Archive for the ‘Türk Dünyası’ Category

ASİF ATA – 80

Soylu Atalı MÜTLƏQƏ İNAM RUHANİYYATI Ürəyinizdə Günəş olsun, istəkli sabahdaşlarımız! Bundan sonra Ulusumuzun sabahı ürəklərimizə düşən İnam Ata Günəşinin İşığıyla aydınlaşacaqdır. Yurdumuza İnamın gəlişi sizi bu ümidlə müjdələməkdədir. Gəlin Sabahımıza üz tutaq – Ata Yolumuzu, Müqəddəs Kitabımızı tanıyaq, onu evimizin və qəlbimizin ən ali neməti kimi alaq və qoruyaq. Gəlin, Atamızı dinləyək, onun yaratdığı müqəddəsata […]

Xaliq Bahadır. Saxta seçki oyunçuları

Dostumuz Hüseynbala Səlimov saxta seçkiyə qatılma çağırışında bulunan yazı ilə çıxış edib. H.Səlimov bizdəki barmaqla sayılacaq dəyərli analitiklərdəndir. Onun istənilən yazısı özünün dəmir kimi tutarqalarıyla dəyərli olur, indiki yazısından başqa. Bu, H.Səlimov düşüncəsinin doğurduğu yazı deyil, buna görə də tutarqasız “tutarqalar” üzərində qurulub. Yazı bəlli “YeM” qəzetində çıxıb. Bu qəzetin baş redaktoru rejimin tapşırığıyla müxalifəti […]

Xaliq Bahadır. Azərbaycan: korrupsiya – işğal türməsi

Avropa Parlamentinin Azərbaycandakı İŞĞALÇI rejimlə bağlı qərarı ölkəmizdəki bütün İşğal güclərini, onların əlaltı-qulluqçularını ayağa qaldırıb. Saxta parlamentin başına oturdulan, ən azı parlament başqanlığında normal bir cümlə düzəltməyi bacarmayan Oqtay Əsədovun dediyinə baxın: “Mənim Avropadakı mənzərəyə ürəyim ağrıyır”. Milyardları yeyib-oğurlayıb-mənimsəməklə Azərbaycanı, Azərbaycan xalqını götürüm saldıqlarına ürəkləri ağrımır; şəhid ailələrinin ağlamalı durumuna ürəkləri ağrımır; Qarabağ savaş veteranlarının […]

Xaliq Bahadır. Topladıqca qucaq-qucaq… pulları!

Ötən yüzilin 70-ci illərində “Kənd zəhmətkeşləri üçün konsert” seriyasından belə bir populyar mahnı vardı: “Topladıqca qucaq-qucaq pambığı”. O çağlar respublikamızın başında Əliyev dururdu, indi də Əliyevdi. O çağlar respublikanın baş ideoloqu R.Mehdiyev idi, indi də odur. Onlar onda qucaq-qucaq pambıq yığdırardılar, indi – 1993-dən bu yana – qucaq-qucaq pul yığdırırlar. Britaniya parlamentinə bağlı vergi qurumunun […]

Soylu Atalı. İnanmaq əsilliyi

Din xarici İradəni əsas götürərək fərdi iradəni itaətdə saxlamağı qəsd etdi. Bununla da guya pis əməllərin qarşısını alacağına bir inam yaratmaq istədi. Ancaq heç kəs öz iradəsini xarici İradəyə təslim eləmədi. Əslində heç bunun yolu da yoxdur. Eyni halda bu heç gərək də deyil. Heç bir real əsası olmayan, gerçəkliyə bağlı olmayan tələb ki, Xarici […]

XALİQ BAHADIR. Savaş avantürası

Rejim yetkililəri yenı hava çalmağa başlayıblar: “Müharibə qaçılmazdır”. Nə oldu? Nə baş verdi? Bunlara bu qorxmazlıq, bu Napoleon ərdəmliyi hayandan gəldi? “Uğurlu neft-qaz strategiyası” dedilər, milyardlarla neft-qaz gəlirləri içində ölkəmizi Afrikanın ən geridə qalmış ölkələrinə tay etdilər; “Azərbaycan dövləti sosial dövlətdir, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur” dedilər Azərbaycan vətəndaşlarını hər baxımdan hüquqsuz-yoxsul duruma gətirdilər.

XALİQ BAHADIR. “REAL VƏZİYYƏT” SİYASƏTÇİLƏRİ

Qarşıdan gələn saxta parlament seçkisi saxta müxalifət liderlərinin iç üzünü bir daha açmaqdadır. Onlar bir yandan saxta seçki keçiriləcəyini bildirir, o biri yandan seçkiyə getmək gərəyindən danışırlar. Tutarqaları nədir? “Seçki saxtakarlığını ifşa etmək”! Gerçəkliksə bu deyil. Gerçəklik rejimə təslim olmaq, rejimlə hansısa bazarlıqlarda bulunmaqdır.

ASİF ATA. İMTİNA ZƏRURİLİYİ

Yanlış Əqidədən İmtina! Saxta Müəssisələrdən İmtina! Rütbələrdən, vəzifələrdən, mükafatlardan İmtina! Yalançı kitablardan, sözlərdən, çağırışlardan İmtina! Ağlı, Ürəyi, Həqiqəti buxovlayan süni silahdaşlıqdan İmtina! Parniklərdə becərilmiş İdrakdan, Bədiiyyatdan İmtina! Yanlış Dostluqdan, Ümumbəşərilikdən İmtina! Cənnət Xülyasından İmtina! Haylı-Küylü Əzəmətdən İmtina!

Soylu Atalı. “Seçkinlər”in seçkiləri

Hər iki ildən bir ölkədə seçki prosesi başlayır. Dövlətə öndər seçirik – dövlətin güc strukturlarının əli ilə başıqapazlı oluruq: döyülürük, söyülürük, işimizi itiririk, tutuqlanırıq. Millətin haqqını qorumağa vəkil seçirik – haqqımız hər yerdə ayaqlanır, sözümüz havaya gedir, əlimiz havadan asılı qalır. Millət vəkilləri sanki milləti incidən qurumları qoruyur. Toplumsal, sosial sorunlarımızı yoluna qoymaq üçün bələdiyyə […]

Xaliq Bahadır. Xədicə epoxası

Qadınların kişilərə, daha doğrusu, kişi ola bilməyənlərə, kişiliyini pula-görəvə satanlara örnək olduğu bir dönəm içindəyik. Bu bəlli bir rejimin korrupsiya yoluyla soyub-yağmaladığı Ölkəni repressiya yoluyla susdurmağa çalışdığı dönəmdir. Burada bütün dövlət qurumları ən yuxarılardan ən aşağılaradək korrupsiya-yolsuzluq yolundadır. Bunu son çağlar korrupsiya-repressiya məhkəmələrində əl atılan bir metod da açıq göstərir.

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv