Qərb Erməniləri Qorbaçovşinadan incimişdilər. Moskva Erməniləri Qorbaçovşinadan incimişdilər. Ermənistan Erməniləri Qorbaçovşinadan incimişdilər. Balalarımıza güllə atılmalıydı. Qorbaçovşina inciyənlərlə barışmalıydı. Azərbaycan hökuməti özünün elan etdiyi suverenliyə elə inandı ki, özünü doğrudan da, müstəqil saydı və Mərkəzə diş qıcartdı. Mərkəz də onun dişini qırıb qarnına tökdü. Nəqliyyat Blokadaçılarına atıldı balalarımıza atılan güllə.Neftçalalılara atıldı.
Archive for the ‘Türk Dünyası’ Category

Soylu Atalı. 20 Yanvar Dərsi


Zərdüşt Əsilliyik – İşıqçılıq həsrətlisiyik. Qaranlığa alışmadıq, «20 Yanvar» yaratdıq. Babək Əsilliyik – Azadlıq həsrətlisiyik. Əsarətə dözmədik – «20 Yanvar» yaratdıq. Dədə Qorqud Əsilliyik – Mərifət təşnəsiyik. Təhqirə dözmədik – «20 Yanvar» yaratdıq. Nəimi–Nəsimi Əsilliyik – Daxili Kamillik həsrətlisiyik. Cəhalətin zülmünə dözmədik – «20 Yanvar» yaratdıq. Füzuli Əsilliyik – Aşiqlik pərəstişkarıyıq. Həyasızlıq təqibinə dözmədik – […]

Asif Ata. Gedimli Dünya


İşığın bəbəkdən getməsi, çiçəyin çəməndən getməsi, sevginin sevdadan getməsi! İlhamın duyğudan getməsi! Ümidin ürəkdən getməsi! Heyrətin gözlərdən getməsi! Mütləqin mənəviyyatdan getməsi! Eşqin hissiyyatdan getməsi! Doğmalığın səsdən getməsi! Ağacın qırılması! Çayların quruması! Gözəlliyin solması! Bədənin məzara qoyulması! Həsrət gedişi! Hiddət gedişi! Məqam, gün, ay, il gedişi! Yolların yollardan ayrılması! Biçimin məzmundan ayrılması! Övladın anadan ayrılması! Aşiqin […]

Günev Atalı. Millilik və İnsanilik


Millət öz keyfiyyətləri ilə yaranır, var olur. O keyfiyyətləri onun əlindən alanda millət assimilyasiyaya uğrayır. Millət keyfiyyətlərini itirəndən sonra yaratdıqları təməlsiz olur. O nə yaradırsa, özgələrə yarayır. Ən böyük özgələşməyimiz ərəblərin yurdumuza yürüşüylə başladı. Onda biz kimliyimizi itirməyə başladıq. Təbii ki, özümüzün səhvlərimiz özgələrin göstərdiyi basqıdan az olmayıb. Özümüzə arxa durmamışıq. Dəyərimizə sahib çıxmamışıq. Ona […]

Asif Ata. Gəlimli Dünya


İşıq gəlişi, Səhər gəlişi, Günəş gəlişi, Yağış gəlişi, Hicran gəlişi, Vüsal gəlişi, Ana gəlişi, Ata gəlişi, Fikir gəlişi, Bulaq gəlişi, Ümid gəlişi, İnam gəlişi, Həya gəlişi, Qeyrət gəlişi, etiqad gəlişi, qollara qüvvət, idraka vəcd, torpağa bərəkət gəlişi. Yenidən doğulanların dünyaya yenidən gəlişi, arzu gəlişi, şəfqət gəlişi, ruhani heyrət gəlişi. Ali söz, ülvi kəlam gəlişi, ömrə […]

Paşa Talıblı. Şeirlər


Fəxri xiyaban … …nə qədər yer desən – Allahın altda səhra uzununda, düz enində, bax! Mövlam tərəfindən ismarlanmışam; diriyəm həmişə söz önündə, bax! Mənəm – ayağı cüt, izləri tək-tək!.. Yoxuşum boydadı enişim mənim… …təkkə türbəsidi, şah məzarıdı – Baş xiyabanlarda nə işim mənim?

Soylu Atalı. Zəkanın demədikləri


(Fridrix Nitşenin “Antixrist” kitabına yönəlik düşüncələr) Bu günlərdə Fridrix Nitşenin “Antixrist” kitabını oxudum. Kitabın dilimizdə hazırlanmasında əməyi olanlara sayğımı sunuram. Ancaq həm də ərk edib irad bildirmək istəyirəm. Nə çevirən, nə də redaktor yerində olmayıb. Sətri çevirmə olduğundan məzmun o qədər dolaşır, düşüncələri tutmaq çətin olur. Cümlələr uzun, cümlə üzvləri bir-birinin yerinə keçir. Bir sözlə, […]

Paşa Talıblı. Arif Acaloğluna


Qaranlıq üçün güzgü… …qaranlıqlar heç nə demir, deyəcəyi heç nə yoxdu? …ümiddisə, niyə susur, sükutdusa, niyə çoxdu? …nə dili var, nə ağızı! Uydurmasımı ağılın?.. Nə qədər getsən də gəlmir bu qaranlığın axırı.

Asif Ata. Əzablı Dünya


Naşılığın verdiyi əzab, xəbisliyin verdiyi əzab, həqiqətsizliyin, ədalətsizliyin verdiyi əzab, şəhvaniliyin, heyvaniliyin verdiyi əzab, biganəliyin, riyakarlığın, yüzsifətliliyin verdiyi əzab, xeyir libası geyinmiş eybəcərliyin, müqəddəslik libası geyinmiş qəbahətin, qədimsizliyin, qədirsizliyin verdiyi əzab, özündənayrılmanın, özünə yad olmanın, özünün əksinə çevrilmənin verdiyi əzab, miskinliyin, zəlilliyin, köləliyin verdiyi əzab, qadınlaşan kişiliyin, kişiləşən qadınlığın verdiyi əzab, əşyalaşan canlıların, canlılaşan əşyaların […]

Paşa Talıblı. Şeirlər


Bir sevda ver mənə, Tanrım… Bir sevda ver mənə, Tanrım, mənə bir, mənə bir sevda! …aya bir, ilə bir vermə; günə bir, günə bir sevda! …bir sevda ki, dərd elə ver! …bir dərdini dörd elə ver! …ələklə ver, irdələ ver dənə bir, dənə bir sevda!