Asif Ata. Aldadan dünya

Nəşə aldanışı. Arzu aldanışı. Nicat aldanışı. Xəyal aldanışı. Cəzb aldanışı. Zəka aldanışı. Ürək aldanışı. Söz aldanışı. Əhd aldanışı.
Yalançı İnam. Yalançı Loğman. Yalançı qəhrəman. Yalançı gözəllik. Yalançı idrak. Yalançı Qüdrət.
Çağırış aldanışı. Bağırış aldanışı. Bəzək aldanışı. Dəbdəbə aldanışı. Rütbə aldanışı. Şöhrət aldanışı. Səlahiyyət aldanışı.
Saxta cəfakeşlik. Saxta müqəddəslik. Saxta möhtəşəmlik. Bəşərsevərlik biçimində xudpəsəndlik. Azadsevərlik biçimində müstəbidlik. Xalislik biçimində xəbislik. Aşiqlik biçimində əyyaşlıq. Qanunsevərlik biçimində cəlladlıq. Xalqsevərlik biçimində hakimiyyətsevərlik. Fikrin əmələ yadlığı. Dilin ruha yadlığı. Zahirin batinə yadlığı. Dodağın sözə yadlığı.
Məhəbbətdə gizlənən nifrət. Mərhəmətdə gizlənən küdurət. Gürzədə gizlənən zəhər. Tərifdə gizlənən təhqir. Cəzbdə gizlə­nən məkr. Təmtəraqda gizlənən yüngüllük. Qətiyyətdə gizlənən şübhə. Məlahətdə gizlənən həqarət!
Milçəyin fil aldanışı. Böcəyin dağ aldanışı.
Aldadılan körpələr. Aldadılan ölkələr. Aldadılan nəsillər. Yalan quyusu. Yalan tilsimi. Daşadönmüşlər. Açıq aldadanlar. Gizli aldadanlar. Şübhəsini qəbrə aparanlar. Dəniz axtarıb arx tapanlar. Yolunu azanlar. Özünü aldadanlar. Aldanışla yaşa­yanlar. Tüstüyə günəş deyənlər. Fərəh axtarıb zillət tapanlar. İşıq axtarıb zülmət tapanlar. Bəsit aldanış. Zor aldanış. Xoş aldanış. Sərt aldanış. Mehriban aldanış. Yolların yolları aldatması.
Dillərin dilləri aldatması. Güclünün zəifi aldatması. Böyü­yün kiçiyi aldatması. Yalançı əzəmət. Yalançı möhtəşəmlik. Yalançı haray. Yalançı fəryad. Yalançı vüsal. Yalançı ləyaqət. Yalançı ideal. Yalançı mehr. Yalançı doğmalıq. Şəhvətin verdiyi səadət. Tərif meyilinin təsiri. Maddi nemət yalanı.
Yaxın yalan. Uzaq yalan. Təbii yalan. Gizli mahiyyət. Gizli fəlakət. Gizli xəyanət. Ümid səpib, kədər biçmək. Vəfa səpib,  cəfa biçmək. Dağ axtarıb, dərə tapmaq. Ruh axtarıb, bədən tapmaq. Gur işıqlar aldanışı. Şirin vədlər aldanışı. Coşğun sözlər aldanışı. Mənalı baxışlar aldanışı. Parıltılı libaslar aldanışı. Məğrur duruşlar aldanışı. Səliqəli ömürlər aldanışı. Sol gözün sağ gözü aldatması. Sol əlin sağ əli aldatması.
İnsan mürəkkəbliyi. Həyat mürəkkəbliyi. Düşüncə mürək­kəb­liyi. Duyğu mürəkkəbliyi. Dünya mürəkkəbliyi. Qorxu alda­nışı. Yuxu aldanışı. Xəyalı aldadan gerçəklik. Amalı alda­dan varislik. Məsumu aldadan zalımlıq. Ovçunun şikarı aldat­ması. Zailin qabili aldatması. Hakimin məhkumu aldatması. Sarbanın karvanı aldatması. Övladın ananı aldatması.
Namərd aldanışı. Özünü aldadanlar. Xalqı aldadanlar. Qəlbi aldadanlar. İsməti aldadanlar. Qeyrəti aldadanlar. Yalançı qismət. Yalançı aqibət. Yalançı izzət. Qondarma ülvilik. Qon­dar­­ma müqəddəslik. Qondarma Mütləq. Formal qəhrəmanlıq. Formal vətənsevərlik. Formal övladlıq. Formal ilham. Formal idrak. Müasir məhəbbət. Amalsızlıq yalanı. İnamsızlıq yalanı. Vic­dansızlıq yalanı. Cəmiyyət yalanı. Şəxsiyyət yalanı. Ülvili­yə istehza. Həqiqətə istehza. Haylı-küylü səadət. Ölçülü cəsarət.
Bəsit bütlər. Saxta yaraşıq. Saxta işıq. Saxta əlac. Saxta təbib. Saxta sahib.
Yalanla dolusan, dünya! Yaxşı ki, həm də doğrusan, dünya!

You can leave a response, or trackback from your own site.

Leave a Reply

Powered by WordPress | Designed by: best suv | Thanks to trucks, infiniti suv and toyota suv