Ruh – Mütləqin İnsanda ifadəsidir. Mütləq kamildir, əbədidir, sonsuzdur. Bu səbəbdən də ruhanilik – qeyri-kamil dünyada kamil yaşamaqdır. Sonlu dünyada – sonsuz yaşamaqdır. Keçici dünyada – əbədi yaşamaqdır. Əbədi yaşamaq – mənəvi yaşamaqdır. Mənəvi yaşamaq – cismanilikdən çıxmaqdır. Cismən insan keçicidir, mənən – əbədidir. Həyatın mənası cismanidən böyükdür, həyat özünü cismanidən alidə, böyükdə, ülvidə tapır. […]
Archive for the ‘Türk Dünyası’ Category
Soylu Atalı. Xalqların aldandığı gündəmlər
Mart 5th, 2025
admin Bu gün dünyanın baxışı ABD başqanı Trampla Ukraynanın dövlət başçısı Zelenskinin davranışlarına, münasibətlərinə yönəlib.Ancaq bütün görüntülər, araşdırmalar, dəyərləndirmələr, məncə, ikinci dərəcəli məsələlərə bağlıdır. Elə görsənir ki, Tramp Ukraynanın sərvətlərinə, minerallarına əl qoymaq istəyir. Eyni halda, o özünü savaş durdurucusu, qurtuluşçu kimi tarixə keçirməyə çalışır. Bir başqa versiya isə onun öncələrdən Rusiyanın kadrı olması ilə bağlı […]
SİYASİ İSLAM və ORDU
Fevral 27th, 2025
admin (Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırılıb) (Təqaüddə olan Briqada generalı Naim Baburoğlunun qələmindən gərəkən bir yazı. Oxuyun, paylaşın, hamı oxusun). 1978-ci il. İranda küçə şouları və tədbirləri başlayıb. Yanvar 1979-cu il… İran şahı Rıza Pehlevi ölkəni tərk edib. 1 fevral 1979-cu il… Parisdə sürgün edilən Ayətullah Xomeyni İrana qayıdıb. xxx Xomeynini iki milyona yaxın insan […]
Soylu Atalı. Milli Faciəmizin Xocalısı
Fevral 26th, 2025
admin Güclü siyasət, zəif siyasət deyilişini qəbul etmirik. Güclü dövlət, zəif dövlət məntiqini doğru sayırıq. Güclü siyasət olmur, gücə dayanan siyasət olur. Bəs dövlətin gücü nəyə bağlıdır?! Hesab edirik, sağlam prinsiplər üzərində milli ideologiyanın işlənib hazırlanması, dövlət yönətimində hakim etkiyə çevrilməsi gərəkdir. Bunu isə ədalətli şəxsiyyət, milli ruha bağlı olan siyasi xadim gerçəkləşdirə bilər. Dövlət güclü […]
Asif Ata. Hürufiliyimiz – Ənəlhəqliyimiz
Fevral 26th, 2025
admin I. İnsan – Allah Hürufilər İnsanı Allah sayırdılar, Ocaq diliylə desək – Əzəli, Əbədi, Sonsuz, Kamil Mütləq sayırdılar. Hər bir İnsanı Allah oğlu sayırdılar – təkcə Peyğəmbərləri, hökmdarları yox. İsaçılar İsanı Allah oğlu sayırdılar, Makedoniyalı İsgəndər Allah sayılırdı, Roma İmperatoru Kaliqula özünü Allah elan etmişdi. İslamda İnsan Allahın Bəndəsiydi, quluydu, Peyğəmbər özü Allahın quluydu, Allah […]
Soylu Atalı. Xocalının Pərdələnən İlləri
Fevral 26th, 2025
admin Bu gün biz, Xocalı soyqırımının sonrakı ildönümü qarşısındayıq. Gələnəksəl olaraq, yeni seminarlar keçirməyi, köhnə şəkilləri yenidən nümayiş etdirməyi, Xocalı abidəsinin böyür-başını gül-çiçəklə bəzəməyi planlaşdırırıq. Ancaq gələcək soylara deməyə, ümid verəcək, sözümüz yoxdur. Qarabağ uğrunda savaşdıq, minlərlə şəhid verdik. Bununla belə, Xocalı yenə erməninin əlindədir, erməniliyi qoruyan Rusiya yenə Xocalıdadır. Oradan bizi yeni “Xocalı” olaylarının olacağı […]
Günev Atalı. Ümidləşən İnamım
Fevral 26th, 2025
admin Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdə ilə! İnamla yaşamaq – hüdudsuz fərəhimdir! Yaşamın dəyişə biləcək imkanına ümidimdir. Asif Atanın, Mütləqə İnam Ocağının, Ocaq Evladlarının bir ömür zəhmətlərinin boşuna getməyəcəyini görümümdür. Atdığım hər addımın bəhrə verəcəyi mənə bəri başdan gün kimi aydındır. Dünyadakı Mütləqi görürəm, Mütləq öz əlamətləriylə üzümə gülür, balam […]
Soylu Atalı. “Od İşığı” ideyası
Fevral 25th, 2025
admin Xızır Günü (Su Çərşənbəsi) Qutlu olsun! Bəşər xalqlarının ən qədim inancları sırasında, bəlkə də, Tanrıçılıq dünyabaxışı birinci yerdə gəlir. Bu dünyabaxışa görə hər şey Doğada baş verir, hər şeyi Doğanın özü yaradır. Onu da deyək, bu baxış bilimdə ilk türk panteizmi olmuşdur. Anlamına görə Materializmlə heç də eynilik yaratmır. Tanrıçılıqda, Doğada ilahi uyum olduğu vurğulanır, […]
Soylu Atalı. Oyunların əlində də olsaq, içində də…
Fevral 18th, 2025
admin Həqiqətin bir açımı, yönü, izahı olur, siyasətin yüz. Bir siyasi olaya bir neçə baxış sərgiləmək olar. Əgər baxışlar siyasətin oyunlarına oyun qatmaq açısından sərgilənmirsə doğru sayıla bilərlər. Yəni sərgilənən baxışların hərəsi bir oyunun doğru qiymətləndirilməsi ola bilər. İstənilən siyasi olay özünə qarşı bir sıra doğru cavablar, izahlar doğurur. Kimsə siyasi olaylara strateji açıdan yanaşıb qiymətləndirər, […]




Posted in
Tags:
