Çağdaş dünyada tarix siyasəti ayrıca aktuallıq qazanıb. Bu gün, ermənilər başda olmaqla, gerçək tarixi olmayan bir sıra toplumlar özlərinə onları birəşdirib gələcəyə aparmağa yönəlik uydurma tarix düzəldirlər. Bir daha demək gərəkir: çağdaş dünyada geniş yayılmış bu görsənişin adı tarix siyasətidir. Bir çox toplumlar çox düzgün olaraq tarixə yalnız keçmişə bağlı, keçmişdə qalmış olaylar yığını olaraq […]
Archive for the ‘Türk Dünyası’ Category
Asif Ata. Nikbinlik
Sentyabr 15th, 2014
admin Nikbinlik (Füzuli üstə) 1. Kədərdən qəhərlənməyə nə var, kədərdən bəhrələnmək gərək! Füzuli kədərlənir, həm də kədərlə qaynayıb-qarışır, kədərə qovuşur, kədərləşir. Həm: Mənim tək heç kim zarü pərişan olmasın, yarəb! deyir, həm də “zarü pərişanlıq məkanı” haqqında:
Asif Ata. Bayatı işığı
Sentyabr 10th, 2014
admin Bayatı işığı I Ağlamaq – Ağlanmaq – Ağ olmaq – İşıqlanmaq deməkdir xalq idrakında. Bayatı – göz yaşı işığıdır, daxili aləmi duruldan. Ağlaya-ağlaya işıqlanıblar. Zülmətdən ayrılıb işığa düşüblər qədimlərimiz. Kədər göz yaşlarında tamlanıb, yuyulub, saflanıb. Göz yaşı yağıb daxili dünyaya və günəş doğub daxildə.
Üstün Atalı. Ümidsizləşən Bölgələrimiz
Avqust 31st, 2014
admin İnsanın özünə münasibəti necədirsə, ətrafına da elə münasibət göstərir. Özünə inanan başqasına da inanır. İçində vətən, millət sevgisi olan başqasında da bunu yaratmağa, qorumağa çalışır. Ömür özü bir örnəkdir, yoldur. Yanımızda böyütdüyümüz övladlarımız insanın bütün keyfiyyətlərini – münasibətlərin qurulmasını, milli düşüncənin sözdə və əməldə ifadəsini ilk olaraq bizlərdə – valideyinlərdə görür.
“Türkdən Başlayan Yeni Bəşər İnamı” kitabı işıq üzü gördü
Avqust 30th, 2014
admin Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün dünyanı bürüyən haqsızlıq, ədalətsizlik ayrı-ayrı ölkələrdə insanların varlığını, həyatını fərqli və oxşar biçimlərdə təhdid etməkdədir. Fərqli biçim insanların ideoloji mübarizələrinə görədir, oxşar biçim isə insanlığı basqı altına alan Quruluşun bütün dünyada eyni xarakterdə olmasına görədir.
İnamlı Atalı. Fərəh haqqı
Avqust 23rd, 2014
admin İnsanın fərəh haqqı var, ancaq o fərəhlənə bilmir. Buna səbəb insanın gerçəklikdən üstun ola bilməməsidir. Mühitə uyğun yaşayan, şəraitə bel bağlayan, zamanı özünün alın yazısı sayan insan özünə inanmır, ona görə fərəhlənə bilmir. Fərəhlənəndə də bəsit, keçici uğurlarına fərəhlənir. Nisbi yaşamı fərəhsizliyə qərq olur. Çünki insan maddi dünyanı görur, onun uğrunda döyüşür, ruhanı dünyanı görmür, […]
ASİF ATA. XALQ
Avqust 22nd, 2014
admin “Yol. Ata Sözü” Müqəddəs Kitabından Xalq Ruhu və cəmiyyətdə bərqərar olan ideologiya – müxtəlif hadisələrdir. Xalq – Mənəvi Ənənənin daşıyıcısı, hifz edəni və gələcək nəsillərə bəxş edənidir. Bu səbəbdən də o, Əbədi Sərvətlər rəmzidir. Cəmiyyət dəyişilir, Xalq Ruhu isə çox cüzi dəyişilməyə məruz qalır, onun yalnız zahiri cəhətlərində, üst qatında dəyişiklik müşahidə olunur. Xalq Ruhunda […]
Üstün Atalı. Vətən güzəranımızdan arxada deyil
Avqust 12th, 2014
admin Maddiyyatçılığın, varidatçılığın, pulçuluğun həyatı qapsadığı bir dövrdə İnsaniliyə çağırmaq, xilası İnsanilikdə görmək, bu həqiqəti soydaşlarımıza çatdırmaq üçün yurdumuzu qarış-qarış gəzmək nə qədər gözəldir. Bu gözəllik üzlərdə, gözlərdə heyrətə çevrilir, ümid yaradır, mənim isə ömrümə nizam gətirir, fərəhimə işıq salır…
Soylu Atalı. Türklük Tərəqqinin ölçüsüdür
Avqust 6th, 2014
admin Ötən yüzilin 90-illərində geniş yayılmış bir şüar var idi: – XXI yüzil türk yüzili olacaq. Bu söz ictimai həyatda yeriməkdən daha çox dəbləşməyə uğradı (dəbləşən nə varsa köhnəlib aradan gedir). Bunun da səbəbi bəllidir. Mixail Qorbaçovun Sovetlər Birliyində hakimiyyətə gəlişindən sonra Batı siyasətinin bu Birliyi dağıtmaq planları öz işini görməyə başlamışdı. Hər kəs hesab edirdi […]
Azərbaycan dünyanın Müqəddəs Ocağı olacaq
Avqust 3rd, 2014
admin (Asif Ata ilə Qarabağ qonusunda müsahibə) – Müqəddəs Ata, verəcəyim suallar Qarabağ üstə köklənib. Bilmək istərdim, ermənilərin Qarabağdan «Qafqaz İsraili» düzəltmək istəklərinə Ata fikri necədir? – Dünyanın təzadları çoxdur. O təzadlardan biri Qərb–Türk təzadıdır, rus–türk təzadıdır, ümumən Türk Dünyası və bütün dünya təzadıdır. Həmin təzad bu gün yaranmayıb, onun müəyyən tarixi var.Lakin bu təzad zahirən […]




Posted in
Tags:
