısı yerindədir. Bugünlərdə türkçülük adına keçirilən bir yığıncağa mən də qatılmışdım.




Posted in
Tags:
