Xaliq Bahadır. Müxalifətin milli ideya axtarışları

Müxalifətin milli ideya axtarışları

Məhəmməd Əmin bəylə bəlli Moskva yolçuluğunda Stalin soruşmuşdu: “23 aylıq hakimiyətiniz dönəmində xalqa nə verdiniz?” Məhəmməd Əmin bəy demişdi: “Çox nəsə verə bilmədik, ancaq Özgürlük, Demokratiya dadızdırdıq”.
Özgürlük, Demokratiya! Bunlar MəhəmmədƏminin ulusumuzu qovuşdurmaq istədiyi başlıca, vazkeçilməz ideallar idi. Məhəmməd Əmin bəyin istər yazdıqları, istərsə də parlamentdəki çıxışları ilə tanış olanlar onun bu ideala sonadək kəsinliklə bağlı qaldığını aydınca görə bilərlər.
Çevrəsi onun prezident olmasını istəyirkən, o, demişdi: “Xalqımız padşahsevərliyə öyrəşib, biz ona Özgürlük, Demokratiya aşılamalıyıq”.
Aşılayırdı da. Necə? Özgüdükçü düşüncədən, özgüdükçü yanaşmalardan bütünlüklə uzaq parlaq Öndər örnəyi sərgiləməklə. Bütün bunlara görə aradan yüz ildən çox keçməsinə, eləcə də bir çox bəlli əngəllərə, birilərinin onu gözdənsalma çabalarına baxmayaraq, Ona ulusun sevgisi sonsuzdur. Ardını oxu »

Nurtəkin Atalı. İnam Evi – Özümlü aqibət birliyi

İnam Evi Günümüz qutlu olsun.
Din millətlər üçün olanda zorla yayılmır, yayılmamalıydı. Hər kəs dinə inanmalıdırmı, ya da zorla yayılan dini qəbul edib soydan soya keçdikcə onu özününkü kimi qəbul etməlidirmi? Soylu Atalı ilə görüşlərin birində “sən mənim ata-babamın dininə qarşı çıxırsan” deyə təpgi göstərilmişdi. Sanki islam dinindən başlayır onun soyu. Bəs İslamdan öncəki babaların?! Onların inancının gələnəyini kim qoruyacaq? Hər torpağın, iqlimin etkilədiyi, yaratdığı xarakter var, gen var. Milli xarakter, milli gen də özündə dəyişməz bir şeylər daşıyır. Əgər o xarakter, o inanc uyum sağlayırsa , o inanc milli düşüncədən, ruhdan, gendən gəlirsə onun zəmini möhkəm olduğu kimi sabahı da möhkəm olacaq. Ardını oxu »

Xaliq Bahadır. Müxalifətin demokratiya gözləntiləri

 

ABD-də aday çevrilişi baş verdi: prezident C.Bayden yerini yardımçısı Kəmalə Harrisə verdi.

Gözlənilməz qərar oldu, vur-tut bir neçə gün öncə jurnalistlərin, bir sıra politiklərin adaylıqdan geri çəkilmə çağırışlarına qarşılıq olaraq, dostumuz Bayden dirəşib dururdu: “sonadək gedəcəm”. Birdən belə bir gözlənilməz qərar. Bayden bunu “Amerikanın, demokratiyanın qurtuluşu üçün” etdiyini bildirir.  Nə bilək, bəlkə də, onu hansısa çıxılmazlıq qarşısında qoydular, o üzdən başqa yolu qalmadı. Bunu bilmirik, ancaq indilik bilinən budur: Bayden Trampın Amerikanı, Amerika demokratiyasını itkilərə, özü də ağır itkilərə uğradacağını düşündüyündən, Amerikanın, demokratiyanın QURTULUŞU üçün yolun sonuna belə yaxın ikən adaylıqdan geri çakilir. Burası fakt olaraq alqışa dəyər: ulusal çıxarları özəl çıxarlardan üstün tutan ulusal lider belə olur, belə edir- mən uduzub çəkilirəm, başqa sözlə, çəkilib uduzuram, təki ölkəm, demokratiya qazansın! Ardını oxu »

Soylu Atalı. Dəyərlərimizi kölgələyənlərə dur deyək

 

