SUAL Ağ düşüb ümidlə qaldığım dağa, Bu yayın içində qarlı gecəyəm. Sıfırdan başladım səni saymağa, Sən məni say hələ, görüm neçəyəm? Belə saymağınla nə böyük bir iş? Belə saymamağın itən deyil ha. Boyuma ölçülən hər gəliş-gediş Sənin saymağınla bitən deyil ha!
Archive for the ‘Türk Dünyası’ Category

Asif Ata. İnsan Günahkarlığı


Mütləqi unutmaq. İnsanı unutmaq. Vicdanı unutmaq. Çirkinlik bataqlığı. Xudbinlik bataqlığı. Hərislik bataqlığı. Əsirlik bataqlığı. Vəhşilik bataqlığı. Dişilik bataqlığı. Erkəklik bataqlığı. Əyrilik bataqlığı. Qəbahətə tapınmaq. Ülviyyəti yanılmaq. Xalisi atıb naqisi tutmaq.

Böyüklüyə münasibət


(Amaldaşlarla dialoq silsiləsindən) … Müsəlmana deyirlər, hər an Allahı düşün, Allahı xatırla. O da gündə min yol təsbeh çevirib “sübahan Allah” deyilişini təkrar-təkrar söyləyir. Əslində bilmək gərək, sən hər an ədalətli olanda Allahı xatırlayırsan, Allahı unutmursan. Hər an ədalətli ol, dürüst ol, doğruçu ol, xeyirxah ol, mərhəmətli ol. Bu, hər an Allahı yaşatmaq, Allahlı olmaq […]

Asif Ata. İnsan Fədakarlığı


Amalsız ömürdən imtina. Şərəfsiz ömürdən imtina. Əzabsız sevincdən imtina. Hünərsiz əməldən imtina. Tonqallarda yandırılmaq sevinci. Dabanından soyulmaq sevinci. Sevincdən ayrılmaq sevinci. Nəşədən ayrılmaq sevinci. Müdhiş ağrılar sevinci. Məhkum doğrular sevinci. Qurbanlıq aqibəti. Mütləqə heyranlıq aqibəti.

Soylu Atalı. Millət Tarixdən Üstün olanda Var olur


(Murad Adcının «Qıpçaq Çölünün Yovşanı» kitabının doğurduğu düşüncələr) Tarixi vərəqlədikcə türk insanı qəribə duyğular keçirir. Millətimizin aqibəti nə qədər mürəkkəb, tarixi nə qədər ziddiyyətlidir! M.Adcının da dediklərindən bəlli olur, bu millətin tarixini bilərəkdən qarışıq duruma salıblar sanki. Söz yox, tarix çox keşməkeşli dövrlərin sirrini bilir. O da bəllidir, qədim dövrlərdə də, indiki kimi, toplumların siyasi […]

Xaliq Bahadır. Pənah Hüseynovun namus kriteriyası


(davamı) …2005-ci il parlament seçkisi öncəsi müxalifətin böyük birliyi- Azdalıq bloku yaradıldı. Müxalifət düşərgəsindəki güvənli birisi Blokun başına gətirilməli idi. Müxalifətlə hakimiyət arasında var-gəldə olan P.Hüseynov o günlər ayrıca aktivlik sərgiləməyə başlamışdı. Cəbhəçilər duyuq düşmüşdülər: Pənah Blokun başına gətirilə bilər. Onlar dirənişə başladılar. Dirəniş baş tutmadı, partiya başında duranlar çox yaxşı tanıdıqları Pənahı Blokun […]

Asif Ata. İnsan Əsarəti


Özünü yanıltmaq. Özündən ayrılmaq. Özünü danmaq. Özünə qapılmaq. Bilməzlik əsarəti. Dinməzlik əsarəti. Dilsizlik əsarəti. Elsizlik əsarəti. Ətalət inadı. Cəhalət inadı. Xəyanət inadı. Həqarət inadı. Avamlıq tilsimi. Yarımadamlıq tilsimi. Maddi zənginlik tilsimi. Məzlum bədbəxtlik tilsimi. Hərislik quyusu. Harınlıq quyusu. Saxta həyanlıq quyusu. Ehtişam əsarəti. İzdiham əsarəti. Yalançı büt əsarəti. Saxta igid əsarəti. Təqlid əsarəti. Təhqir əsarəti.

Soylu Atalı. Hallar


Bəzən bədii duyğusallıqdan, xəyalda estetik axıcılıqdan ürək də gərgin bir həyəcan içinə girir. Bəzən də sanki rahatsız bir gedişin seyirçisinə çevrilir. Hər iki halda insan bütöv olur, tam olur. Çünkü insanın varlığında Mütləq var, ona görə də insanın davranışları, halı bircəhətli deyil. Yəni insanın bilincində (şüurunda), ağlında, alt yapısında oturuşmuş doğrulardan bəlli olur ki, insan […]

Xaliq Bahadır. Pənah Hüseynovun namus kriteriyası


Sentyabrın 1-də (2024) ölkədə daha bir sıradışı parlament seçkisi keçirildi. Nə baş verdi: dörd il öncə “Qarabağın qaytarılmasından sonra ölkədə yaranan yeni situasiyaya uyğun yeni parlament yaradılması üçün” özlərini “buraxıb” gedənlərin böyülk çoxluğu “yeni parlamentə” yenidən deputat “seçildiyi” kimi, bir ay öncə özlərini “buraxanların” böyük çoxluğu yenə də “buraxıb” getdiyi yerə qayıtdı. Belə yerdə deyirlər: […]