Nəsimi Nəimini 1394-cü ildə tapdı, 1395-ci ildə Nəimi öldürüldü. Aşağı-yuxarı bir il birgə oldular. O çağa qədər Nəsimi sufi idi. Sufi yönlü olmasını onun yaradıcılığının ayrı-ayrı örnəklərində də izləmək olur. 1394-dən 1417-ci ilə qədər, yəni öldürüldüyü (dərisi soyulduğu) günə kimi, Nəsiminin yaradıcılığının bütün örnəkləri Hürufilik təliminin mahiyyətinə yönəlikdir. Belə götürəndə, onun Nəimiyə qədərki yaradıcılığı da böyüklüyü, yenilməzliyi insana öyrətmək yönündə idi. Dinin mifoloji çalarlarına, tarixi olaylarına, bu olaylarda adları keçən şəxsiyyətlərinə yönəlik qəzəllərini səbəb göstərib Nəsimini dindar sayanlar yanılırlar. Əgər doğru, düzgün araşdırılsa, o qəzəllərin Nəsimi adı ilə deyil, başqa adlarla (məsələn Seyid Əli) yazıldığını da görmək olar.
Nəsimi 1369-cu ildə doğulub. O, Nəimini tapanda 25 yaşı vardı. Yaradıcılığa hansı yaşından başlayıbsa, həmin yaşdan 1394-cü ilə qədərki arada Nəsimiliyi görmək, göstərmək gedişi yanlışdır. Dediyimiz kimi, Nəsimilik – onun yaradıcılığının 2-ci aşamasında, yəni 1394-1417-ci illərdə formalaşıb yetginləşmişdir. Bu aşamada isə Nəsimi dindar (islama bağlı) deyil, Hürufi olub. Ardını oxu »

Xaliq Bahadır. Dürdanə

1972- ci il…

2024-ün yayı.

Bu yazını çoxdan, yaydan üzübəri yazmaq istəmişəm. Yazmağa əlim gəlməyib. Ona görə yazmaq istəmişəm, ancaq başqa nədənlərə görə yazmaqdan çəkinmişəm. Aradan aylar keçib, o çağdan bu çağa- yaydan indiyədək-  içimdə, düşüncəmdə vurnuxmuşam: “yazım, yazmayım”. Onu, onunla bağlı olan nələrisə yazmaq istəyim mənə dinclik verməyib, o üzdən yazmaq istəmişəm. Başqa bir yandan olub keçənləri düşündükcə qaçılmaz olaraq “bir budaqda oturub min bir budağı silkələməli olduğumu”, ardınca, belə toxunaqlı yazılarla bağlı çox olduğu kimi, hansısa yersiz qınaqlarla üzləşəcəyimi düşünüb, yazmaqdan daşınmışam.
Sonda yazmaq gərəyinə üstünlük verdim: qoy kim nə deyir-desin: o ağrılı-acılı olayların içindən keçib gəlmiş, o olayları yaxından-uzaqdan yaşamış biri olaraq məndən ötrü bu,- bir sıra gərəkən gerçəklərin dilə gətiriulməsi,-  bir yandan yurddaş borcu, o biri yandan yazar olaraq namus borcudur.

Ardını oxu »

Soylu Atalı. Türk Boyda Dərdimiz

Bir dostumla telefon söhbətimdə çox nikbin olduğumu söylədim. Həm də halım çox fərəhlidir dedim. Təbiidir. Çünki Asif Atanın Yolu, Amalı, Meyarı adamın içini o qədər zənginləşdirir ki, düşüncələrlə dolmaq, varlığın mayasında İnsanlığın toxunulmazlığı gələcəyə dönməz bir inam yaradır. İnsan gündəlik qayğılarla yaşayır, əməklə, yaradıcılıqla məşğul olur. Belə məqamda onun yadına düşməyə bilər ki, köksündə bir ürək döyünür. Bu döyüntülər insanın əməklə, yaradıcılıqla məşğul olmasının, bütövlükdə isə varlığının və mövcudluğunun qarantıdır.Özlüyündə bu döyüntüləri yaradan və saxlayan ruhaniyyat faktıdır. İnsan nə qədər bu ölçüdən uzaqlaşsa da, özünə yadlaşıb cılızlığa yuvarlansa da, bütövlükdə bəşər gedişatını pozuntulara uğratsa da ruhaniyyatdan birdəfəlik qopub varlığına son verə bilməz. İnsan və ruhaniyyat əlaqəsi ən dərin qatlarda nüvə və elektron əlaqəsi kimidir. Ardını oxu »

Xaliq Bahadır. Dəyərləri qorumaq gərəyi

Rejim sorunları üzündən bu gün istər Türkiyədə, istər Azərbaycanda Türkçülük-Ulusalçılıq çox çətin, ağrılı görəvə dönüşüb. Ancaq kimlər üçün? Dəngəsi pozuq yapay yarımçıq kimsələr üçün deyil, bu yoliun dönməz-gerçək yolçuları üçün.Türkçülük-Ulusalçılıq kimi dəyərlərə yalanın üstünlük qazandığı ortamda yer olmur, ola bilmir. Bu isə Türkçülüyün-Ulusalçılığın özünə-özlüyünə, başqa sözlə, xarakterinəbağlı qaçılmaz görsənişlərdəndir. Türkçülük-Ulusalçılıq yalanla, özgüdükçülüyə bağlı dəngəsiz, nala-mıxa vuran  yalançı yolçuluqla, ilkələrə ayqırı, prinsipsiz barışqanlıqla bir araya sığmır, sığamaz.
Bəlli olduğu kimi, diktatura rejimləri özünüyaşatma faktoru olaraq ölkə boyu yalan, yaltaqlıq, aşağıdan yuxarıya qulluq ortamı doğurur: qulluq et, payını al. Başqa sözlə, qulluq et, pay qazan. Demək, ən aşağılardan ən yüksək dövlət görəvlərinədək. Mandat almaq da eləcə. Təkəlçiliyin dövlət yöntəminə (yöntəm-sistem) dönüşdüyü ortamda sözdə “dövlətə, dövlətçiliyə qulluq” adı verilsə də, gerçəkdə“dövlət, dövlətçilik” adı altında dövləti ələ keçirən gücə qulluq yolu tutulur. Burada özgüdükçü düşüncə “dövlət-dövlətçilik” ritorikası ilə pərdələnir. Ardını oxu »

Asif Ata. İnsan Sığmazlığı

Ölüm ölümə sığmır. Arzu ömürə sığmır.
Zəka ağıla sığmır. Duyğu ürəyə sığmır.
Günlər illərə sığmır. Heyrət hörmətə sığmır.
Səcdə izzətə sığmır.
Siqlət xislətə sığmır.
Qanad göylərə sığmır.
Ayaq yerlərə sığmır.
Məslək həvəsə sığmır.
Qeyrət qorxuya sığmır.
Məna sözlərə sığmır.
Fikir yazıya sığmır.
Hicran kədərə sığmır.
Vüsal sevincə sığmır.
Dahi zamana sığmır.
İgid cürətə sığmır.
Ölmək şöhrətə sığmır.
Xəyal  gerçəyə sığmır.
Hünər zəfərə sığmır.
Ehtizaz hissə sığmır. Ardını oxu »

Xaliq Bahadır. Alternativsizlik

Alternativsizlik. O necə yaranır?
Azərbaycanda geniş alternativsizlik görsənişləri yaşanmaqdadır: hakimiyətdə də, müxalifətdə də. Bu isə genəldə ideya-politik, ideya-sosial qısırlıq doğuran görsənişlər toplusu deməkdir.
Hakimiyətdən başlayaq. Otuz ildən artıqdır ölkədə Yeni Azərbaycan yapay adı altında çağı çoxdan keçmiş yönətimə bağlı bir partiya hakimiyətdədir. Bu, gerçəkdə bir ailə partiyasıdır. Başqa sözlə, bəlli bir ailənin istəncinə (iradəsinə), istəyinə bağlı partiyadır. Partiyanın kadr bazası da o ailənin klançı baxışlarına uyğun olaraq oluşdurulub, oluşdurulur. Kadrlar da iş başına o bazadan klan gərəklərinə, başqa sözlə klançı dəyərlərə uyğun olaraq gətirilir. Klan düşüncəsi DƏYİŞMƏZLİYƏ hakimiyətin qorunub saxlanmasının başlıca güvəmncəsi olaraq baxdığından, partiyuanın adındakı “yeni” anlayşı bütünlüklə aldadıcı, yalançı xarakter daşıyır. Ardını oxu »

Soylu Atalı. Var Olmağı İstəmək gərəkdir

(Amaldaşlarla dialoq silsiləsindən)

Ağlın sevinməsi fiziki yaşama daha çox bağlıdır. Ürək (əslində duyğular) bəsit durumda olanda ağıl həyat üçün qazandıqlarından sevinir. Bütün varlığını həyat üçün qazanmağın peşində göstərənlər mənəvi dünyanı tanıya bilmirlər. Ancaq ürəyin sevinməsi o vaxt başlayır ki, insan öz varlığını anlayır, öz varlığını həyata keçirir (öz varlığını yaşama gətirir), öz varlığını sonsuzluq ortamına qoşur, sonsuzluğa çatır. İnsan onda var olur, onda fərəhlənir, onda yaşayır. Bilirsən ki, sən doğrudan da, həyatla, gerçəkliklə sonsuzluğun arasında daim sonsuzluğa doğru hərəkətdəsən. Həyatın içində, belə deyək, həyatın orbitində fırlanmaqla insan var olmur. Həyatın orbitindən çıxmaq gərəkdir. (Bunu obrazlı olaraq deyirəm). Həyatın özündə insanı var edən sonsuzluq yoxdur. Həyatın tələblərindən yüksəkliyə qalxanda sonsuzluq var. Sonsuzluq yüksəklikdədir, dərinlikdədir, həyat üzdəkidir, insan üzdə ilişib qalmamalıdır, dərinliklərə baş vurmalıdır. Ona görə insan gərək ağlın istəkləri ilə (balaca arzularla) yetərlənməyə, ürəyini hərəkətə keçirə. Yaşamı boyu insanın hər şeyi hərəkətdədir, ürəyindən başqa. Ardını oxu »

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv